Çaylarin hidrologiyasi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə2/6
tarix28.11.2023
ölçüsü0,67 Mb.
#166941
1   2   3   4   5   6
Muhazire 5

 
 


ÇAY VƏ ONUN HÖVZƏSİNİN MORFOLOGİYA VƏ 
MORFOMETRİYASI 
 
Çay hövzəsinin fiziki-coğrafi, geoloji və morfometrik xarakteristikaları.
 
Çay 
hövzəsi və çay sutoplayıcısı fərqli anlayışlardır. 
Çay sutoplayıcısı
(və ya 
sutoplayıcı sahə
) çayın qida aldığı quru səthi və torpaq-süxur qatıdır. Çay həm 
yeraltı, həm də səth suları ilə qidalandığına görə, yeraltı və səth sutoplayıcıları 
ayrılır və onların sərhədləri üst-üstə düşməyə bilər (şəkil 5.1).
Şəkil 5.1.
Çay hövzəsi və sutoplayıcısının planda (a) və A-B xətti boyu en kəsik 
(b) sxemi: 
1 – çayın hövzəsi və sutoplayıcı sahəsinin sərhəddi (oroqrafik 
suayırıcı); 2 –yeraltı sutoplayıcının sərhəddi (yeraltı suayırıcı); 3-çay 
sutoplayıcısına aid edilməyən axım əmələgəlməyən (axarsız) sahə; 4 –
sukeçirməyən lay; 5 –atmosfer yağıntıları; 6 – səth axımı; 7 – yeraltı axım; 8 – çay 
məcrası. 
Çay hövzəsi
, baxılan çay sistemini əhatə edən və oroqrafik suayırıcı ilə 
məhdudlanan quru hissəsidir. 
Çox zaman çayın sutoplayıcısı və hövzəsinin sərhədləri üst-üstə düşür. Əgər 
hövzədə axım əmələgəlməyən ərazi olarsa, o hövzənin tərkib hissəsi sayılır, lakin 
çayın sutoplayıcı sahəsinə aid edilmir (şəkil 5.1).
Belə hal quraq ərazilər üçün 
səciyyəvidir. Məsələn, Şimali Qazaxıstanda Tobol çayı hövzəsində 
axarsız sahə
50%, İşim çayı hövzəsində isə 24% təşkil edir. 
Səth və yeraltı sutoplayıcıların sərhədləri üst-üstə düşməyə də bilər. Məsələn, 
karst hadisəsi müşahidə olunan ərazilərdə yeraltı axımın bir hissəsi qonşu 
hövzədən daxil ola və ya, əksinə qonşu hövzəyə axa bilər. 
Çay hövzəsinin əsas fiziki-coğrafi və geoloji xarakteristikaları aşağdakılardır: 

hövzənin coğrafi mövqeyi; kəmiyyət göstəriciləri kimi hövzənin mərkəzinin 
və kənar nöqtələrinin coğrafi koordinatlarından istifadə oluna bilər; 

coğrafi zona (zonalar) və ya yüksəklik qurşaqları; 

geoloji quruluş, tektonika, süxurların su-fiziki xassələri, hidrogeoloji şərait; 

relyef: kəmiyyət göstəriciləri kimi hövzənin orta hündürlüyü və orta 
meylliyindən istifadə oluna bilər; 



iqlim göstəriciləri (atmosfer sirkulyasiyasının xarakteri, havanın temperatur 
və rütubətlik rejimi, atmosfer yağıntılarının miqdarı və rejimi, buxarlanma); 

torpaq-bitki örtüyü: kəmiyyət göstəriciləri kimi müxtəlif torpaq tipləri və 
bitki növlərinin yayıldığı sahələrin hövzənin ümumi sahəsinə nisbətindən 
(%) istifadə oluna bilər; 

çay şəbəkəsinin xarakteri (bax bölmə 5.2);

digər su obyektlərinin (göl, buzlaq, bataqlıq) mövcudluğu və onların 
göstəriciləri. 
Hər bir çay hövzəsinin vacib xüsusiyyətlərindən biri onun antropogen təsir 
nəticəsində dəyişmə dərəcəsidir. Bura həm hövzə səthinin süni dəyişdirilməsi, 
(meşələrin qırılması, şumlama, suvarma və qurutma meliorasiyası və s.), həm də 
hövzədə hidroqrafik şəbəkənin və çayların rejiminin süni dəyişdirilməsi (su 
anbarları və kanalların inşaası, sahillərin bərkidilməsi, sugötürmələr və s.) daxildir. 
Hövzənin göllük, meşəlik və s. kimi xarakteristikaları aşağıdakı düstura görə 
hesablanan müvafiq əmsallarla səciyyələnə bilər: 
K=f/F
,
( 5.1 ) 
burada, 
f
- hövzədə göl, bataqlıq, meşə və s. tutduğu sahə, 
km
2

F
-hövzənin sahəsi, 
km
2

K
- əmsaldır, vahidin hissələri və ya %-lə ifadə olunur. 
Çay hövzəsinin əsas morfometrik xarakteristikaları aşağıdakılardır (şəkil 5.1):

hövzənin sahəsi

F


hövzənin uzunluğu

L
u
: çayın mənsəbi ilə mənbəyə ən yaxın və suayırıcı xətt 
üzərində yerləşən nöqtəni birləşdirən düz xəttin uzunluğu kimi təyin olunur; 

hövzənin maksimal eni

B
mak
, hövzənin ən enli hissəsində onun uzunluğuna 
perpendikulyar xəttin uzunluğu kimi təyin olunur; 

hövzənin orta eni

B
or
,
aşağıdakı düstura görə hesablanır: 
B
or
=F/L
u

 
 
 
(5.2)
 

suayırıcı xəttin uzunluğu

L
SA
.
Hövzənin mühüm xarakteristikalarından biri onun sahəsinin hündürlüklər üzrə 
paylanmasını göstərən 
hipsoqrafik əyridir
(şəkil 5.2).
Bu əyriyə görə hövzə 
sahəsinin hansı hissəsinin (
km
2
və ya %-lə) verilmiş yüksəklikdən yuxarıda və ya 
aşağıda yerləşdiyini təyin etmək olar. 
Şəkil 5.2. Hövzə sahəsinin hündürlüklər üzrə
paylanması və hipsoqrafik əyri 


Hipsoqrafik əyrinin köməyi ilə hövzənin orta hündürlüyünü hesablamaq olar. 
Bunun üçün şəkil 5.2-də koordinat oxları və hipsoqrafik əyri ilə məhdudlanan 
fiqurun sahəsini, F
1
, hövzənin sahəsinə, 
F
, bölmək lazımdır. Hövzənin orta 
hündürlüyü aşağıdakı düstura görə də hesablana bilər. 
H
or 

=1
H

f

( 5.3 ) 
burada, 
H
i
-hövzə daxilində ixtiyari hündürlük intervalının orta hündürlüyüdür və 
bu intervalları məhdudlandıran horizontalların yüksəkliklərinin orta qiyməti kimi 
təyin olunur; 
f
i
-horizontallar arasında qalan hövzə hissəsinin sahəsi; 
F
-hövzənin 
tam sahəsi; 
n
-yüksəklik intervallarının sayıdır.
Hövzə səthinin orta meylliyi bu düstura görə təyin olunur:
i
or 

(5.4) 
burada, 
l
i
-horizontalların uzunluğu; 
ΔH
-qonşu horizontalların yüksəklik fərqi 
(kəsmə yüksəklik); 
F
- hövzənin tam sahəsi; 
n
-yüksəklik intervallarının sayıdır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin