Şəkil
5.5. Çayın hidroqrafının qida mənbələrinə görə parçalanma sxemi:
qida mənbəyi: I – qar suları, II – yağış suları, III – yeraltı sular; A, B və C – yaz
gursulu dövrünün başlanğıcı, sonu və piki; 1-5 – yaz gursulu dövründə çay və
qrunt sularının müxtəlif qarşılıqlı əlaqəsi tipində qar suları və yeraltı sularla qida
mənbələrini ayıran xətlər; 6 – buz örtüyü; 7 – buz axını.
Çayların su balansı öyrənildikdə çay axımının hidroqrafı iki toplanana
parçalanır: yeraltı və səth axımı.
M.İ.Lvoviç Yer kürəsi çaylarının qida mənbələrinə görə təsnifatını vermiş və
çayları 40 tipə bölmüşdür. Dörd əsas qida mənbəyinin hər birini kəmiyyətcə
qiymətləndirmək üçün o, aşağıdakı qradasiyaları (bölgüləri) qəbul etmişdir: 80%-
dən çox, 50-80% və 50%-dən az. Əgər, çay axımının 80%-dən çox hissəsi yalnız
bir qida mənbəyinin payına düşürsə, müəllif belə çayı təmiz yağış, qar və ya yeraltı
qidalı çay tipinə aid edir. Konkret bir qida mənbəyi, məsələn, yağış suları ümumi
axımın 50-80%-ni təşkil edərsə, belə çay əsasən yağış suyu ilə qidalı çay tipinə aid
olunur. Əgər, hər bir qida mənbəyinin payı 50%-dən az olarsa, belə çay
qarışıq
qıdalı çay
tipinə aid edilir. Buzlaq suyu ilə qidalanan çaylar üçün qradasiyalar
50%-dən çox, 25-50% və 25%-dən az qəbul edilmişdir.
Dostları ilə paylaş: