Çaylarin hidrologiyasi



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə3/6
tarix28.11.2023
ölçüsü0,67 Mb.
#166941
1   2   3   4   5   6
Muhazire 5

Çay şəbəkəsi.
 
Çay hövzəsinin daxilində olan bütün su obyektləri (çaylar, 
müvəqqəti suaxarlar, kanallar, göllər, su anbarları, buzlaqlar, bataqlıqlar) birlikdə 
hövzənin hidroqrafik şəbəkəsini
təşkil edir. Təbii və süni suaxarlar birlikdə 
 məcra
şəbəkəsi 
adlanır.
 
Çay şəbəkəsi hidroqrafik şəbəkənin tərkib hissəsidir. 
Çay şəbəkəsi
əsas çay və 
onun müxtəlif dərəcəli qollarından ibarətdir. 
Əsas çay
adətən hövzənin ən uzun, 
bəzən isə ən bolsulu çayı hesab olunur. Məsələn, Volqa çayı bolsulu Kama çayın-
dan uzundur. Missisipi çayı isə daha uzun Missuri çayı ilə müqayisədə daha 
bolsuludur. 
Çayın uzunluğu

L
, məcra boyu çayın mənbəyi və mənsəbi arasındakı məsafədir. 
Çayın uzunluğu adətən böyük miqyaslı xəritələrə və ya aerofotoşəkillərə görə təyin 
edilir. Kiçik miqyaslı xəritələrdən istifadə olunduqda miqyası və çayın əyriliyi 
nəzərə almaq üçün düzəlişlər edilməlidir. Miqyas nə qədər kiçik və çayın əyriliyi 
nə qədər çox olarsa, çayın uzunluğunun təyini dəqiqliyi bir o qədər aşağı olur. 
Çayın mənbəyi
onun öz başlanğıcını götürdüyü yerə deyilir (göl, buzlaq, 
bataqlıq, bulaq və s.). Adətən mənbədə çayın suyu az olur. Lakin öz başlanğıcını 
göllərdən götürən bəzi iri çaylar artıq mənbədə çox bolsuludurlar (Neva, Niaqara, 
Müqəddəs Lavrenti və s.). 
Çayın mənsəbi
onun dənizə, gölə və başqa çaya töküldüyü yerə deyilir. Deltaya 
malik çayların mənsəbi əsas qolun dənizə töküldüyü yer hesab olunur. 
Çay hissəsinin uzunluğunun, 
L
i
,
bu hissənin kənar nöqtələrini birləşdərən düz 
xətt parçasının uzunluğuna, 
l
i
,
nisbəti çayın bu hissədə
əyrilik əmsalı
adlanır: 
K
ə
=
L
i
/
l
i
(5.5) 
Çayın müxtəlif hissələrində çox vaxt bu əmsal 1-3 arasında dəyişir. 
Çayın uzunluğu, 
L
(
km
) və hövzənin sahəsi, 
F
(km
2
) arasında əlaqə var. 
Məsələn, keçmiş SSRİ çayları üçün aşağıdakı empirik əlaqə alınmışdır:
L
=1.36F 
0,56
(5.7 ) 
Hövzə və ya müəyyən bir ərazi daxilində olan bütün çayların uzunluqları cəmi 
çay şəbəkəsinin ümumi uzunluğu, Σ
L
i
adlanır. Çay şəbəkəsinin uzunluğunun 


hövzənin sahəsinə nisbətinə
çay şəbəkəsinin sıxlığı
deyilir: 
d

L
i
/
f
(5.8) 
burada, 
d
-çay şəbəkəsinin sıxlığı, 
km/km
2
, f-
baxılan ərazinin sahəsidir, 
km
2
.
Dağlıq ərazilərdə yüksəklik artdıqca, adətən çay şəbəkəsinin sıxlığı da artır. 
Məsələn, Kür-Araz ovalığında 
d
=0.05-0.10 
km/km
2
, Böyük və Kiçik Qafqazın 
yüksək dağlıq hissəsində isə 
d
=0.80-1.00 
km/km

təşkil edir.
Çay şəbəkəsi planda müxtəlif formalı - ağacşəkilli, düzbucaqlı və s. olur.
Çay şəbəkəsi tektonik və erozion–akkumulyativ proseslərin, buzlaqların 
hərəkətinin, okean və dənizlərdə səviyyənin irimiqyaslı tərəddüdlərinin mürəkkəb 
nəticəsidir. Müasir çay şəbəkəsinin formalaşmasının mənşəyini öyrənmək üçün 
birgə geoloji, paleogeomorfoloji və poleohidroloji tədqiqatlar yerinə yetirilməlidir. 
Bir sıra çayların axın istiqaməti yer qabığındakı tektonik sınmalara uyğundur 
(Nil, Missipi, Amazon, Lena və s.). Xuanxe, Amudərya, Terek və başqa çaylar 
aşağı axınlarında öz erozion-akkumulyativ fəaliyyətləri nəticəsində istiqamətlərini 
dəyişmişlər. Xəzər dənizində səviyyənin qalxma və enmə fazalarında Volqa və Kür 
çaylarının deltalarında məcra şəbəkəsi müəyyən dəyişikliklərə uğramışdır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin