Çaylarin hidrologiyasi


ÇAYLARIN SU REJİMİ VƏ ONUN



Yüklə 0,67 Mb.
Pdf görüntüsü
səhifə6/6
tarix28.11.2023
ölçüsü0,67 Mb.
#166941
1   2   3   4   5   6
Muhazire 5

ÇAYLARIN SU REJİMİ VƏ ONUN
ƏSAS FAZALARI 
 
Bir sıra amillərin təsiri nəticəsində çaylarda suyun səviyyəsi və sərfi, həmçinin 
meyllik və axın sürəti dəyişir. Səviyyə, su sərfi, meyllik və sürətin zamana görə 
birgə dəyişməsi 
su rejimi
adlanır. 
Çayın canlı en kəsiyindən bir saniyədə keçən suyun miqdarına 
su sərfi
(
Q, m
3
/s

deyilir. Su səthinin müəyyən bir daimi müqayisə müstəvisindən hesablanan 
hündürlüyünə 
suyun səviyyəsi
(
H, sm
) deyilir. 
Çayların rejim xüsusiyyətləri ilk növbədə iqlim amillərindən asılıdır. İqlimi isti 
olan ölkələrdə çayların rejiminə təsir göstərən başlıca amil atmosfer yağıntıları və 
buxarlanmanın illik gedişidir. Hövzələri mülayim və soyuq iqlim qurşaqlarında 
yerləşən çayların rejiminə isə həm də havanın temperaturunun illik gedişi böyük 
təsir göstərir. 
Çayın su rejiminin illik gedişini bir neçə səciyyəvi dövrə bölmək olar və bunlar 
su rejiminin fazaları
adlanır. Bu fazaların başlıca xüsusiyyətləri və davamiyyəti 
çayın qidalanma şəraitindən və onun il ərzində dəyişməsindən asılıdır. Müxtəlif 
çaylar üçün fazaların sayı eyni deyildir və 2-4 arasında dəyişir. Bəzi çaylarda dörd 
faza müşahidə olunur: məsələn, yaz gursulu dövrü, yay aralıq faza, payız 
daşqınları, qış aralıq faza. Bəzi çaylarda payız daşqınları, bəzilərində isə yay aralıq 
faza müşahidə edilmir. 
Su rejiminin hər il eyni bir mövsümdə təkrarlanan, çayın sululuğunun 
uzunmüddətli və əhəmiyyətli dərəcədə artdığı fazası 
gursululuq 
adlanır. 
Müxtəlif iqlim tiplərində gursululuq ilin müxtəlif mövsümlərində müşahidə 
olunur. Əgər çayın əsas qida mənbəyi mövsümi qarların və ya buzlaqların ərinti 


sularıdırsa, onda gursululuq yazda və yayda keçir. Yaz gursululuğu kontinental 
iqlimli düzənlik ərazi çayları üçün səciyyəvidir. Qış mövsümü uzun müddət davam 
edən şimal rayonlarının çayları istisna təşkil edir (Yukon, Anadır). Yüksək dağlıq 
ərazi çaylarının qidalanmasında buzlaqlar da iştirak etdiyinə görə, gursulu dövr 
yayda müşahidə edilir (Pamir, Tyan-Şan, Qafqaz çayları). 
Yağışların əmələ gətirdiyi gursululuq ilin bütün mövsümlərində ola bilər. 
Musson iqlimli rayonlarda yağış gursululuğu yaz və yay daxil olmaqla, ilin bütün 
isti dövrünü əhatə edir (Şərqi Asiya çayları). 
Orta Avropa, Cənubi Skandinaviya, Şimali Amerika (ABŞ), Kiçik Asiyanın 
mərkəzi və şimal hissələri və Xəzərin cənub sahillərinin çaylarında yağış 
gursululuğu yazda müşahidə olunur. Payız gursululuğu ekvatorial zona çayları 
üçün səciyyəvidir (Amazonun aşağı axınında onun sağ və sol qolları, Nil, Niger və 
s.). Aralıq dənizi iqlim tipi üstünlük təşkil edən ərazi çaylarında gursulu dövr qışa 
təsadüf edir. Belə ərazilərə misal olaraq Cənubi və Qərbi Avropanı, Cənub-Qərbi 
Asiyanı, Avstraliyanın qərb və cənub hissələrini, Yeni Zelandiyanı, Şimali 
Afrikanı (Əlcəzair), Cənubi və Şimali Amerikanın Sakit okean sahillərini göstərmk 
olar. 
Çay hövzəsinə yağışın yağması nəticəsində çayda su sərfinin qısamüddətli 
kəskin qalxması və düşməsi 
yağış daşqını
adlanır. Yağış daşqınlarının 
gursululuqdan əsas fərqləri nisbətən qısamüddətli olmaları, il ərzində müxtəlif 
vaxtlarda müşahidə edilmələri və axım həcminin az olmasıdır. 
Aralıq fazada
(
qıtsulu faza
) çayın sululuğu gursululuq və daşqın fazaları ilə 
müqayisədə çox az olur. Çayların əksəriyyəti üçün yay və qış aralıq fazaları 
səciyyəvidir. Bu fazalarda çaylar başlıca olaraq yeraltı sularla qidalanır. Arid 
zonada yayda qrunt sularının tükənməsi nəticəsində kiçik çaylar quruya bilər. 
Daimi donuşluq zonasının sərt iqlim şəraitində çaylar qışda donur. 
B.D.Zaykov çayların su rejiminin xarakterini təhlil edərək, keçmiş SSRİ 
çaylarının təsnifatını vermişdir. O, bütün çayları 3 qrupa bölür: gursululuq yazda 
müşahidə olunan çaylar; gursululuq ilin isti dövründə müşahidə olunan çaylar; 
daşqın rejimli çaylar. 
İlin gursululuq istisna olmaqla qalan dövrü ərzində çayların rejim 
xüsusiyyətlərini nəzərə alaraq B.D.Zaykov hər qrupun çaylarını bir neçə tipə bölür. 
Birinci qrup çayları beş tipə ayrılır: Qazaxıstan, Şərqi Avropa, Qərbi Sibir, Şərqi 
Sibir və Altay tipləri. İkinci qrupda iki tip çay var: Uzaq Şərq və Tyan-Şan tipləri. 
Üçüncü qrupa isə üç tip çay daxildir: Şimali Qafqaz, Krım (Lənkəran) və Qara 
dəniz sahili tipləri. 
Su sərflərinin il və ya onun müəyyən bir hissəsi ərzində gedişini səciyyələndirən 
kəsilməz əyri 
hidroqraf
adlanır. 

Yüklə 0,67 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin