20
tərkibinə 2, 3-3% silisium, 3-3, 5% J, 0, 4-0, 5% Manqan, 0, 6-0, 9% Fosfor,
kükürdün miqdarı isə 0, 11%-dən çox olmamalıdır.
Çuqun qabların bəzi çeşidləri qum-gil qəliblərdə də hazırlanır. Qəlibdən çıxarılmış
qabları əlavə qırıntı hissələrindən təmizləyib, hamarlayıb, iti uclarını kəsib istifadəyə
hazır hala gətirirlər.
Çuqun qabların bir mənfi cəhəti materialın kövrək olmasıdır. Bunun üçün qabın
divarlarını qalın edirlər, bu da məmulatın daha ağır olmasına gətirib çıxardır. Çuqun
qabların alışı zamanı fikir verilməli olan əsas cəhət onun ağır olmasıdır, yəni
keyfiyyətli çuqun qab ağır olur. Çuqundan qazanlar, tavalar, gündəlik qablar istehsal
olunur.
Digər mənfi cəhət, çuqun qablaındakı emal örtüyünün azacıq zərbəyə belə
davamsız olmasıdır. Nəticədə emal qopur və çuqunun səthi üzə çıxır. Emalın qopması
ilə çuqunun tərkibindəki zəhərli elementlərlə-qurğuşun, arsen birləşmələri, reaksiyaya
girərək insan orqanizminə xəstəliklər törədə bilir.
Dostları ilə paylaş: