Cəmil Əli oğlu haciyev elxan Rəcəf oğlu allahverdiyev


Suvarma şəraitində alaq otları və onlara qarşı mübarizə



Yüklə 2,38 Mb.
səhifə16/41
tarix24.05.2020
ölçüsü2,38 Mb.
#31488
1   ...   12   13   14   15   16   17   18   19   ...   41
N 81

Suvarma şəraitində alaq otları və onlara qarşı mübarizə

Azərbaycanın təbii şəraiti çox müxtəlifdir. Burada geniş düzən- liklərdən, dərin dərələrdən və çiçəkli yamaclardan tutmuş, zirvələri qarla örtülü yüksək dağlara qədər hər cür relyef formalarına, rütubətli və quru subtropik iqlimdən başlayaraq bütün iqlim tiplərinə, isti, mülayim, soyuq qurşaqlara xas olan müxtəlif torpaq zonalarına və zənğin təbii bitki örtüyünə təsadüf edir.

Bitkilərin inkişafı üçün su, işıq, istilik və mineral qida mad- dələrinin olması vacibdir.Alaq otları isə mədəni bitkilərin arasında bitərək onları bu amillərdən məhrum edir. Alaq otları torpaqdan çoxlu miqdarda rütubət götürüb sərf edir ki, bu da torpağı qurudur. Məsələn: haçaquyruq (yabanı vələmir, yulafca) buğdaya nisbətən 1,5 dəfə artıq su sərf edir.Tədqiqatlar nəticəsində məlum olmuşdur ki, haçaquyruq bitkisi bir kiloqram quru maddə əmələ gətirmək üçün 500 litrdən artıq su sərf edir. Hesablamalara görə vələmirin transpirasiya əmsalı 597, buğdanınkı 513, darınınkı isə 240-dan ar- tıq olmadığı halda, yovşanın transpirasiya əmsalı 948-ə bərabərdir. Buna görə də, alaq otları basmış sahədə torpaq olduqca tez və daha dərindən quruyaraq torpaqda nəmlik çatışmamazlığı əmələ gətirir.

Bir çox alaq bitkiləri vardır ki, yarpaqları vasitəsilə daha çox su buxarlandırır, nəticədə mədəni bitkilərə nisbətən suvarma suyun- dan daha çox istifadə edir. Məsələn: ala qanqalın yarpaq səthi böyük olduğundan suyu çox buxarlandıraraq mədəni bitkiləri həyat amillərindən məhrum edir.Nəticədə mədəni bitkilər ya zəif inkişaf edir, və ya tamamilə məhv olub sıradan çıxır.

Alaq bitkiləri torpaqdakı rütubətlə yanaşı, külli miqdarda qida maddələrini də mənimsəyir. Araşdırmalardan məlum olur ki, alaqların sərf etdiyi qida maddələri, mədəni bitkilərin sərf etdiyi qida maddələrindən 2-3 dəfə artıq olur. Məsələn: qanqal torpaqdan buğdaya nisbətən 3 dəfə artıq kalium mənimsəyir. Alaq otları tor- pağın çətin mənimsənilə bilən qida maddələrindən mədəni bitki- lərə nisbətən daha yaxşı istifadə edə bilir. Torpağa verilmiş üzvi və

mineral gübrələri alaq otları daha tez mənimsəyərək torpağı qida maddələrindən kasıblaşdırır.

Respublikada geniş sahələrdə müxtəlif kənd təsərrüfatı bitkiləri becərilir. Bu bitkilərin normal inkişafını təmin etmək, götürülən məhsulun kəmiyyət və keyfiyyətini yüksəltmək məqsədilə tətbiq olunan kompleks aqrotexniki tədbirlərin sırasında alaq otlarına qarşı ciddi tədbirlərin müntəzəm surətdə həyata keçirilməsi ən zəruri məsələlərdən biridir. Alaq otları sürətlə inkişaf edərək mə- dəni bitkilərin becərildiyi sahəni tutur, onları sıxışdırır, günəşin işığından və istisindən məhrum edir, torpaqdan külli miqdarda qida maddələri və su mənimsəməklə əsas bitkilərin inkişafını zəiflədir. Xəstəlik və zərərvericilərin yayılmasına şərait yaradır. Bununla ya- naşı alaq otları tarlada becərmə işlərini, məhsulun toplanmasını çətinləşdirir, məhsulun kəmiyyət və keyfiyyətinin aşağı düşməsilə səbəb olur.

Botaniklərin əksəriyyəti alaq otlarını geniş miqyasda şərh edirlər. Lakin bununla belə alaq otları haqqında olan anlayış hələ bu vaxta qədər dəqiq müəyyənləşdirilməmişdir. Bir çox alimlər bitkiləri ziyan vermələrinə görə alaq otu adlandırırlar. Ancaq bu fikirdə düzgün deyildir. Məsələn adi yağtikan əkinlərdə mədəni bitkilərə ziyan verib onların məhsuldarlığını aşağı saldığı halda, herik və dincə qoyulmuş torpaqlarda qrunt suyunun səviyyəsini aşağı salır və bununlada torpaq səthində şorlaşmanın qarşısını alır. Bununla yanaşı qeyd etmək lazımdır ki, ziyanvericilik nəinki alaq otlarına, eyni zamanda mədəni bitkilərədə xasdır.Məsələn yonca pambıq bitkisinin ən yaxşı sələfi və heyvandarlıq üçün dəyərli yem mənbəyi hesab olunur. Bununla belə o, müəyyən inkişaf mər- hələsində mal-qarada köp əmələ gətirir.

Ümumiyyətlə alaq bitkiləri təbiətdə geniş yayılaraq kənd təsərrüfatı bitkilərinə böyük zərər vurur. Bəzi alaq otlarının kök sistemi mədəni bitkilərin kök sisteminə nisbətən çox güclü inkişaf edir. Alaq otlarının kök sisteminin torpağa dərin işləməsi onun qu- raqlığa davamlı olmasına və mədəni bitkilərə nisbətən suvarma suyundan daha yaxşı istifadə etməsinə şərait yaradır. Tədqiqatlar

göstərir ki, adi yağtikan və ya sürünən kəkrənin kökü 3-5 m tor- pağın dərinliyinə işləyə bilir. Bu da bitkinin nəinki suvarma suyundan, hətta qrunt suyundan da istifadə etməsini göstərir.

Yağış suları, çay və sel axımları torpağın üst münbit qatını yu- yub aparır.Beləliklə bu torpaqda olan alaq toxumları suvarma şə- bəkəsinə və buradan da əkin sahələrinə yayılır.Ədəbiyyat məlu- matlarına görə belə suların 1m3-də 100-150 müxtəlif alaq toxum- ları ola bilər. Respublikamızın suvarılan bölgələrində bu hal geniş müşahidə olunur. Çayların, suvarma kanallarının, arxların, kollek- tor-drenaj şəbəkələrinin yamaclarında, kənarlarında alaq otları geniş yayılır. Burada öz vegetasiya müddətini başa çatdırmış alaq toxumları suvarma suyuna tökülərək əkin sahələrinə yayılır.

Alaq bitkilərinin əkin sahələrində və təbii fitosenozda yayılan bir neçə min nümayəndəsinə təsadüf edilir. Ona görə, alaqlara qar- şı mübarizəni düzgün təşkil etmək üçün, onları müəyyən əlamət- lərinə görə qruplarda cəmləşdirmək lazım gəlir.

Alaq bitkiləri morfoloji əlamətləri nəzərə alınmaqla botaniki siniflərə bölündükdə birləpəlilərə və ikiləpəlilərə ayrılır. Bu qayda ilə təsnifata bölündükdə, bəzən müxtəlif bioloji xüsusiyyətlərə malik olan alaq bitkiləri eyni qrupa düşür ki, bu da onlara qarşı düzgün mübarizə tədbirləri seçməyə imkan vermir.

Alaq bitkiləri mənşəyinə və yayılmasına görə antropaxorlara və apofitlərə bölünürlər.

Vegetasiya müddətinə və həyat tərzinə görə mədəni bitkilərə uyğun olmaqla, əkin sahələrində yayılan alaq bitkiləri antropaxor- lar adlanırr.

Apofitlər təbii fitosenozda: -çöllərdə, meşələrdə, bataqlıqlarda və digər qeyri-əkin sahələrində yayılan alaqlara deyilir.

Bununla bərabər, bəzi halda əkin sahələrində apofit, təbii fitosenozda isə antropaxor alaqlara rast gəlinir.

Alaq bitkilərinin əsas bioloji xüsusiyyətlərini əhatə edən möv- cud təsnifatda onların qidalanma xarakteri, yaşama müddəti və çoxalma üsulları nəzərə alınmışdır (Cədvəl 9). Qidalanma üsuluna görə alaq bitkiləri tüfeyli, yarım tüfeyli və yaşıl alaqlara bölünürlər.

Cədvəl 9.

Alaq bitkilərinin arqobioloji təsnifatı


Tüfeyli və yarım tüfeyli alaqlar

Yaşıl alaqlar

1.Gövdədən

qidalananlar



Azilliklər

Çoxilliklər

2.Kökdən

1.Efemerlər,

1.Əsasən toxumları və qismən vegetativ

qidalananlar

2.Yazlıqlar:

orqanları ilə çoxalanlar:




a)erkən

a)milköklülər,




yazlıqlar

b)saçaqlıköklülər




b)körpə

2.Əsasən vegetativ orqanları və qismən




yazlıqlar

toxumları ilə çoxalanlar:




3.Qışlayanlar,

a)soğanaqlılar




4.Payızlıqlar,

b)kökü yumrular




5.İkiilliklər

v) sürünən gövdəlilər







q)kökümsovgövdəlilər







d) kökü pöhrəlilər

.

Tüfeyli alaqlar. Tüfeyli alaqlar kökü və yaşıl yarpaqları olma-

yan və ona görə də müstəqil yaşamaq qabiliyyətini itirmiş bitki- lərdir.

Onlar xüsusi əmzikləri ilə yaşıl alaqların hazır üzvi maddələrini soraraq qidalanırlar. Yaşıl bitkilərin sancıldığı orqanlarının adına uyğun olaraq tüfeyli alaqlar gövdədən və kökdən qidalanan olurlar. Tüfeyli alaqların toxumları cücərdikdən sonra 10-15 gün öz ehtiyat qida maddələri hesabına inkişaf edir, sonra isə sahib bitki adlanan yaşıl bitkilərin hesabına qidalanırlar.

Tüfeyli alaqların nisbətən az yayılmalarına baxmayaraq, birbaşa yaşıl bitkilərin hesabına qidalandıqlarına görə daha çox ziyan vururlar. Tüfeyli alaqların gövdədən qidalanan qızıl sarmaşıq və kökdən qidalanan kəhrə kimi nümayəndələri kənd təsərrüfatı bitkilərinə daha çox ziyan vurur.

Yuxarıda göstərdiyimiz kimi tüfeyli alaqların əsas nümayəndə- lərindən biri də qızıl sarmaşıqdır. Qızıl sarmaşıq qısaömürlü bitki olub, kənd təsərrüfatı bitkilərinə çox ziyan vuran tüfeyli alaqdır. Onun kök sistemi olmur, gövdəsi çılpaq, sapa və ya ipəbənzər, sürətlə şaxələnən, kövrək, asanlıqla qırılan, parlaq rəngli alaqdır.

Qızıl sarmaşıq toxumları və gövdələrinin parçaları ilə çoxalır. Yaşıl yarpaqları olmur.Çiçəkləri iki cinsiyyətli və çox xırda olub, sıx dəstələrlə toplanır, ağ, sarı. Çəhrayı rəngdə olur.Meyvəsi qutucuqdur, bir kolu 3-4 min ədədə qədər toxum verir.Toxumları kiçik və yuvarlaqdır və onun toxumları bir neçə il öz cücərmə qabiliyyətini itirmir. Hətta məlum olmuşdur ki, heyvanlar qızıl sarmaşığın toxumunu yedikdə belə həzm orqanlarından salamat çıxaraq yenidən peyinlə sahəyə düşərək əlverişli mühitdə cücərir.

Suvarma suyu, peyin, kənd təsərrüfatı bitkilərinin toxumlarıyla birlikdə qarışaraq, dəndöyən, taxıltəmizləyən maşınlarla və digər yollarla qızıl sarmaşığın toxumları ətrafa yayıla bilir.Yazda hava- lar isinən kimi qızıl sarmaşığın toxumları cücərməyə başlayır. Cücərtilər toxumda olan ehtiyat qida maddələrinin hesabına 10-15 gün müstəqil yaşaya bilir və sürətlə inkişaf edərək yaxında olan sahib bitkinin gövdəsinə sarmaşır.

Qızıl sarmaşıqların əsas ocaqları becərilməyən xam torpaqlar, dincə buraxılmış torpaqlar arx kənarları və s yerlərdə olur. Qızıl sarmaşıq zədələdiyi kənd təsərrüfatı bitkilərinin inkişafı kəskin surətdə ləngiyir, hətta çox vaxt tamamilə məhv olur.Bu alaq bir çox tarla bitkilərini, yonca, pambıq, kartof, soğan və s zədələyir və məhsuldarlığını aşağı salır.

Kənd təsərrüfatı bitkilərinə ən çox ziyan vuran qızıl sarmaşığı məhv etmək üçün lazımı tədbirlər aparılmalıdır.Bu məqsədə nail olmaq məqsədilə mövcud karantin tədbirlərini, mexaniki, aqrotex- niki və ən əsası kimyəvi mübarizə üsullarının həyata keçirilməsi lazım gəlir.

Sarı sarmaşıq yayılmış otluqlarda, yolların və arxların kənarın- da, dövlət fondu torpaqlarında, mərzlərdə, xam və dincə buraxıl- mış yerlərdə otlar tez-tez və olduqca alçaqdan çalınmalı, yı- ğışdırılıb yandırılmalı, torpaq isə şumlanmalı və ya bellənməlidir.

Sarı sarmaşıq toxumalarının su vasitəsilə yayılması qarşısını almaq üçün sarı sarmaşıq bitən suvarma və drenaj kanallarının bəndlərində və kənarlarında otluqları vaxtaşırı çalmaq, habelə kimyəvi üsulla məhv etmək lazımdır.

Kənd təsərrüfatı bitkilərinə əsas zərər vuran tüfeyli alaqlardan

biri də kəhrə bitkisidir. Kəhrə bitkisi əsasən mədəni bitkilərin kö- kündən qidalanır. Sahib bitkinin kökünə daxil olaraq onun şirəsini, möhtəviyyatını sormaqla, kənd təsərrüfatı bitkilərini tez bir zamanda gücdən salır, qurudur və bitkini məhv edir. Kəhrə bitkisi əsasən mədəni bitkilərə quraqlıq zamanı daha çox ziyan vurur.

Kəhrə (orabanş) bitkisi kiçik kol şəklində olub, bəzi növləri birgövdəli, bəziləri isə şaxlı-budaqlı olmaqla, boyu 30-70 sm olur. Onun rəngi sarımtıl-narıncıya çalır, yaşıl yarpaqları olmur, yarpaq- ları pulcuq şəklində, əksərən gövdənin aşağı hissəsində sıx şəkildə topa halda olur.

Növündən asılı olaraq bitkinin çiçəkləri sarı, qırmızımtıl, çəh- rayı, bənövşəyi, qonura çalan rəngdə olur.Toxum meyvəcikləri qutucuqdur. Toxumla çoxalır. Kəhrə bitkisinin bir kolunda 100- 150 minə qədər çox xırda, toz kimi toxumu olur. Toxum yetişən zaman külək vasitəsilə bulud kimi ətrafa yayılaraq, geniş sahələrə yayılır. Belə toxumlar bəzən mədəni bitkilərin toxumuna qarışaraq yayılır. Belə yayılmış toxumlar torpaqda əlverişli mühit yaranan zaman cücərərək sahib bitkiyə zərər vurur. Orobanş toxumlaları cücərmə qabiliyyətini torpaqda 3-5 il ərzində itirir.

Təbiətdə kəhrənin növləri çoxdur. Bunların bəzi növləri müəyyən mədəni bitkilərin, digərləri isə yabanı otların kökləri üzərində parazitlik edirlər.Onu da qeyd etmək lazımdır ki, taxıl fəsiləsindən olan bitkiləri kəhrə zədələmir.

Kəhrə bitkisinin aşağıdakı növləri məlumdur: günəbaxan kəh- rəsi, çətənə kəhrəsi, Misir kəhrəsi, sarı kəhrə və s.

Günəbaxan kəhrəsi: Bu tüfeyli alaq günəbaxanın ən qorxulu düşmənidir.Torpağa düşmüş toxumları 5 ildən artıq müddət ərzin- də cücərmə qabiliyyətini saxlayır və 20-25 sm dərinlikdə şum qatında cücərib inkişaf edə bilir. Toxumların cücərməsi uzun mü- hitdən müəyyən dərəcədə turşuluq tələb olunur. Görünür ki, günə- baxanın kökləri kəhrə toxumları üçün əlverişli mühit hesab olunur. Bu növ kəhrənin gövdəsi qol-budaqlı olmur, tacı bənövşəyi rəngə çalır.Gövdənin aşağı hissəsi sarı rəngli pulcuqlarla kip örtülü olur.

Günəbaxan eyni sahədə təkrar əkilən hallarda kəhrə küllü miq- darda çoxalaraq bütün əkini tələf edir. Bu parazit günəbaxandan

başqa bəzən tütün və pomidor bitkilərinin, habelə alaq otlarını da zədələyir.

Çətənə kəhrəsi: Çətənə kəhrəsi əsas etibarı ilə çətənə, tütün, po- midor, kartof, kələm hətta günəbaxan bitkisini də zədələyir. Çətənə kəhrəsi bu bitkilərlə yanaşı yovşanın kökündə də parazitlik etdiyi aşkarlanmışdır. Günəbaxan kəhrəsinə nisbətən çətənə kəhrəsi daha çox toxum verir. Belə ki, bir kolunda 140-dan artıq sarı çiçəkləri olduğu göstərilir, gövdəsi qol-budaqlıdır.

Misir kəhrəsi: Kəhrənin digər bir növü olan Misir kəhrəsi əsa- sən bostan-tərəvəz bitkilərinə zərər vurduğu qeyd olunur. Misir kəhrəsi isti yerlərdə daha çox yayılır.

Sarı kəhrə: Paxlalı bitkiləri zədələyən bu tüfeyli qol-budaq atan gövdəli olub cənubda daha çox yayılmışdır.

Belə bir tüfeyli alaqla mübarizə aparmaq üçün ən yaxşı vasitə növbəli əkinə riayət etməkdir. Kəhrə yayılmış sahədə sahib bitki bir neçə il əkilməməlidir. Kəhrə ilə mübarizə aparmmaq məqsədilə davamlı bitki sortları seçmək lazımdır. Kəhrə yayılmış sahədə bitki çiçəkləməzdən əvvəl onu məhv etmək vacibdir.



Yarımtüfeyli alaqlar: Yarımtüfeyli alaqlar, tüfeyli alaqlardan fərqli olaraq kök və yaşıl yarpaqlara malikdirlər. Bu qrup bitkilərin kökü və yaşıl yarpaqları olduğundan başqa bitkilərdən asılı ol- mayaraq sərbəs qidalana bilir və bununla yanaşı digər bitkilərin köklərinə əmici rişələrini daxil edərək onların şirəsini soraraq qidalanır. Ona görə, bu qrupa aid olan alaqlar sahib bitkidən su və qida maddələri alıb özləri üzvi maddə əmələ gətirir və həm də onların hazır üzvi maddəsi ilə qidalanırlar.Bəzi məlumatlara görə yarımtüfeyli alaqlar sahib bitkidən ancaq mineral maddələr və su alırlar, lazım olan üzvi maddələri isə özləri fotosintez yolu ilə hasil edirlər.

Tüfeyli alaqlar kimi yarımtüfeyli alaqlar da gövdədən və kök- dən qidalanan olmaqla iki qrupa bölünürlər.

Əksərən taxıl bitkiləri əkinlərində geniş yayılan yarımtüfeyli alaqlar dənlərin cılızlaşmasına, və məhsulun azalmasına səbəb olur. Yarımtüfeyli alaqların tarlalarda yayılmış əsas nümayəndə- lərindən aşağıdakıları göstərmək olar: qarabuğda, dişlicə, yuvaotu,

çınqıldaqotu və s.

Çınqıldaqotu: Bu bitki birillik alaq olub, hündürlüyü 30-35 sm- ə qədər, yarpaqları dişli, çiçəkləri açıq-sarı, çiçək qrupu sünbülə bənzərdir.Yan köklərində əmici rişəmləri vardır.Bu rişəmlər vasitəsilə sahib bitkilərin köklərinə sancılaraq onların şirəsini və suyunu sorur, nəticədə bitkinin məhsuldarlığını aşağı salır.

Əsasən payızlıq çovdar bitkiləri əkilən sahələrdə geniş yayılan çınqıldaqotu toxumları vasitəsilə çoxalır.Kiçik boylu olduğundan çox vaxt nəzərə çarpmır.

Yarımtüfeyli alaqlarla mübarizə aparmaq üçün, onlar çiçəklə- məzdən əvvəl çəmənləri biçmək, dənli taxıl əkinlərində bir neçə dəfə alaq otlarını vurmaq əkiləcək toxumları diqqətlə təmizləmək lazımdır.

Yaşıl alaqlar: Yaşıl alaqlar müxtəlif fəsiləyə mənsub olan bitkiləri əhatə etməklə avtotrof qidalanırlar. Həyat müddətinə görə yaşıl alaqlar azilliklərə və çoxilliklərə bölünürlər.

Azillik alaqlar birillik və ikiillik olmaqla ancaq toxumları ilə çoxalır və inkişaf edərək toxumları yetişdikdən sonra məhv olurlar. Azillik alaq bitkiləri, yaşama və inkişaf şəraitinə görə efemer-

lərə, yazlıqlara, qışlıqlara, payızlıqlara və ikiilliklərə bölünürlər.

Efemer alaqlar vegetasiya müddətini 1,5-2 ayda başa çatdırır və il ərzində bir neçə nəsil əmələ gətirir.

Yazlıq alaqlar erkən yazlıqlar və körpə yazlıqlar olmaqla iki ya- rımqrupa ayrılır. Erkən yazlıq alaqlar torpaqda 4-80C istilik olduq- da cücərti əmələ gətirir və toxumları mədəni bitkilərin məhsulu yığılana qədər yetişir.

Körpə yazlıq alaqların toxumları torpaqda 10-140C istilik ol- duqda cücərir, bitkilər yavaş inkişaf edir və mədəni bitkilərin məhsulu yetişən zaman vegetasiya müddətini başa çatdırır.

Yazlıq alaqlar il ərzində ancaq bir məhsul verirlər. Toxumları payızda cücərdikdə bitkilər şaxtadan tələf olur və toxum vermir.

Yazlıq alaqların bir çox nümayəndələrinin bioloji xüsusiyyətləri mədəni bitkilərin bioloji xüsusiyyətlərinə uyğun olduğuna görə əkin sahələrində geniş yayılırlar.

Qışlayan alaqların touxumu yayda, payızda və erkən yazda cü-

cərir, bitkilər istənilən mərhələdə qışlayır və yazda kökaltı yar- paqlar rozetkasına malik gövdələr sürətlə inkişaf edib, qısa müd- dətdə meyvə əmələ gətirir.

Qışlayan alaqlar bəzi halda yazda cücərti verdikdə, kökaltı yarpaqlar rozetkası olmayan bitkilər alınır və onlar həqiqi yazlıq alaqlar kimi inkişaf edirlər. Qışlayan alaqların toxumları payızlıq taxılların məhsulu toplandıqda yetişir, yığım zamanı məhsula qarışır və qismən torpağa tökülür.

Payızlıq alaqların toxumları yayın axırında və payızda cücərti verir, bitkilər kollanma fazasında qışlayır və sonrakı ilin yayında vegetasiya müddətini başa çatdırır. Payızlıq alaqların qışlıq alaq- lardan fərqli xüsusiyyəti, onların normal inkişafı üçün soyuq pa- yız-qış aylarında qışlama keçirməyə daha çox tələbat göstər- mələrindən ibarətdir.

Bioloji xüsusiyyətləri və inkişaf mərhələləri uyğun olduğuna görə payızlıq alaq bitkiləri, payızlıq taxıl əkinlərində geniş yayı- lırlar.

İkiillik alaqlar vegetasyia müddətini iki ildə başa çatdırırlar. Bu qrupa aid olan alaqların toxumları yazda cücərdikdə bitkilər birinci ildə güclü kök sistemi, yarpaq və kök boğazında tumurcuqlar əmələ gətirir. Həmin müddətdə bitkinin kökündə ikinci ildə isti- fadə olunmaq üçün ehtiyat qida maddələri toplanır. İkinci ildə ehtiyat qida maddələri hesabına gövdələr inkişaf edir, yayda çiçək və toxum əmələ gətirərək məhv olurlar.

Həqiqi ikillik alaqların toxumları payızda cücərdikdə birinci il bitkidə ancaq vegetativ orqanlar əmələ gəlir, ikinci qışlamadan sonra toxum verib məhv olur.Azərbaycan şəraitində ikiillik alaqla- rın toxumu payızda cücərdikdə, sonrakı ilin yayında bitkilər gövdə, çiçək və toxum əmələ gətirib özlərini birillik qışlıqlar kimi aparır və fakultativ xarakter daşıyır.

Çoxillik alaqlar müxtəlif fəsiləyə aid olan bitkiləri əhatə et- məklə geniş sahələrdə yayılır və böyük ziyan vururlar. Bu qrupa aid olan alaqlar bir neçə il yaşayır və hər il toxum verirlər. Toxum- ları yetişdikdən sonra bitkinin ancaq yerüstü orqanları məhv olur, sonrakı illərdə köklərində olan əlavə tumurcuqlar yenidən inkişaf edib gövdə, çiçək və toxum əmələ gətirir.

Çoxillik alaqlar çoxalma üsuluna görə iki qrupa bölünür. 1.Əsa- sən toxumları və qismən vegetativ orqanları ilə çoxalanlar. 2.Əsasən vegetativ orqanları və qismən toxumları ilə çoxalanlar.

Birinci qrupa milköklü və saçaqlı köklülər, ikinci qrupa isə soğanaqlılar, kökü yumrular, sürünən gövdəlilər, kökümsov gövdəlilər və kökü pöhrəlilər daxildir.

Hər iki qrupa aid olan alaq bitkiləri kök sisteminin quruluşuna və vegetativ üsulla yayılmasına görə bir-birindən fərqlənirlər.

Kalış: Suvarma şəraitində ən geniş yayılan çoxillik alaq otla- rından biridə kalışdır. Ədəbiyyat məlumatlarına görə kalış Avro- paya Amerkadan gətirilmiş karantin alaqlardan sayılır. Hazırda bütün pambıq əkilən bölgələrdə ən geniş yayılmış alaqdır. Kö- kümsov gövdələri və toxumları ilə çoxalır.Toxumları tarlalara əsasən suvarma suyu ilə yayılır. Professor Malovun tədqiqat- larından məlum olur ki, yayda 300 m3/ha normada verilən su ilə tarlanın hər hektarına 12 mindən artıq kalış toxumu yayılmışdır. Toxumlar suyun 0-5 sm-lik üst təbəqəsində üzür, buna görə də onların qabağını sıx tor ilə kəsib yığmaq asandır.

Kalış toxumları torpaqda lazımı temperatura və əlverişli şərait olan kimi cücərir. Cücərtilər yeni çıxan vaxtlar onları kultivator, yastıkəsicilərlə kəsməklə asanlıqla məhv etmək olar.

Kalış toxumundan başqa, kökümsov gövdələrində olan çoxlu tumurcuqlar vasitəsilə də çoxalır. Bu alaq üç növ kökümsov gövdə əmələ gətirir. İlk kökümsov gövdələr bitki çiçək açan zamanda əmələ gəlir və bunlardan bir çox qısaboylu ikinci növ kökümsov gövdələr çıxır. İkinci növ kökümsov gövdələr torpağın səthinə çıxaraq külli miqdarda çiçək verən yeni gövdələr əmələ gətirir. Çiçək qrupu əmələ gələn dövrdə ikinci növ kökümsov gövdələrdən üçüncü növ kökümsov gövdələr də əmələ gəlir.Bunlar torpaq qatında xeyli dərinliyə işləyərək. Gələcək ildə gövdə vermək üçün ehtiyat təşkil edir.

Tarlada daha çox toplanmış kökümsov gövdələr torpaq becə- rilməsi zamanı kənd təsərrüfatı maşınlarının işləməsinə maneçilik törədir nəticədə görülən işin keyfiyyəti aşağı düşür.

Pambıqçılıqla məşğul olan rayonlarda geniş yayılmış alaq otlarından biyan, qızıl pencər, qatırquyruğu, qamış, salaməleyküm,

çayır və s göstərmək olar.



Biyan: Paxlalılar fəsiləsindən olan biyanın bir neçə növü vardır. Azərbaycanın bütün rayonlarında, ən əsasda suvarılan bölgələrdə, becərilən və becərilməyən sahələrdə, yollar, kanallar ətrafında daha geniş yayılmışdır. Biyan toxumları və kökümsov gövdələri ilə çoxalan bitkidir. Quraqlığa və istiyə dözümlü bitkidir.

Gövdəsi düzdür, möhkəmdir, az budaqlıdır, seyrək tüklüdür, hündürlüyü 60-80, bəzən 100 sm-ə çatır. Yarpaqları mürəkkəb- lələkvaridir, 7-19 sadə yarpaqcıqdan ibarətdir. Yarpaqları ellips- şəkilli olub, alt tərəfi yapışqanlıdır. Salxım çiçək qrupuna aiddir. Ağarmış-bənövşəyi rəngli çiçəkləri vardır. Biyanın qonur rəngli, düz və ya azacıq əyilmiş paxlası olur. Hər paxlada 2-6 toxum olur.

Kökü torpağın dərin qatlarına işləyə bilir. Mil kökü yoğun olur.Optimal nənliyi olan torpaq şəraitində biyanda kök pöhrə- lərinin təməlini qoyan əlavə köklər yaxşı inkişaf edir.

Heyvanlar üçün qidalı yem hesab olunur, quru ot və silos üçün yararlıdır. Ancaq qeyd etmək lazımdır ki, acıbiyan adlanan növü zəhərli toxumlar verdiyindən insan və heyvanlar üçün təhlükəlidir. Şirinbiyanın kökündən təbabətdə geniş istifadə olunur.



Çayır: (paspalum L) Çayır özündən köklər əmələ gətirə bilən yeraltı və yerüstü zoğlara malik bitkidir.Bu bitki respublikanın aran və aşağı dağ rayonlarında geniş yayılmışdır. Respublikamızın ərazisində çayırın bir növü, barmaqvari çayır yayılmışdır ki, bu da əkin sahələrinə ziyan vurur. Onun sürünən uzun kökümsov göv- dəsi yatıb-qalxan olub. Hündürlüyü 50-60 sm-ə çatır. Yarpaqları xətvari lanset şəkilində, bir qədər sərt və bozumtul-göy olur. Ha- maşıq çiçəyi gövdənin təpəsində bir yerə toplanmış 3-8 sünbülvari budaqcıqdan ibarət olur.

Çayır əsasən suvarılan yerlərdə, bataqlıqlarda, subasarlarda, arxlar kənarında, rütubətli çəmənliklərdə bitir. Bununla yanaşı pambıq, qarğıdalı, çay, çəltik əkinlərinə daha çox ziyan vurur.

Çayır aprelin birinci yarısında cücərir, mayın ortalarında və iyunun əvvəlində çiçəklənir. Vegetasiya dövrü payızın axırınadək davam edir. Bir bitkisi 2000-ə qədər toxum verir.Toxumu 3sm-dən artıq dərinliyə cücərmir. Kökümsovlar buğumlardan və buğumara- larından ibrətdir. Buğumların qəhvəyi və ya açıq-qonur rəngli pul-

cuqlar ayrılır. Köhnə kökümsovların pulcuqları olmur. Adətən kökümsovun birinci ilinin sonunda bu pulcuqlar məhv olur. Kökümsovların buğumlarında tumurcuqların və əlavə köklərin təməli qoyulur. Əlavə köklər dəstələr şəklində olur. Hər dəstədə 3- 4 əlavə kök əmələ gəlir. Əlavə köklər qısa yan köklərlə əhatə olunur. Çayırın kökümsovları pambığın tarlalarında torpağın 30-40 sm, payızlıq taxıl zəmilərində isə 15-20 sm dərinliyə işləyir. Kökümsvların əsas kütləsi torpağın 0-10 sm-liyində cəmlənir.



Barmaqvari su çayırı mal-qaranın bütün növləri tərəfindən yaxşı yeyilən qiymətli otlaq bitkisidir. Otarılmaya tapdalanmaya qarşı davamlıdır. Ancaq qeyd etmək lazımdır ki, bəzən bu bitkilərin üzərində parazit göbələklərin bir növü yaşadığından bu bitkilər olan çəmənlərdə qaramalın otarılması təhlükəlidir. Tədqiqatlar sübut edir ki, həmin göbələklər yayılmış çayırı heyvanlar yedikdə zəhərlənir.


Yüklə 2,38 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   41




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin