Kənd təsərrüfatı bitkilərindən yüksək və keyfiyyətli məhsul əldə etmək, tarlaların mədəni səviyyəsi ilə sıx surətdə bağlıdır.Mədəni əkinçilik aqrotexniki tədbirlər kompleksini həyata keçirməklə torpaqdakı rütubəti, qida maddələrini, günəş enerjisinin mədəni bitkilər tərəfindən səmərəli istifadə olunmasını təmin etməlidir.Bu da onu göstərir ki, bitkilərə əsas ziyan vuran alaq otlarına qarşı mübarizə tədbirləri aparılmalıdır.
Alaqlara qarşı mübarizə üsulları aqrotexniki, bioloji və kimyəvi mübarizə tədbirlərinə bölünür.
Kənd təsərrüfatı bitkilərinin becəriməsində aparılan yüksək keyfiyyətli aqrotexnika alaqlara qarşı mübarizəyə qulluq edir. Ay- dındır ki, aqrotexniki üsullar alaqları məhv etməkdən başqa, ayrı vacib məsələləri, məsələn su-hava, istilik və qida rejimini nizamla- yır. Alaq bitkiləri ilə aqrotexniki mübarizə tədbirləri iki mərhələdə aparılır.
Mədəni bitkilər tarlalara səpilənə qədər olan dövrdə;
Mədəni bitkilərin vegetasiya dövründə.
Alaq otları ilə mübarizənin mədəni bitkilər tarlalara səpilənə qə- dər olan dövrdə aparılması daha əlverişlidir. Çünki bu dövrdə hələ
mədəni bitkilər olmur, tarlada mexaniki becərmə işləri sərbəst aparılır.
Aqrotexniki mübarizə: Alaq otları ilə mübarizədə əsas şumun hansı vaxtda aparılmasının böyük əhəmiyyəti vardır.Əsas şum sa- hədə mövcud olan alaq otlarının növlərinə müvafiq aparılmalıdır. Belə ki, tarlanı kökümsov gövdəli alaq otları basmışsa, onların kö- kümsov gövdələrini daha çox məhv etmək üçün həmin sahələrdə yay şumu aparılmalıdır. Belə şumda alaq otlarının kökümsov göv- dələri torpaq qatı ilə birgə çevrilib üzə çıxır və günəş şüasının tə- sirindən quruyub məhv olur. Tədqiqatlar göstərir ki, bu üsulla bar- maqvari çayır 98%, salaməleyküm 87% məhv olur, hələb kalışı və başqa kökümsov gövdəli alaq otları isə ölgünləşir və əsasən məhv edilir.
Şum dərin aparıldıqda alaq otlarının toxumları, kök pöhrələri və kökümsov gövdələri torpağın dərin qatlarına düşərək az cücərti verir. Torpağın şumlanması üsulunun düzgün seçilməsidə alaq ot- ları ilə mübarizədə çox böyük rol oynayır. Torpaq laydırlı kotanla şumlandıqda az, laydırsız kotanla şumlandıqda çox alaqlı olur.
Alaq otlarının məhv edilməsində torpağın səpinqabağı becəril- məsinin də böyük əhəmiyyəti vardır. Torpağın səpinqabağı becə- rilməsi nəticəsində payızda, qışda və erkən yazda cücərmiş alaq ot- ları kəsilərək məhv edilir. Bunu torpaqkəsici “qazayağı” pəncə ilə təchiz edilmiş şum kultivatoru ilə aparmaq lazımdır.
Qeyd etmək lazımdır ki, istər birillik və istərsə də çoxillik alaq otlarını məhv etmək üçün təkcə şumun aparılması, köklərin tor- paqdan yığılması, ehtiyat suvarmaların tətbiqi, səpinqabağı becər- mələrin keçirilməsi və mədəni bitkilərin cücərməsindən qabaq tarlanın yüngül mala ilə malalanması kifayət deyildir.Çünki çoxil- lik alaq otlarının şumaltı qatda yaşama qabiliyyətinə malik olan xeyli kökü, birillik alaq otlarının isə torpaqda hələ cücərməyən ehtiyat toxumu qalır.Odur ki yazlıq bitkilərin tarlalarında birillik və çoxillik alaq otlarını məhv etmək üçün cərgəarası becərməyə də fikir verilir.Bu dövrdə alaq otları ilə mübarizə mexaniki üsulla aparıldıqda bitkilərin səpin sistemləri, onların cərgəarası məsafə- ləri, bitkilərin boyu və s əsas əhəmiyyətə malikdir.
Cərgəarası 60sm olan pambıq, qarğıdalı tarlalarında alaq otları ilə mexaniki mübarizə T-28 traktoru ilə aqreqatlaşdırılan KRX-4-6 və gencərgəli pambıq tarlalarında isə MTZ-80 traktorunun üzərinə quraşdırılmış KRX-4 markalı kultivatorlarla aparılır. Kultivatorla- rın işlək orqanları mədəni bitkilərin boy və inkişafından asılı ola- raq ülgüclərdən, qazayağı pəncələrdən ibarət olmalıdır.İşçi orqan- lar elə nizamlanmalıdır ki, mədəni bitkilərə zərər yetirməsin. Bu- nunla yanaşı cəgəarası becərilən bitkilərdə vegetasiya suvarması zamanı kultivatora xüsusi şırımaçanlar quraşdırılır ki, bununda böyük əhəmiyyəti vardır.
Alaq otları ilə bioloji mübarizədə mədəni bitkilərin böyüməsi və inkişafı üçün əlverişli şəraitin yaradılması da mühüm rol oy- nayır. Mədəni bitkilərin cücərtiləri nə qədər yaxşı və sürətlə inki- şaf etsə onların həyatı üçün şərait nə qədər əlverişli olsa, onlar alaqlara qarşı bir o qədər güclü müqavimət göstərəcək.
Tmiryazev adına Kənd Təsərrüfatı Akademiyasının Təcrübə stansiyasında növbəli əkin sistemi tətbiq olunan taxıl, kənaf və yoca tarlalarında alaq otlarının növ tərkibi və çoxluğu 3, 5 dəfə az olmuşdur.Bu da onu göstərir ki, bioloji mübarizədə növbəli əkin sisteminin də böyük əhəmiyyəti vardır.
Bioloji mübarizə: Alaq otları ilə bioloji mübarizədə mədəni bitkilərin böyüməsi və inkişafı üçün əlverişli şəraitin yaradılması da əhəmiyyətli rol oynayır.Tədqiqatlar göstərir ki , mədəni bitkilər vaxtında səpilsə, vaxtında cücərib inkişaf edər ki, bu da alaq otlarının üzərinə kölgə salaraq onun inkişafını ləngitmiş olar.
Qırğızıstan Elmi Tədqiqat Müəssisələri tərəfindən müəyyən olunmuşdur ki, qızılsarmaşığın rütubətli gövdəsi üzərinə alterna- riya göbələyinin sporları düşdükdə cücərir, sürətlə inkişaf edib çoxalaraq 2-3 həftəyə alağı məhv edir.
Fitomiza milçəyi yumurtalarını kəhrə çiçəyinin üzərinə qoyur, nəticədə zədələnmiş kəhrə meyvə vermir. Milçəyin çoxaldılaraq tarlaya buraxılması torpağın kəhrə toxumları ilə zibillənməsinə qarşı mübarizə aparmağa yaxşı imkan verir. Qeyd edək ki, fito- miza milçəyi yay dövründə 3-4 nəsil verir.
Kəhrə ilə zibillənmiş tarlaların bir hektarına 500-1000 ədəd yu-
murta qoyulur. Fitomiza milçəyindən istifadə etməklə bostan bit- kiləri 3-4 il, tütün bitkiləri əkinlərində 4-5 il müddətində kəhrənin qarşısını almaq olur.
Növbəli əkin sisteminin tətbiqinin alaqlara qarşı bioloji müba- rizədə böyük əhəmiyyəti vardır. Timiryazev adına Kənd Təsərrü- fatı Akademiyasının təcrübə stansiyasında növbəli əkin sistemi tətbiq edilən taxıl, kənaf və yonca tarlalarında alaq otlarının növ tərkibi və çoxluği 3, 5 dəfə az olmuşdur.
Kimyəvi mübarizə: Hazırda alaq otlarına qarşı kimyəvi müba- rizədə bir sıra herbisidlərdən geniş istifadə olunur. Herbisidlər bir tərəfdən əl ilə alaq vurmada əmək sərfini azaldır, digər tərəfdən isə mədəni bitkilərin məhsuldarlığını xeyli artırır.
Alaqlara qarşı kimyəvi mübarizədə herbisidlərdən istifadəyə hələ XIX əsrin axırlarında başlanmışdır.Fransada Bonie 1897-ci ildə ilk dəfə mis-sulfat duzunu taxıl zəmilərində tətbiq etdikdə bu duzun çöl xardal alaq otunu məhv etdiyini, taxıl bitkilərinin zədə- lənmədiyini aşkar etmişdir. Bundan sonra bu yönümlü tədqiqtlar müxtəlif ölkələrin alimləri tərəfindən davam etdirilmiş və yeni herbisidlər hazırlamışlar.
Hazırda alaq bitkilərini məhv etmək üçün 120-dən artıq müxtə- lif adda herbisiddən istifadə edilir. Herbisidlərdən düzgün və sə- mərəli istifadə etmək üçün onları müəyyən qruplarda birləşdirmək lazım gəlir. Həmin qruplaşdırmada herbisidlərin aşağıdakı müx- təlif xüsusiyyətləri nəzərə alınır.
Kimyəvi tərkibinə görə herbisidlər qeyri-üzvi və üzvi maddələrə bölünür. Tərkibi mineral maddələrdən ibarət olan qeyri-üzvi herbi- sidlərdən maqnezium xlorid və kalsium sianamid nisbətən çox isti- fadə olunur. Həmin herbisidlər bəzi halda pambıq sahələrində defoliant kimi də tətbiq edilir. Qeyri-üzvi herbisidlərin alaq bitki- lərinə öldürücü təsir norması çox olduğuna görə onlar nisbətən az sahələrdə tətbiq edilir.
Üzvi herbisidlər az norma ilə yüksək təsiredicilik qabiliyyətinə malikdir. Ona görə, əkinçilikdə ən çox üzvi herbisidlər işlədilir. Üzvi herbisidlər mürəkkəb tərkibli fizioloji fəal üzvi turşuların törəmələridir və ona görə hər herbisid özünün tərkibinə görə ancaq
bir qrup alaq bitkilərinə təsir göstərir.
Bitkiləri məhv etmə xarakterinə görə herbisidlər başdan-başa (kütləvi) və seçici (selektiv) təsir edən olmaqla iki qrupa bölü- nürlər.
Başdan–başa təsir edən herbisidlər istifadə edildiyi ərazidə bü- tün bitkiləri məhv edir. Ona görə, bu qrupa aid olan herbisidlər əkin üçün istifadə olunmayan sahələrdə, bütün bitki örtüyünü məhv etmək üçün tətbiq edilir.
Seçici xarakterli herbisidlər ancaq bir qrup bitkilərə təsir etdi- yinə görə, əkin sahələrində həmin qrupa aid olan alaqları məhv et- mək məqsədilə tətbiq olunur. Bu zaman herbisidlər mədəni bit- kilərə mənfi təsir etmir.
Seçici xarakterli herbisidlər öz növbəsində məhdud və geniş tə- sir dairəli olurlar. Məhdud təsir dairəli seçici herbisidlər az sayda bitki qruplarına təsir etdiyi halda, geniş təsir dairəli seçici herbisid- lər azillik alaqların bir çox növünü, çoxillik alaqlardan isə bir neçə növünü məhv edirlər. Başdan-başa və seçici xarakterli herbisid- lərin müəyən edilmiş normaları dəyişdirildikdə onların biri- digərini əvəz edir. Yəni başdan-başa təsir edən herbisidlər az nor- ma ilə istifadə edildikdə seçici, seçici xarakterli herbisidlər yüksək normada tətbiq olunduqda isə başdan-başa təsir xarakterli olur.
Bitkilərə təsir xarakterinə görə herbisidlər kantakt və sistem təsirli olur. Kantakt təsir edən herbisidlər bitkinin ancaq düşdüyü hissəsinə təsir edir. Ona görə, kantakt təsir edən herbisidlərin sə- mərəliliyini artırmaq üçün, onun bitkinin bütün orqanlarına düş- məsini təmin etmək lazımdır. Sistem təsir edən herbisidlər düş- düyü yerdən hüceyrə şirəsi ilə bitkinin bütün orqanlarına yayılır və onu tamamilə məhv edir.
Bitkilərə daxil olma xarakterinə görə herbisidlər yarpaqdan, kökdən və həm yarpaqdan, həm də kökdən daxil olmaqla bir birin- dən fərqlənən üç qrupa bölünürlər. Hər üç qrupa aid olan herbisid- lər sistem xarakterli olur. Kökdən daxil olan herbisidlər torpağa səpilməklə, alaq cücərtiləri alınana qədər və sonrakı müddətlərdə tətbiq edilir.Yarpaqdan daxil olan herbisidlər isə alaq bitkilərinin yerüstü orqanlarının ilk inkişaf mərhələlərində istifadə olunur.
Həm kökdən, həm də yarpaqdan daxil olan herbisidlər vegetasi- ya müddətində torpağa səpilir və yaxud bitkilərin yerüstü orqanla- rına çilənir. Ona görə də, taxıl əkinlərində tətbiq edilən herbisidlər, taxıl bitkilərinə təsir etmədiyi halda, birillik ikiləpəli bitkilərə asan daxil olub onları məhv edir.
İlk inkişaf mərhələsində bitkilərin böyümə prosesi intensiv olmaqla bərabər, onların toxumaları zərifliyi və kənar maddələri asan mənimsəməsi ilə fərqlənir. Ona görə də, alaq bitkilərinin kör- pə cücərtiləri herbisidlərin təsiri ilə asan məhv edilir. Herbisidlər fizioloji fəal maddə olduğuna görə, bitkilərə daxil olduqda onlarda gedən biokimyəvi proseslərdə iştirak edir. Müəyyən tərkibli herbisid bitkilərin tərkibində olan üzvi maddələrlə reaksiyaya girib zəhərli birləşmələr əmələ gətirdikdə, həmin bitkilərdə gedən fizioloji prosesləri pozur və onları məhv edir.
Herbisidlərin alaq bitkilərinə öldürücü təsiri havada və torpaqda olan nəmliyin və istiliyin miqdarından, atmosfer çöküntülərinin düşmə müddətindən, torpağın qranulometrik tərkibindən və mün- bitlik dərəcəsindən, torpaq məhlulunun reaksiyasından və digər amillərdən asılıdır.Havanın nisbi nəmliyi çox olduqda, yarpaq sət- hində şeh əmələ gəldiyinə görə, herbisidlərin bitkiyə daxil olması üçün əlverişli şərait yaranır. Quru havada isə herbisidlərin bitkiyə daxil olması çətinləşir. Əksər herbisidlər 18-250 istilikdə daha yaxşı təsiredicilik qabiliyyətinə malik olur. İstilik 150-dən az ol- duqda herbisidlərin təsiri azalır, 25-300 istilikdə isə tez quruma getdiyinə görə, herbisid bitkilərə çətin daxil olur. Ona görə də herbisidlərin, günün səhər saat 10-adək və axşam saat 180-dən son- rakı müddətlərində səpilməsi məqsədə uyğun hesab edilir.
Suvarılan torpaqlarda əkinçilik sistemləri və növbəli əkinlər
Suvarma kənd təsərrüfatı bitkilərinin su ilə kifayət qədər təmin olunmayan təbii bölgələrində aqrotexniki tədbirlər sistemidir.
Dünyanın bir çox ölkələrində ABŞ-da, İngiltərədə, İraqda, İranda, Rusiyada, Qazaxstanda, Özbəkstanda, Tükmənstanda və digər yerlərdə suvarma əkinçiliyi geniş yayılmışdır.O cümlədən respublikamızda suvarma əkinçiliyinin tarixi çox qədimdir.
Suvarılan torpaqlarda müxtəlif kənd təsərrüfatı bitkiləri becə- rilir. Məsələn pambıq ABŞ-da, Mekskada, Özbəkstanda, Tükmən- standa, Azərbaycanda İranda əsas bitki, buğda Kanadada, Qazax- standa və demək olar ki, əksər ölkələrdə, çəltik Çində, İraqda, Hindistanda və digər ölkələrdə geniş sahələrdə becərilir.
Aparılmış araşdırmalardan məlum olur ki, suvarılan torpaqlarda
əkinçilik sisteminin əsas vəzifələri aşağıdakılardır.
Kənd təsərrüfatı bitkilərinin seçilməsi və yüksək aqrotexni- kanın tətbiq edilməsi yolu ilə suvarma suyunun daha səmərəli istifadə olunması;
Becərilən bitkilərdən yaxşı keydiyyətli, yüksək və sabit məh- sulların əldə edilməsi.
Torpağın münbitliyinin qorunması, artırılması, təkrar şorlaş- manın, bataqlaşmanın qarşısının alınması.
Bu vəzifələrə müvafiq olaraq suvarma əkinçiliyində aşağıda göstərilən məsələlər həll olunur.
İqtisadi cəhətdən faydalı, torpağın əlavə rütubətləndirilməsinə daha tələbkar bitkiləri olan növbəli əkinlərin mənimsənilməsi;
Suvarma sularının və yağmurların səmərəli istifadə olunma- sını təmin edən torpaq becərmə qaydalarının və sistemlərinin tətbiqi:
Torpağın əlverişli qida rejiminin yaradan və növbəli əkinlərin bütün bitkiləri tərəfindən sudan istifadə əmsalını artıran bitkilərin gübrələmə sisteminin və qaydalarının mənimsənilməsi;
Səpindən məhsul yığımınadək bitkilərin həyat şəraitinin dəyişməsinə müsbət təsir edən bitkilər qrupu sistemlərinin və qaydalarının tətbiqi;
Səpinlərin alaqlardan, kənd təsərrüfatı bitkilərinin xəstəliklə- rindən və zərərvericilərindən mühafizə olunması üçün yüksək səmərəli tədbirlərin tətbiqi;
Torpaqların təkrar şorlaşması və bataqlıqlaşmasına qarşı mü- barizə tədbirlərinin tətbiqi;
Suvarmanın bütün sisteminin səmərəliliyini yüksəltmək üçün torpaqqoruyucu meşə zolaqlarının yerləşdirilməsi:
Dostları ilə paylaş: |