MÖVZU 8
Təhlükəsizlik fəaliyyətinin təmin olunmasının prinsipləri, üsulları və vasitələri
Təhlükəsizlik fəaliyyətinin təmin olunması üçün prinsipləri dedikdə bu sahədə olan ideyalar, fikirlər və əsas müddəalar nəzərdə tutulur. Prinsiplər çoxdur və aşağıdakı əlamətlərə görə qruplaşdırılır: istiqamətləndirici, texniki, təşkilatı, idarəetmə.
1. İstiqamətləndirici qrupa, operatorun aktivliyi, operatorun dəyişdirilməsi, hadisələrin sistemləşdirilməsi və təsnifatlaşdırılması, təhlükələrin azaldılması və aradan qaldırılması və s. prinsipləri misal olar bilər. Bir neçə prinsiplə ətraflı tanış olar.
Normallaşdırma prinsipi. Bu prinsip elə parametrlər qoyur ki, bunlara riayət etdikdə uyğun təhlükələrdən insanın müdafiəsini təmin edir. Məsələn: tullantıların buraxılabilən həddi (BBH), qarışığın buraxılabilən həddi (QBH), səviyyənin buraxılabilən həddi (SBH), ağırlığın (yükün) qaldırma və aparılma normaları, əmək fəaliyyətinin müddətli (davamlığı) və s.
2. Texniki qrupa bloklaşdırma, hemetikləşdirmə, uzaqdan idarə etmə, zəif elementin tətbiqi və s. prinsiplər daxildir. Misal: zəif elementin tətbiqi prinsipi. Bu prinsip zəif elementin qoşulmasına əsaslanır və sistemdə müəyyən parametr dəyişdikdə reaksiya verir, nəticədə qorxulu halı aradan qaldırır. Məsələn, qoruyucu klapanlar, dağılan membranlar, elektrik qoruyucuları, elektriklə işləyən maşın və aqreqatların yerlə birləşdirilməsi və s.
3. Təşkilati qrup – vaxtla müdafiə, informasiya, normalaşdırma, kadrların seçilməsi, erqonomik və s. prinsipləri əhatə edir. İnformasiya prinsipi – işçilərə məlumatların verilməsi, təhlükəsizliyin uyğun səviyyəsini təminn edir. Məsələn: işçilərlə təlimatların aparılması, onların bilik səviyyələrinin yüksəldilməsi, təhlükəsizlik nişanlarının, xəbərdarlıq işarələrinin tətbişi, avadanlıqların nişanlanması (markalanması) və s.
4. İdarəetmə qrupuna nəzarət, əks əlaqə, məsuliyyət, planlaşdırma, mükafatlandırma və s. prinsipləri caxildir.
Təsnifatlaşdırma prinsipi – təhlükələrin xarakterinə uyğun obyektlərin sinifləri, kateqoriyalara bölünməsi. Məsələn: sahələrin sanitariya-müdafiə zonalarına bölünməsi (5 sinif), partlayış-yanğın təhlükəsinə görə istehsalın kateqoriyalara bölünməsi (A, B, V, Q, D) və s.
Təhlükəsizliyin təmin olunması üsulları
Təhlükəsizliyin təmin olunması üsulları məqsədə çatmaq vasitəsi və yoludur. Bu üsullar ümumi biliklərin qanunauyğunluqlarına əsaslanır və aşağıdakı anlayışları qəbul edir.
Dostları ilə paylaş: |