Qomosfera – insanın fəaliyyətinin baş verdiyi fəza (işçi zonası).
Nokosfera – hadisələrin həmişə olduğu, yaxud vaxtaşırı baş verdiyi fəza .
Qomosfera və nokosferanın birlikdə olması təhlükəsizlik nöqteyi-nəzərdən buraxıla bilməz. Təhlükəsizliyin təmin olunması üç əsas üsulla əldə edilir.
A üsulu – Qomosfera və nokosfera fəzalarının müvəqqəti ayrılması. Bu məsafədən idarə etmək, avtomatlaşdırma, robotlaşdırma və s. ilə əldə edilir.
B üsulu – hadisələri aradan çıxartmaqla nokosferanın normal vəziyətə gətirməkdən ibarətdir. Bu insanı səsdən, zəhərli qazlardan, tozlardan, zədələnmə təhlükəsindən və s. müdafiə edən kollektiv müdafiə vasitələrin birgə şəkildə tətbiqi vasitəsilə həyata veçirilir.
V üsulu – müəyyən əməliyyat və vasitələrin köməyi ilə insanın işlədiyi şəraitdə uyğunlaşdırmaq və onun müdafiəsini artırmaqdan ibarətdir. Bu işçilərin sənətə görə seçilməsi, öyrədilməsi, psixoloji təsir etməklə, fərdi müdafiə vasitələrinin köməyi ilə əldə edilir. Real şəraitdə göstərilən üsulların birgə nombinasiyası tətbiq edilir.
Təhlükəsizliyin təmin olunması vasitələri
Təhlükəsizliyin təmin olunması vasitələri prinsip və üsulların konkret şəkildə yerinə yetirilməsinə yönəldilən konstruktiv, təşkilati və maddi tədbirlərdən ibarətdir. Təhlükəsizliyin təmin olunması vasitələri kollektiv və fərdi müdafiə vasitələrinə bölünür. Kollektiv və fərdi müdafiə vasitələri öz növbəsində təhlükələrin xarakterindən, konstruktiv həllindən, tətbiq olunduğu sahədən asılı olaraq qruplara bölünür.
Dostları ilə paylaş: |