1.3. Təhlükələrin ardıcıllıqla öyrənilməsi
Təhlükələri aşağıdakı ardıcıllıqla öyrənmək tövsiyə olunur.
I mərhələ – təhlükələrin ilkin təhlili
1–addım – təhlükənin mənbələrini aşkar olunması
2–addım – sistemin təhlükəni yarada bilən hissəsinin müəyyən olunması
3–addım – öyrənilməyən təhlükələrin təhlildən çıxarılması
II mərhələ –təhlükəli vəziyyətlərin ardıcıllıqla müəyyən olunması.
Hadisələr və təhlükələr ağacının qurulması.
III mərhələ – nəticələrin təhlili
1.3.1. Təhlükəsizliyin sistemli təhlili
Təhlükəsizliyin sistemli təhlili mürəkkəb problemlərin həllini əsaslandırmaq üçün istifadə olunan metodoloji vasitələrdən ibarətdir. Sistem müəyyən nəticəyə nail olmaq üçün qarşılıqlı əlaqəli komponentlərin toplusudur. Bu komponentlər maddi obyekt olmaqla yanaşı həm də münasib və əlaqələr kimi nəzərdə tutulur. Hər hansı saz maşın texniki sistemə misal ola bilər. Bir elementi insan olan sistem erqatik sistem adlanır. Erqatik sistemə «insan–maşın–ətraf mühit» misal ola bilər.
Sistemin mahiyyəti hadisələrə sistemi təşkil edən komponentlərin qarşılıqlı əlaqəsinin nəticəsi kimi baxır. Məsələn, yanğın hadisəsinə, yanan maddə, oksidləşdirici mühit və yanma mənbəyini təşkil edən və qarşılıqlı əlaqəyə malik komponentlərdən ibarət sistem kimi baxmaq lazımdır. Əgər bu komponentlərdən biri aradan götürülərsə sistem pozulacaq və hadisə baş verməyəcək, yəni yanma prosesi olmayacaq.
Sistemli təhlilin metodoloji prinsipi nəzəri və təcrübi elementlərlə yanaşı şəxsiyyətin dəqiq formalaşmış təcrübəsi və duyma qabiliyyətinə də əsaslanır.
Təhlükəsizliyin sistemli təhlilində məqsəd xoşagəlməz hadisələrin (qəza, yanğın, fəlakət və s.) baş verməsinin səbəblərini aşkar etmək və onların qarşısını almaq, yaxud baş vermə ehtimalını azaltmaq üçün tədbirlər hazırlamaqdan ibarətdir.
1.3.2. Təhlükəsizlik sisteminin təhlilində məntiqi əməliyyatlar
Məntiqi əməliyyatların müəyyən işarələrlə göstərilməsi qəbul olunub. Ən çox «Və» və «Yaxud» əməliyyatları tətbiq edilir. «Və» əməliyyatı göstərir ki, çıxışda tələb olunan nəticəni almaq üçün girişdə bütün şərtlərin yerinə yetirilməsi vacibdir. «Yaxud» əməliyyatı göstərir ki, çıxışda lazım olan nəticəni almaq üçün girişdə olan şərtlərdən heç olmasa biri yerinə yetirilməlidir. Başqa sözlə «Və» əməliyyatında A hadisəsinin baş verməsi üçün hər iki B və V hadisələrinin baş verməsi zəruridir. «Yaxud» əməliyyatı o deməkdir ki, Q hadisəsi o vaxt baş verə bilər ki, D yaxud E hadisələrindən heç olmasa biri (yaxud hər ikisi) baş vermiş olsun (şəkil 2).
Şəkil 2. “İşdənçıxma ağacı” üsulu ilə təhlildə məntiqi əməliyyatlar
Təhlükəsizliyin təhlilində xüsusi işarələrdən istifadə olunur. Aşağıda hadisələrin və məntiqi əməliyyatların işarələri verilir.
Dostları ilə paylaş: |