Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


Fəaliyyətin potensial təhlükəsi haqqında aksioma



Yüklə 0,77 Mb.
səhifə28/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   24   25   26   27   28   29   30   31   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Fəaliyyətin potensial təhlükəsi haqqında aksioma. Həyat təcrübəsi göstərir ki, hər hansı fəaliyyət potensial təhlükədir. Heç bir növ fəaliyyətdə mütləq (tam) təhlükəsizlik əldə etmək müm­kün deyil. Bununla əlaqədər aşağıdakı nəticəni çıxarmaq olar: hər hansı fəaliyyət təhlükəlidir. Bu nəticə aksioma xarakteri daşıyır. Lakin təhlükəni (ya riski) idarə etmək olar.
MÖVZU7
Risk nəzəriyyəsinin əsas müddəaları
Risk anlayışı V.Marşala görə təhlükənin yaratdığı nəticələrin tezliyidir. Başqa sözlə risk təhlükələrin kəmiyyətcə qiymətlən­dirilməsidir. Kəmiyyət qiymətləndiricisi müəyyən dövrdə bu və ya digər xoşagəlməz nəticələrin miqdarının, onların mümkün ola bilən miqdarına olan nisbətidir.

Riski təyin edərkən onunla yanaşı nəticələrin siniflərini gös­tər­mək vacibdir, yəni nəyin riski sualına cavab vermək lazımdır. Misallar göstərək:

1. Ölkədə məlumatlara əsasən bir il ərzində istehsalatda adamların həlak olma riskini (Ris) təyin edək. İl ərzində N=133mln. işçinin n=14 min nəfəri həlak olur

2. Ölkədə müxtəlif təhlükələr nəticəsində il ərzində 50 min nəfər adam həlak olur. Bütün əhalinin miqdarını 300 mln. qəbul etsək, onda ölkə əhalisinin həlak olma riski



Risk fərdi və sosial xarakterli olur. Fərdi risk ayrıca şəxs üçün məlum təhlükəni xarakterizə edir. Sosial risk hadisələrin tezliyi ilə bu hadisələrdə zədələnmiş adamlar arasında asılılıq yaradır.

Adətən risk və təhlükələr ictimaiyyət tərəfindən subyektiv şəklində qəbul olunur. Adamlar nadir hadisələri, lakin böyük miq­darda ölümlə nəticələnən hadisələrə daha kəskin şəkildə reaksiya verirlər. Halbuki, tez-tez baş verən hadisələr nət­i­cə­sində bir, yaxud kiçik qrup adamların həlak olması o qədər də gərginliklə qəbul edilmir.

İstehsalatda hər gün 40-50 adam, ölkə miqyasında müx­təlif təhlükələrdən 1000 nəfərdən çox adam həyatını itirir. Ancaq bu məlumat o qədərdə diqqəti cəlb etmir. Lakin bir qəza nəticəsində 5-10 nəfərin həlak olması daha çox diqqət mərkəzində olur. Riski qiymətləndirdikdə subyektiv amili tələb edir ki, subyektivlikdən azad olan üsullar, metodoloji tədbirlər hazırlansın. ABŞ əhalisinə aid məlumata görə fərdi (şəxsi) riski xarakterizə edən bəzi misallar göstərək:



Avtomobil nəqliyyatı – 310-4

Odlu silah – 110-5

Yıxılma – 910-5

Dəzgah avadanlığı – 110-5

Yanma və yanğın – 410-5

Elektrik cərəyanı – 610-6

İsti vurma – 310-5

İldırım – 510-7

Zəhərlənmə – 210-5

Hava nəqliyyatı – 910-6


1.2.1.Risk və təhlükələrin kvantifikasiyası
Riskin və mənfəətin müqayisəsi üçün mütəxəssislərin çoxu insan həyatının maliyə ölçüsü anlayışı qəbul edilir. Başqa sözlə, nə qədər vəsait xərcləmək lazımdır ki, insan həyatının təhlükəsizliyi təmin edilmiş olsun. Xarici tədqiqatlara görə insan həyatı 650 mindən 7 mln. Amerika dollarına qədər qiymətləndirilir. Lakin riskin təyin olunması təqribi xarakter daşıyır və bunun üçün dörd üsuldan istifadə edilir.

1. Mühəndis üsulu. Bu üsul statiki məlumata əsaslanır, tezliklərin hesabatına, təhlükəsizliyin ehtimal təhlilinə, təhlükə sahələrinin (ağacının) qurulmasına əsaslanır.

2. Model üsulu. Bu üsul zərərli faktorların təklikdə adama, sosial və peşə qruplarına və digərlərinə təsir modelinin qurulmasına əsaslanır.

3. Ekspert üsulu. Bu üsul müxtəlif hadisələrin ehtimalını təyin etmək üçün təcrübəli mütəxəssislərlə aparılan sorğuya əsaslanır.

4. Sosioloji üsul. Bu üsul əhali arasında aparılan sorğuya əsaslanır.

Birinci və ikinci üsul müəyyən hesablamaların aparılmasını tələb edir. Lakin bunun üçün həmişə lazımi məlumatlar olmur.

Göstərmək lazımdır ki, yuxarıda qeyd olunan üsullar ayrı–ayrılıqda riski müxtəlif nöqteyi nəzərdən ifadə edir. Odur ki, bu üsullar kompleks şəkildə icra olunmalıdır.
1.2.2. Riskin münasib (qəbul oluna bilən) konsepsiyası
Ənənəvi təhlükəsizlik texnikası tam qəti, qeyri şərtsiz tələbi qəbul edir, yəni təhlükəsizliyi təmin etmək, heç bir qəzaya yol verməmək prinsiplərinə əsaslanır. Lakin təcrübə göstərir ki, bu cür konsepsiya texniki sistemlərin imkanları ilə uyğunlaşmır. Mütləq təhlükəsizlik çox humanist olsa da, bu konsepsiya insanlar üçün bədbəxtliyə çevrilə bilər. Çünki fəaliyyət göstərən sistemlərdə heç vaxt sıfır riski təmin etmək mümkün deyil. Ona görə də müasir aləm mütləq təhlükəsilik konsepsiyasını rədd edir və münasib (qəbul oluna bilən) risk konsepsiyasını qəbul edir.

Bu konsepsiyanın mahiyyəti müəyyən dövr ərzində cəmiyyətin qəbul etdiyi və ona nail olmaq istədiyi təhlü­kəsizlik prinsipindən ibarətdir. Münasib risk texniki, iqtisadi, sosial və siyasi aspektlərini özündə cəmləşdirir və təhlü­kəsizliyin səviyyəsi ilə ona nail olmaq imkanları arasında qarşılıqlı güzəştlər əsasında razılaşmaya əsaslanır.

Qeyd etmək lazımdır ki, texniki sistemlərin təhlükəsizliyini yüksəltmək üçün iqtisadi imkan sonsuz deyil. Təhlükəsizliyi artırmağa hədsiz miqdarda vəsait sərf etmək sosial sahələrə ziyan gətirə bilər, məsələn, tibbi yardımı pisləşdirə bilər. Ona görə də risk münasib səviyyədə olmalıdır.

Şəkil 1-də münasib (qəbul oluna bilən) riskin təyin olunması göstərilir.

Şəkildən göründüyü kimi vəsait sərfi artdıqca texniki risk azalır, lakin sosial-iqtisadi risk artır. Cəm risk texniki və sosial-iqtisadi risklərin müəyyən nisbətində minimal qiymətə malikdir. Bu hal riskin səviyyəsini seçərkən nəzərə alınmalıdır. Bəzi ölkələrdə, məsələn Hol­lan­diyada münasib riskin səviyyəsi qanunlaşdırılmışdır.

İldə ada­mın həlak olması riskinin münasib səviyyəsi 10-6 qəbul olunub (ekosistem üçün). Canlı aləmlə mühit sistemi üçün münasib riskin səviyyəsinin maksimal qiyməti biogenetik növlərin 5% miqdarında ziyan çəkməsi səviyyəsində qəbul edilir.

Bizim ölkəmizdə hələlik riskin münasib konsepsiyası qəbul olunmayıb. Faktiki risk münasib riskdən qat-qat yüksəkdir.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin