Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


Həyat fəaliyyətinin təhlükəsizliyi



Yüklə 0,77 Mb.
səhifə4/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   2   3   4   5   6   7   8   9   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Həyat fəaliyyətinin təhlükəsizliyi

nəzəriyyəsinin əsasları
Real halların, hadisələrin və faktların təhlili artıq bu gün həyat fəaliyyətinin təhlükəsizliyi haqqında elmin bir sıra müddəalarını və fərziyyələrini dürüst etməyə imkan verir. Bunlar aşağıdakılardan ibarətdir:

  • İnsan və onu əhatə edən mühit fasiləsiz maddi, enerji və informasiya mübadiləsində olmaqla müəyyən məkanda daim fəaliyyət «insan-texnosfera» sistemini təşkil edir ki, burada digər amillərdən əlavə «neqativ> amillər törəyir və həmin sistemin ünsürlərinə təsir göstərir;

  • «insan-texnosfera sisteminin bir sıra neqativ amilləri həmçinin texnosferanın təbii mühitlə qarşılıqlı fəaliyyəti prosesində də reallaşaraq özündə biruzə verir;

  • «insan-texnosfera» və «texnosfera-təbii mühit sistemlərində mühafizə edilən obyektlər insan və biosferadır;

  • texnosferada neqativ amillərin mənbələri – texnosferanin ünsürlərindən, həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərində insanların səriştəsizliyindən, eləcə də kortəbii hadisələrdən, ərazinin relyefindən və s. ibarətdir;

  • neqativ təsirlərin meydana çıxmasına təkan verən səbəblər - təbii proseslərdir, habelə insanların icazəsiz, yalnış fəaliyyəti və texniki sistemin qeyri-mükəmməl ünsürləridir;

  • insanlara və biosferaya neqativ təsirlərin nəticələri neqativ amillərin əhəmiyyətindən, kəmiyyətindən (doza, konsentrasiya və s.) və təsirin müddətindən (ekspozisiyadan) asılı olur;

  • neqativ amillərin təsiri fasiləsiz, qısa müddətli və ya birdən-birə ola bilər, məkan üzrə bu təsirlər fəaliyyət zonasında, məişət zonasında, regionun ərazisində məhdudlaşır və ya bütün yer kürəsinə yayıla bilər;

  • neqativ təsirlərin əhəmiyyəti, kəmiyyəti və yayılma zonası bu təsirlərin mənbələrinin texniki sistemin (kortəbii hadisənin) energetik göstəricilərinin və enerji daşıyıcılarının xassələri ilə müəyyən edilir;

  • bir neqativ təsir ikinci, üçüncü və s. dəfə ardıcıl surətdə takrar olunan təsirlər silsiləsi törədə bilir;

  • neqativ təsiri tamamilə aradan qaldırmaq mümkün deyil, yalnız dairəsini məkan, zaman və ya təsirin təkrar olunması tezliyi üzrə məhdudlaşdırmaq olar;

  • təsirin əhəmiyyətinə görə hər bir neqativ amil üçün müəyyən səviyyə mövcuddur ki, həmin səviyyədə onun insana və biosferaya zərərli təsiri yolverilən təsir hesab edilə bilər, çünki belə şəraitdə insanın və biosferanin funksional və struktur vəhdəti pozulmur;

  • bir neça neqativ amilin təsiri toplanaraq ümumi bir güclü təsir xarakteri ola bilər;

  • negativ amillərin təsirindən insanın və biosferanın mühafizəsi o hallarda vacibdir ki, bu zaman toplanmış ümumi təsir də nəzərə alınmaqla, təsirin kəmiyyəti yolverilən səviyyədən artıqdır;

  • neqativ təsirləri yolverilən kəmiyyətədək azaltmaq üçün təsirlərin mənbələrin ekoloji baxımdan təkmilləşdirmək, eləcə də həyat fsaliyyətinin təhlükəsizliyi üzrə vəzifələri yerinə yetirmək tələb olunur.

Həyat fəaliyyətinin təhlükəsizliyi elminin nəzəri əsaslarını işləyib hazırlayarkən aşağıdakıları da nəzərə almaq lazımdır:

  • «insan-yaşayış mühit» sistemində ən çox yaşayış mühit dəyişikliyə məruz qalır. Hazırda dünyanın 80%-ədək əhalisi yaşayan regionlarda biosfera texnosferaya çevrilmiş, bu da insanı əhatə edən mühitin keyfiyyətini əhəmiyyətli dərəcədə dəyişdirmiydir və texnosferanın neqativ təsirlərindən mühafizə sahəsində bir çox problemlər yaratmışdır. Texnosferanın neqativ tysirləri konkret texnosfera regionunun tərkibindən və tərtibatından asılı olur.

  • Biosferadan texnosferaya regional keçidlər qısa müddət arzinda, bir-iki nəslin ömür müddətinə bərabər bir dövrdə baş vermişdir. Bu zaman insanın onu əhatə edən yaşayış mühitinin yeni xassələrinə uyğunlaşması, adaptasiyası əməli olaraq mümkün deyil və bu, yalnız həyat fəaliyyətinin təhlükəsizliyi məsələlərində insanın bilik və bacarığının yüksəldilməsi ilə əvəz edilə bilər.

Həyat fəaliyyətinin təhlükəsizliyi problemlərini həll edərkən qərarların vaxtında qəbul edilməsi vacib şərtdir. Təəssüf ki,təhlükəsizlik problemlərinin kəskinliyini, ciddiliyini, adətən, neqativ amillərin təsirini nəticələrinə görə, yəni təlafatın sayına, biosferanı təşkil edən ünsürlərin keyfiyyətinin itirilməsinə və s. görə qiymətləndirirlər. Bu zəmində müəyyən edilən mühafizə tədbirləri isə kifayət etmir, vaxtında yerinə yetirilmir və nəticə etibarilə az səmərəli olur və belə olaraq da qalır. Zərərli amillərə münasibətdə isə belə hal tamamilə yolverilməzdir, çünki zərərli amillərin neqativ nəticələri uzun illərdən sonra xəstəliklər şəklində meydana çıxır.

Yuxarıdakı deyilənlərdən belə nəticə çıxartmaq olar ki, həyat fəaliyyətinin təhlükəsizliyi elminin nəzəri əsasları ən azı aşağıdakı məsələləri əhatə etməlidir:



  • Texnosfera şəraitində təsir göstərən neqativ amillərin modelcə eyniləşdirilməsi və kompleks halında təsirinin əsasları;

  • Neqativ amillərin təsiri zonalarının və müvəqqəti təsir göstəricilərinin təyin edilməsinin əsasları (təsirlərin toplanması və dəfələrlə təkrar olunması ehtimalının texnosfera modellərində nəzərə alınmaqla);

  • Texnosferanın vəziyyətini nəzərə almaqla, onun yeni yaradılan və ya bərpa edilən ünsürlərinin ekoloji təhlükəsizliyi üzrə ilkin göstəricilərin formalaşdırılmasının əsasları;

  • Texnosferanın ünsürlərinə insanların icazəsiz təsirinin yaranması və şərtlərinin eyniləşdirilməsinin əsasları;

  • Texniki sistemlərin operatorlarına və əhaliyə verilən tələblərin formalaşdırılması;

  • Texnosferanın ekoloji təhlükəsizlik üzrə göstəricilərinin əsasları (bu göstəricilərin monitorinqi zəminində və ən təsirli mühafiza tədbirləri və vasitolari tatbiq etməklə).

Həyat foaliyyətinin təhlükəsizliyi sahəsində əsas vəzifələrini, funksiyalarını müəyyən edərkən neqativ təsirlərin yaranmasının, belə təsir zonalarının və mühafizə tədbirlərinin formalaşmasının tarixi ardıcıllığını nəzərə almaq lazımdır. Texnosferanın neqativ amilləri xeyli uzun müddet insanlara əsasan istehsalat sahələrində təsir göstərmiş və insanı təhlükəsizlik texnikası tədbirləri işləyib hazırlamağa vadar etmişdir. İstehsalat zonalarında insanların ha tam mühafizə edilməsi lüzumu ilə bütünlükdə omoyin mühafizosi məsələlərini meydana getirmişdir. Hazırda istehsalın neqativ təsiri son dərəcə genişlənmişdir və nəticədə şəhər əraziləri, yaşayış yerləri, habelən istehsal zonalarına bitişik biosferanın özü də mühafizəsi tələb olunan obyektlərə çevrilmişlər.

Demək olar ki, bütün neqativ təsir hallarında belə təsir amil texnosfera və oradakı zərərli (quru, maye, qaz) tullantılarinin mənbələri, enerji sahələri, şüalanma mənbələridir. Bütün texnosfera zonalarında təsir mənbələrinin eyni cür olması əməyin təhlükəsizliyi, insanların sağlamlığının və təbii mühitin qorunması kimi mühafizə xarakterli fəaliyyət sahələrində problemin həllinə eyni cür yanaşılmasını və ümumi qərarlar qəbul olunmasını labüddən tələb edir. Bütün bunlara HFT-nin əsas vəzifələrini, funksiyalarını reallaşdırmaqla nail olmaq müm-

kündür. Bunlar aşağıdakılardır:


  • Texnosfera regionları, fəaliyyət zonaları və s. yaradılarkən onların neqativ təsirlərinin proqnozlaşdırılması;

  • Regionun və ya fəaliyyət zonasının iqlim, coğrafi və digər xüsusiyyətlərini də nəzərə almaqla, oradakı neqativ təsir mənbələrinin, onların qarşılıqlı surətdə gcrtaşdirilməsi və fəaliyyat rejimlərinin ekspertizası əsasında müəyyən edilən neqativ təsirlərin səviyyəsinə görə texnosferada zonalar üzrə həyat şəraitinin təsvir edilməsi;

  • Neqativ amil mənbələrinə verilən ekoloji təhlükəsizlik tələblərinin – yol verilən tullantı hədlərinin (YTH), yolverilən axıntı hədlərinin (YAH), yolverilən enerji təsiri həddinin (SETH), yolverilən risk (təhlükə) həddinin və s. təyin edilməsi;

  • Ətraf mühitdə vəziyyətin monitorinqinin və neqativ təsir mənbələrinin nəzarət yoxlamalarının (inspeksiya) təşkili;

  • Eko-bioloji mühafizə vasitələrinin hazırlanması və tətbiqi;

  • Əhaliyə həyat fəaliyyətində təhlükəsizliyin əsaslarının öyrədilməsi, eləcə də işlədikləri təsərrüfat sahələrinin forma və səviyyəsindən asılı olmayaraq bütün mütəxəssislərin ekoloji təhlükəsizlik tədbirlərinin reallaşdırılmasına hazırlanması.

Hazırda eko-bioloji mühafizə vasitələrinin yaradılması və tətbiqinə əhəmiyyətli neqativ təsir mənbələrinin ekoloji təhlükəsizliyinə verilən tələblərinin müəyyənləşdirilməsi, istehsalat va şəhər şəraitində yaşayış mühitinin vəziyyətinə nəzarətin təşkili sahələrində müəyyən işlər görülmüşdür. Bununla yanaşı neqativ təsir mənbələrinin ekspetizasının əsasları, neqativ təsirlərin əvvəlcədən analizi və onların texnosferada monitorinqi üzrə müddəalar yalnız son dövrlərdə meydana çıxmaqda və formalaşdırmaqdadır.

HFT funksiyalarının reallaşdırılmasına əsasən eko-bioloji mühafizə vasitələrinin tətbiqi ilə nail olunur ki, belə mühafizə vasitələri onlara verilən sanitar - gigiena tələbləri və digər tələblər nəzərə alınmaqla yaradılır. Bunlara aşağıdakılar

aiddir:


  • Zərərli amillərin yolverilən təsiri (səviyyələr, konsentrasiyalar, dozalar) haqqında anlayış;

  • Yolverilən, texnogen təhlükə və təbii zədələyici amillərin təsiri təhlükəsi anlayışları;

  • Zərərli amillərin adi və toplanış təsirləri haqqında anlayış;

  • Zərərli amillərin təsir müddətinə nisbətən mühafizə vasitələrinin tətbiqi müddətinin üstünlüyü haqqında əsasnamə;

Prinsipcə eko-bioloji mühafizəsinin reallaşdırılması üçün bir neçə üsuldan istifadə olunur:

  • Neqativ təsir mənbəyini təkmilləşdirməklə təsiri tonun azaltmaq;

  • Mənbənin təsir zonasını insanlar olan zonadan və ya təbii zonadan məkanca ayırmaq;

  • Neqativ təsir mənbəni insanlar olan zonadan və təbii zonalardan ekran vasitəsilə (o cümlədən, fərdi mühafizə vasitələri işlətməklə) təcrid etmək.

MÖVZU3


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin