Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


Fövqəladə hallarda əhalinin həyat fəaliyyətinin



Yüklə 0,77 Mb.
səhifə5/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   2   3   4   5   6   7   8   9   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Fövqəladə hallarda əhalinin həyat fəaliyyətinin

təhlükəsizliyinin əsas istiqamətləri
Şəxsiyyət, cəmiyyət, dövlət və təbiət üçün daxildən və konardan təhlükə potensialının mövcudluğu əhalinin həyat fəaliyyətinin təhlükəsizliyinin təmini hər cür fövqəladə hadisələrin vaxtında proqnozlaşdırılmasını, eləcə də onların qarşısını almaq və nəticələrini operativ surətdə aradan qaldırmaq üçün tədbirlər kompleksinin əvvəlcədən hazırlanıb həyata keçirilməsi üzroə bütün səylərin artırılmasını tələb edir.

Bu problemin fövqaladə hallar şəraitində əhalinin, iqtisadiyyatın, ətraf mühitin mühafizəsi sahəsində dövlətin siyasətinin va ſoaliyyətinin nəzəri və əməli əsaslarını təşkil edən, milli təhlükəsizlik doktirinasının ayrılmaz tərkib hissəsi olmaqla mülki mühafizə konsepsiyasının hazırlanması yolu ilə həll etmək olar.

Əhalinin təhlükəsizliyinin ta'min edilməsinə vahid dövlət siyasətini həyata keçirməklə nail olunur (bu məqsədlə: fövqaladə hadisələri vaxtında proqnozlaşdırmaq, aşkar etmək və qarşısını almaq, onların zədələyici, psixoloji təsirini neytrallaşdırmaq və zəiflətmək, iqtisadiyyat obyektlərinin sabit işləməsini təmin etmək, fəlakət rayonlarında xəsarət almış adamları təhlükəsiz yerlərə köçürmək və s. kimi tədbirlər görülür).

Fövqəladə hallarda mülki mühafizədə (MM) bütün hakimiyyət və idarəetmə orqanları, mülki müdafiənin ixtisaslı dəstələri, bütün əhali əməli olaraq, bütün nazirliklərin və sahələrin, sahə mənsubiyyətindən, mülkiyyət formasından asılı olmayaraq hər cür təşkilat və müəssisələrin qəza-xilasetmə qüvvələri, ictimai təşkilatlar iştirak etməlidirlər. Bu zaman əsas diqqət, ancaq hadisələrin nəticələrinin aradan qaldırılmasına deyil, həm də fövqəladə hal törədən səbəblərin aşkar edilməsinə və qarşısının alınmasına yönəldilməlidir, ya'ni hadisədən sonra fakt üzrə yox, ona yol verməmək məqsədilə ondan əvvəl fəaliyyət göstərməlidir.

Həyat fəaliyyətinin təhlükəsizliyinə aid problemlərini aşağıdakı kimi şəhr etmək olar. Birincisi, əhali, onun amlakı va tabii mühit üçün mövcud olan təhlükəli, qorxulu halların növlərini və xüsusiyyətlərini dəqiq muəyyən etmək, yəni onların təsnifatını tərtib etmək, baş vermə sobablarını, qanunauyğunluğunu, habelə meydana çıxmasının xarakterini aşkar etmək lazımdır. Sonra isə mühafizəni təmin edə biləcək göstəriciləri və üstün şərtləri müəyyənləşdirmək, fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün lazım olacaq qüvvə və vasitələrin tərkibini asaslandırmaq lazımdır. Eyni zamanda zəhərli istehsalatlar, texnologiyalar və maddələr inventarlaşdırılmalı, təhlükənin dərəcəsinə görə təsnif edilib qruplaşdırılmalı, onların əhali, avadanlıq və təbii mühit üçün təhlükəsinin qiymətləndirilməsi kriteriyaları işlənib hazılanmalıdır. ikincisi, bu sahədə dövlət siyasətinin əsas müddəaları işlənib hazırlanmalı, ölkənin milli təhlükəsizliyi sistemində mülki mühafizənin rolu və mövqeyi təyin edilməli, ölkənin sosial iqtisadi, ekoloji, hərbi, informasiya, ictimai təhlükəsizliyi və digər təhlükəsizlik məsələləri ilə mülki mühafizənin qarşılıqlı əlaqələri dəqiq müəyyənləşdirilməlidir.

Üçüncüsü, Mülki Mühafizə qüvvələri, vasitələri və ehtiyat larının daha da təkmilləşdirilməsi, daim hazır vəziyyətdə saxlanması əsaslandırılmalıdır. Bu problem fövqəladə halların yaranmasından, onun aradan qaldırılmasından, bütün mərhələlərdə fəlakətlərlə mübarizə aparacaq qüvvə və vasitələrin uzunmüddətli inkişafı, fəaliyyət proqramı və planlarının tərtib olunması və reallaşdırılması yolu ilə, habelə fövqalada hadisələrin proqnozlaşdırılması, qarşısının alınması və aradan qaldırılması üsullarının işlənib hazırlanması, eləcə də əhalinin, xilasedicilərin, idarəetmə orqanlarının böhranlı hallarda samarali fəaliyyata hazırlanması şəraitində həll edila bilər.

Hayat fəaliyyətinin təhlükəsizliyinin asas istiqamatlari ölkədə şəxsiyyət və dövlət üçün, dövlətin milli manafeyi və təbii mühiti üçün daxildən və kənardan yarana biləcək təhlükə və tahdidlarin sistemli surətdə təhlili və qiymətləndirilməsi əsasında işlənib hazırlamaq mümkündür, çünki məhz bu təhlükələrin aradan qaldırılmasına hakimiyyət orqanlarının və bütün cəmiyyətin, o cümlədən də mülki mühafizənin fəaliyyəti yönəldilməlidir.

Təhlillər göstərir ki, ölkədə əhalinin həyat fəaliyyəti, iqtisadiyyat və təbii mühit üçün daxildən təhlükənin mənbələri, ölkədə zərərli maddələr ehtiyatlarının, eləcə də zərərli istesalatlar, texnologiyalar, enerji və informasiya vasitələrinin ham

kəmiyyətca, həm də miqyasca təhlükəli səviyyəyə qədər artmasi sayəsində yaranır ki, bu da texnoloji qəzaların, hətta sosial və təbii fəlakətlərin törəməsinə təkan verir.

Bunlardan əlavə kriminogen şərait, cinayətkarlıq və korrupsiyanın güclənməsi, digər təhlükəli sosial hallar, müxtəlif fitnəkarlıq və dezinformasiya da texnogen qəza və fəlakətlərin törəməsinə təsir göstərir. Müxtəlif fövqəladə halların yaranma səbəblərini təhlil edərkən tam təhlükəsiz texnologiyalar, təhlükəsizlik texnikası, sosial münaqişələr və texnogen qəzalar arasında, həm də sosial və təbii kataklizmlar arasında müəyyən bir qarşılıqlı əlaqə, yəni paragenetik effekt olduğunu da nəzərə almaq lazımdır.

Sadalanan bütün bu mənfi hallari va prosesləri ətraflı surətdə araşdırılarkən bu zaman nəzarə alınmalıdır ki, maddi, energetik, informatik və psixoloji amillər adamlara, cəmiyyətə və təbiətə vahid bir halda təsir edir. Insanların bütün fəaliyyət shalarinda enerjidon, maddi sorvotlardan və informasiyadan səmərəli istifadə edilməsi, fövqəladə hadisələr barədə əvvəlcədən xəbər tutub onların ağır nəticələrinin qarşısının alınması üsullarının işlənib hazırlanmasında bütün bu amillərin rolu öz əksini tapmalıdır.

Bədxah qonşularımızın ərazi iddiaları, milli münaqişə, milli eksterimizm respublikamız üçün kənardan ciddi hərbi təhlükə yaradır. Bu nöqtəyi-nəzərdən həyat fəaliyyətinin təhlükəsizliyini təhlil edərkən belə bir faktı nəzərə almaq lazımdır ki, keçmiş və hazırkı hərbi münaqişələrdə (müharibələrdə) yaşayış məntəqələrinə, iqtisadiyyat obyektlərinə, ətraf mühitə dəyən zərərin, eləcə də dinc əhali arasında zədələnmələrin miqyası kəskin surətdə artmaqdadır.

Əgar 1-ci dünya müharibəsi zamanı dinc əhali arasında təblat cəbhədəki tələfatdan 20 dəfə az, 2-ci dünya müharibəsində təxminən cəbhədəki təlafatla eyni olmuşdusa, adi silahlar işlədilən lokal müharibələrdə dinc əhalinin tələfatı cəbhələrdəki tələfatdan 13 dəfə artıq olmuşdur.

Sosial və texnogen fövqəladə hallar həmçinin kənardan həm ayrı-ayrı adamlara və idarəetmə orqanlarına, həm də bütün cəmiyyətə fitnəkarlıqla psixoloji-informasiya təsiri göstərilməklə törədilə bilər (fraqda olduğu kimi).

İqtisadiyyatın bütün sahələrində texnogen qəzaların, eləcə də təbii və sosial fəlakətlərin sayının artmasına baxmayaraq, onları məhdudlaşdırmaq, nəticələrini aradan qaldırmaq, itkiləri va zərəri azaltmaq üçün nəzərdə tutulan qəza-xilasetmə xidmətinin imkanları artmaqdadır.

Fövqəladə halların qarşısının alınması və aradan qaldırılması, belə hallarda ən vacib obyektlərin sabit işləməsi üçün əvvəlcədən tədbirlər görülməsindən əhalini və təbii mühitin mühalizəsi kimi humanitar işlərin yerinə yetirilməsində, bu sahədə qarşıda duran problemlərin səmərəli həllində bütün səviyyədən olan icra orqanlarının rolu olduqca vacib və böyükdür.

Sülh və müharibə dövrlərində ehtimal edilən fövqəladə halların proqnozlaşdırılması, qarşısının alınması, məhdudlaşdırılması və aradan qaldırılması işləri üzrə respublika səviyyəsindən başlamış obyektlərədək bütün hakimiyyət orqanlarının funksiyaları və ma'suliyyətinin müəyyən edilib dəqiqləşlirilməsi, onlar arasında fasiləsiz qarşılıqlı fəaliyyətin təşkil edilməsi tələb olunur.

Müasir dövrdə texnogen və təbii fəlakətlər təhlükəsi, onların dağıdıcı nəticələrinin miqyası artdıqca, mülki mühafiza özünün əhəmiyyətinə görə ölkənin silahlı müdafiəsinə bərabər səviyyəyə yüksəlir, bir sıra hallarda isə daha vacib əhəmiyyət kəsb edir. Buna görə də ona yetirilən diqqət əhalinin, iqtisadiyyatın, təbii mühitin və ümumiyyətlə, ölkənin iri miqyaslı fövqəladə hadisələrin təsirindən etibarlı surətdə mühafizə edilməsi problemlərinə yetirilən diqqət qədər ciddi və əhəmiyyətli olmalıdır.

Sadalanan bu problemlərin müvəffəqiyyətlə həlli üçün mülki mühaliza sisteminin strukturu və funksiyalarını müəyyən edən hüquqi-normativ bazanın təkmilləşdirilməsi, bilavasitə təsirli qanunlar qəbul edilməsi, sahə üzrə əsasnamə, nizamnamə və tövsiyyələr hazırlanmalıdır. Bu rəsmi sənədlərlə müəssələrdə, yaşayış məntəqələrində, rayonlarda, nazirliklər və idarələrdə mülki mühafizə orqanlarının və qüvvələrinin funksiyalarını, məsuliyyətini dəqiq müəyyənləşdirmək, bu zaman rayonların mülki mühafizəsina xüsusi diqqət yetirib ona üstünlük vermək lazımdır.

Mülki mühafizə problemləri üzrə kompleks elmi tədqiqatların aparılmasını təşkil etmək, obyektlərin, ətraf mühitin təhlükəsizliyinin vəziyyətinə nəzarət, cləcə də MM qüvvə və vasitələrinin fəaliyyətinin idarə edilməsi üzrə avtomatlaşdırılmış

sistemləri yaradılmalıdır. Bunlar fövqəladə halların baş verməsini qabaqlamaq, baş verə biləcək itkilərin qarşısını almaq və ya onları azaltmaq üçün vacib şərtlərdəndir.

Bütün bu problemlər həyat fəaliyyətində təhlükəsizliyin təminatı sahəsində aparılan fundamental, elmi və tətbiqi araşdırmalar kompleksinin nəticələri əsasında həll edilə bilər.

Belə araşdırmaları ancaq əhali, avadanlıqlar və ətraf mühit üçün təhlükə, qorxu törədə bilən (ehtimal olunan) bütün fövqəladə hadisə növlərini, eləcə də onlardan mühafizə tədbirləri kompleksini modelləşdirmək və sistemli təhlil etmək yolu ilə yerinə yetirmək mümkündür. Bu həyat fəaliyyətinin təhlükəsizliyinin əsaslarını, sonra onun konsepsiyasını, daha sonra isə yaradılması və fəaliyyəti proqramı, planlarını işləyib hazırlamaq və ya dəqiqləşdirmək metodiki cəhətdən daha dolğundur.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin