Fərdi mühafizə vasitələri - bir nəfər üçün nəzərdə tutulan mühafizə vasitələri, zəhərləyici və bakterial maddələrdən, nüvə partlayışının işıq şüalanmasından mühafizə edən, habelə radioaktiv tozun daxili orqanlara və bədənin səthinə düşməsinin qarşısını alan vasitə və xüsusi geyimlərdən ibarətdir. Belə vasitələrin: tənəffüs üzvlərini, dərinin səthini mühafizə edən və tibbi fərdi mühafizə vasitələri adlı növləri var.
Tənəffüs üzvlərinin mühafizə vasitələrinə: əleyhqaz, o cümlədən süzücü, təcridedici əleyhqazlar, uşaq mühafizə kameraları, habelə respiratorlar, yardımçı vasitələrə isə, tozdan qoruyan parça maska və pambıqlı tənzif sarğı aiddir.
Dəri səthinin mühafizə vasitələrinə: təcridedici geyim (ümum qoşun mühafizə komplekti, yüngül mühafizə kostyumu, mühafizəkombinezonu və s.) və süzücü mühafizə geyimi (xüsusi məhlul hopdurulmuş geyim), habelə yardımçı vasitələr - kipləşdirilmiş və hopdurulmuş adi paltarlar aiddir.
Tibbi mühafizə vasitələri - AI-2 fərdi aptekçəsindən və fərdi kimyavi paketdən ibarətdir.
Dostları ilə paylaş: |