Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


PROQNOZLAŞDIRILMANIN İNFORMASİYA TƏMİNATI



Yüklə 0,77 Mb.
səhifə47/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   39   40   41   42   43   44   45   46   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

PROQNOZLAŞDIRILMANIN İNFORMASİYA TƏMİNATI


İnformasiya mənbələri və növləri
Proqnozlaşdırma prosesi mahiyyətcə, informasiyanın işlənməsi prosesidir: girişdə – obyekt, hadisə və prosesin keçmişi haqqında informasiyalar, çıxışda isə – onların gələcəyi haqqında ehtimal olunan məlumatlar olur.

Dəqiq informasiya olmadan dəqiq proqnoz ola bilməz.

İnformasiya mənbələri xarici daxili mənbələrə bölünürlər.

İnformasiyanın daxili mənbəsiproqnozlaşdırılan obyekt haqqında statistik məlumatlar, hesabatlar, rəhbərliklərin hesabatları, personalın məlumatları, maliyyə s. hesabatlardır. Daxili mənbələrdən alınan verilənlər adekvat (tam uyğun) informasiya hesab olunur. Bu halda proqnozlaşdırma ona əsaslanır ki, keçmişdə müşahidə olunan tendensiyalar gələcəkdə saxlanılır.

Analiz üçün statistika yetərli ya yararlı olmadıqda, daxili mənbələrin verilənlərinə xarici mənbələrdən alınan informasiyalar əlavə olunur. Xarici informasiya mənbəsinə misal olaraq BMT, ATƏT, MAQATE digər təşkilatları, dövlət orqanlarının qanunları, qərarları, göstərişləri, rəsmi statistik məlumatları, konfrans materiallarını, internet məlumatlarını s. göstərmək olar.

İnformasiya birinci ikinci verilənlərdən istifadə etməklə alınır.

Birinci verilənlər konkret problemin həlli məqsədilə xüsusi olaraq keçirilən tədqiqatlar nəticəsində alınır. Belə verilənlər müşahidə, ölçmə, sorğu eksperimental tədqiqatlar yolu ilə alınır toplanır.

İkinci verilənlər daxili xarici mənbələrdən, verilmiş tədqiqat məqsədindən fərqli olan digər məqsədlər üçün əvvəlcədən yığılmış verilənlərdir.

İkinci verilənlərin üstünlüyü onların tez bir zamanda alınması, ucuz olması, istifadə sadəliyidir. Adətən, iknci informasiya birincidən əvvəl toplanır birincinin toplanma effektivliyini artırır. İkinci verilənlərin mənfi cəhəti onların dəqiqliyinin yoxlanılmasının çətinliyi, müxtəlif sənədlərdə müxtəlif, fərqli izahların olmasıdır. Rəsmi olaraq nəşr olunmuş xarici informasiya sindikativ informasiya adlanır.

Proqnozlaşdırma obyekti haqqında ilkin informasiya mənbəsi 3 cür olur:

  1. Proqnozlaşdırılan obyekt haqqında faktoqrafik informasiya mənbəsiproqnoz məqsədlərinə çatmaq üçün lazım olan faktiki verilənlərə malik informasiya mənbəsidir.

  2. Proqnozlaşdırılan obyekt haqqında ekspert informasiya mənbəsiproqnoz məqsədlərinə çatmaq üçün lazım olan ekspert qiymətlərinə malik informasiya mənbəsidir.

  3. Proqnozlaşdırılan obyekt haqqında elmi-texniki informasiyaların gətirilmiş informasiya mənbəsiəsas təyinedici cədvəl üzrə qiymətləndirilən elmi-texniki informasiya mənbəsidir.

İlkin informasiya iki hissədən ibarət olur: daimi operativ.

Daimi informasiyaya uzun bir müddət ərzində dəyişməyən, yaxud az dəyişən məlumatlar aiddir.

Operativ informasiyakonkret hallarda konkret hesablamaların aparılması üçün lazım olan məlumatlardır dəyişən xarakterli olurlar.

Proqnozlaşdırmada həm aprior (a priori latın sözündən olub ilkin mənasını verir) – təcrübədən asılı olmayan, həm aposterior (a posterior latın sözündən olubsonrakıdan mənasını verir) – təcrübə nəticəsində əldə olunan informasiyalardan hər iki informasiya növündən birlikdə istifadə olunur.

Aprior informasiyaproses onun gələcək inkişafının xarakteri parametrləri haqqında mənbəsi tədqiqatçının nəzəri mülahizələri ya statistik tədqiqatları olan ilkin verilənlərdir. Aprior informasiya xaraktercə müxtəlif olur.

Aprior informasiyanın xarakterinin müxtəlifliyi onun alındığı mənbələrin müxtəlifliyi ilə (dəqiq riyazi fiziki qanunlar, keçmiş təcrübə müşahidələrin nəticələri, sınaq obyektində ölçülən qiymətlər arasındakı nisbət nümunələri, ekspertlərin professional təcrübəsi intuisiyası s.) izah olunur onun müxtəlif metodlar vasitəsilə istifadəsinin üçün zəmin yaradır. Ölçülən kəmiyyətlər arasındakı əlaqə haqqında aprior informasiya kobud səhvlərlə müşahidə olunan nəticələrin ləğv olunması, ölçmələrin nəticələrinə görə qiymətləndirilmənin effektivliyini artırmaq məqsədilə istifadə oluna bilər. Aprior informasiyanın tətbiqi həm kobud səhvlərin aradan qaldırılması, həm qalan digər nəticələrin növbəti işlənməsi üçün daha məqsədəuyğundur.


Proqnozlaşdırma ilk doğru (dəqiq, düzgün) məlumatlarla təmin olunması dərəcəsinə görə tam, natamam izafi ola bilər.

İlkin informasiyanın tamlığı dedikdə proqnozlaşdırmanın dürüst ilkin informasiya ilə təmin olunma dərəcəsi başa düşülür. İnformasiya qədər tam olarsa, hazırlanan proqnoz da bir o qədər keyfiyyətli olar.

Natamam informasiya proqnozlaşdırma qarşısında qoyulan məqsədin tam yerinə yetirilməsi üçün kifayət etmir.

İzafi informasiyada müəyyən verilənlər doğru dəqiq olsalar da, onlarsız keçinmək olar onların hesaba alınmaması proqnozlaşdırmaya heç bir xələl gətirmir.

İnformasiyalar fasiləli (diskret) fasiləsiz ola bilərlər.

Fasiləsiz proseslər haqqında informasiya həm diskret, həm fasiləsiz ola bilər. Fasiləsiz informasiya diskret informasiyaya görə daha tam olur.

İnformasiya kəmiyyət keyfiyyət informasiyalarına bölünür.

Kəmiyyət informasiyası (əgər o etibarlı kifayətdirsə) proqnozlaşdırılan parametrlərin dəyişmə dinamikasının ekstrapolyasiyası üzrə hesablamaların aparılması bu dəyişmələrin ən çox ehtimal olunan tendensiyasının təyin olunması üçün istifadə olunur.

Keyfiyyət informasiyası isə ekspert qiymətləri üçün əsas olub, kəmiyyət informasiyaları ilə birlikdə ekspert proqnozlarının işlənib hazırlanması üçün istifadə olunur.

İlkin informasiyanın təhlili



Proqnozlaşdırmada əsas vəzifələrdən biri də daxil olan informasiyanın analizidir. İlkin informasiyalar bütünlüklə yoxlanılmalıdır, belə ki, doğru olmayan məlumatlar doğru olmayan nəticəyə gətirib çıxarır.

Proqnozlaşdırma obyekti haqqında retrospektiv informasiyaların analizində kəmiyyət və keyfiyyət informasiyalarının dəqiq ayrılması nəzərdə tutulur.

Əgər kəmiyyət informasiyası lazımi dərəcədə etibarlıdırsa, o, dəqiq riyazi üsul və modellərin istifadəsinə, etibar olunan intervalların göstərilməsilə birlikdə vəziyyətin inkişaf tendensiyasının müəyyən dəqiqliklə təyin olunmasına və sairəyə imkan yaradır.

Uğurlu proqnozun hazırlanması üçün proqnozlaşdırma obyektinin daxili şəraitini, onun xüsusiyyətlərini və inkişaf dinamikasını analiz etmək lazımdır, bu isə daxili şəraiti xarakterizə edən kəmiyyət informasiyasına malik olduqda mümkündür.

Xarici şəraitin proqnozunun hazırlanmasında informasiya kəmiyyət və keyfiyyət informasiyalarına bölünməlidir.

Daxili və xarici şəraitin ən çox ehtimal olunan dəyişmələri haqqındakı informasiyalar analitik qrup tərəfindən keçirilən ekspertiza üçün istifadə olunur.

İlkin informasiya və o cümlədən, ekspertlər tərəfindən alınan informasiya bilavasitə proqnozun hazırlanmasında istifadə edilir.

Potensial obyekt tərəfindən təqdim olunan ümumiləşdirilmiş məlumatlarda aşağıdakılar olmalıdır:

  • texnoloci parametrlərin pozulmalarının miqdarı (nəzarət olunan parametrlərin miqdarına nisbətən, faizlə);

  • əsas qurğuların istismarında baş verən pozulmaların növlər üzrə miqdarı və xarakteri;

  • nəzarət, nizamlayıcı və qəza əleyhinə mühafizə vasitələrində baş vermiş pozulmaların miqdarı;

  • elektrik, istilik, qaz və su təchizatında baş vermiş pozulmaların miqdarı;

  • təmir və s. işlərdə baş vermiş pozulmaların miqdarı (görülən işlərin ümumi sayına görə faizinin göstərilməsi ilə birlikdə);

  • FH-ların mümkün yaranma səbəbləri haqqında nəticələr.

FH-ların proqnozlaşdırılması üçün daxil olan informasiyalar bir neçə filtrdən keçir.

İlkin olaraq informasiyalar keçmişə və gələcəyə əsaslanan filtrdən (birinci filtr) keçirilir, münasib, uyğun, doğru, düzgün və dəqiq olanlar saxlanılır.

İkinci filtr psixoloci filtrdir. Bu filtrin mahiyyəti ondan ibarətdir ki, daxil olan informasiya onun strateci yeniliyi nəticəsində qəbul olunmur.

Üçüncü filtr daxil olan informasiyanın yolunda rəhbərlik ierarxiyası (aşağı rütbəli rəhbərlərin yuxarı rütbəli rəhbərliyə tabeliyi) yaradır, belə ki, əgər rəhbərlik lazımi hakimiyyətə malik deyilsə, o, informasiyanın aktuallığını rəsmi olaraq qəbul edə bilməz.

Dördüncü filtr ondan ibarətdir ki, son zamanlar informasiyalara çox qiymətli strateci məhsul kimi baxırlar və qapalı saxlanılır. Lakin qeyd etmək lazımdır ki, FH-lara aid informasiyanın ötürülməsində istənilən yubanma əxlaqdan uzaq olmaqla bərabər, cinayətdir.

Daxil olan informasiyanın qiymətləndirilməsi və prioritetinin təyin olunması əsas problemlərdən biridir. Daxil olan informasiya 4 əsas istiqamətdə işlənir:

  • gündəlik informasiyanın işlənməsi;

  • problem-funksional istiqamət;

  • ərazi istiqaməti;

  • ümumiləşdirici istiqamət.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin