Birinci istiqamət - fövqəladə hadisə mənbələrin yaratdığı riskin (təhlükənin) azaldılmasına yönəldilən siyasət, buraya aşağıdakı məsələlər aid edilir:
Fövqəladə hadisə mənbələrinin törətdiyi cürbəcür risklərin idendifikasiya edilib eyniləşdirilməsi və qiymətləndirilməsi;
Fövqəladə hadisə mənbələrinin törətdiyi risklərin idarə edilməsi; burada məqsəd - sosial tələbləri və iqtisadi imkanları nəzərə almaqla riskləri mümkün olan ən aşağı səviyyəyədək zəiflətməkdir;
Fovqəladə hadisə mənbələrinin monitorinqi (müşahidəsi) sisteminin yaradılması; bu sistem fövqəladə hadisələrin baş vermesi imkanlarını uzun müddət, orta və qısa müddətlər üçün proqnozlaşdırmaqla habelə onların nəticələrini qiymətləndirməkdir.