Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir



Yüklə 0,77 Mb.
səhifə3/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   2   3   4   5   6   7   8   9   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Ikinci istiqamət - fövqəladə hadisələrin insanlara və ərazilərə təsirinin nəticələrinin zəiflədilməsinə yönəldilən siyasət; belə siyasat aşağıdakıları ahatə edir:

  • Fövqəladə hadisə mənbəyinin yerləşdiyi ərazidə torpaqlardan istifadəni planlaşdırarkən bu tələbin ciddi gözlənilməsinə nail olmalı: hər-hansı bir fəaliyyət növü hazırda mövcud olan riskin səviyyasinin təhlükə mənbəyinin törətdiyi «qalıq» riskin soviyyəsinin) əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb olmamalıdır;

  • Fövqəladə hadisə və onun nəticələrinin aradan qaldırılması üzrə operativ fəaliyyət planının işlənib hazırlanması;

  • Fövqəladə hadisə təhlükəsi və onun nəticələrinin zəiflədilməsi tədbirlari barədə əhalinin məlumat və bilik səviyyəsinin yüksəldilməsi;

  • Fövqəladə hadisə mənbəyinin yaratdığı «qalıq risklər üzrə monitorinq sisteminin yaradılması, uzun, orta və qısa müddətlər üçün fövqəladə hadisənin proqnozlaşdırılması və nəticələrinin qiymətləndirilməsi.

Ümumiyyətlə ölkənin sosial-iqtisadi inkişaf sahəsindəki çətinliklərə baxmayaraq, əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hadisələrdən mühafizəsinə ciddi diqqət yetirilməlidir. Bunun üçün ilk növbədə fövqəladə hadisələrin qarşısının alınması və nəticələrinin aradan qaldırılması üzrə vahid dövlət sisteminin yaradılması vacibdir. Hazırkı birinci mərhələdə fövqəladə hadisələri və onların naticələrinin aradan qaldırılması vaxti operativ fəaliyyat göstərməklə qəzalar və fəlakətlərdən əhalinin xilas edilməsi məsələlərinin həllinə əsas diqqati yönəltmək tələb olunur. Bu məqsədlə:

  • Əhalinin və ərazilərin fövqəladə hadisələrdən mühafizəsinin təmin edilməsi üzrə normativ-hüquqi bazanın əsaslarını işləyib hazırlamaq;

  • Fövqəladə hadisələrinin qarşısının alınması və aradan qaldırılması üçün yüksək dərəcədə səmərəli texnologiyalar, texniki vasitələrin işlənib hazırlanması;

  • Fövqəladə hadisələrin monitorinqi və proqnozlaşdırılması sisteminin yaradılması və inkişafı sahəsində iş aparmaq, xüsusən də fövqəladə hadisələrin monitorinqi proqnozlaşdırılması üzrə Agentlik yaradılması və buraya respublikanın müvafiq təşkilatları və elmi-tədqiqat müəssisələrin cəlb olunması;

  • Təbii və texnogen xarakterli fövqəladə hadisə nəticələrinin aradan qaldırılması üçün nəzərdə tutulan idarəetmə orqanlarının, qüvvə və vasitələrinin fəaliyyətə hazırlığının təmin edilməsi;

  • Beynəlxalq humanitar tədbirlərin təşkili və həyata keçirilməsi sisteminin yaradılması;

  • Bu sahə üzrə əhalinin maarifləndirilməsi üçün vahid sisteminin yaradılması lazımdır.

Fəlakətlərlə mübarizənin yeni ideologiyasını yaratmaq və onun əsasında risklərin azaldılması və fövqəladə hadisə nəticələrinin zəiflədilmasi sahəsində dövlət strategiyasının təməlinin elmi cəhətdən əsaslandırılmış və iqtisadi cəhətdən məqsədyönlü tədbirlərin reallaşdırılması təşkil etməlidir.

Təbii və texnogen monsoli fövqəladə hadisələrin yaratdığı tohlükənin azaldılması ölkə üçün son dərəcə vacib əhəmiyyət kəsb edir və bu problemin həlli milli təhlükəsizliyin təmin edilməsi üzrə prioritet sahaya aiddir. Həmin problemin həlli üçün təxirəsalınmaz tədbirlər görülməsi tələb olunur ki, bu tədbirlər sayəsində ölkə iqtisadiyyatının dəyanətli inkişafı və geniş təkrar istehsal imkanları üçün lazım olan şəraitin itirilməsinin qarşısı alınsın. Problem sahələrarası və regionlararası xarakter daşıyır, özünə dövlət səviyyəsində kompleks yanaşma habelə hakimiyyət orqanları və rəhbər işçilərin məsuliyyətinin artırulmasını tələb edir. MÖVZU 2




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin