Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir


MÖVZU 6 Təhlükəsizliyin mahiyyəti və əsasları



Yüklə 0,77 Mb.
səhifə20/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   16   17   18   19   20   21   22   23   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

MÖVZU 6

Təhlükəsizliyin mahiyyəti və əsasları
Təhlükəsizlik - şəxsiyyətin, cəmiyyətin və dövlətin həyati əhəmiyyətli mənafelərinin daxili və xarici hədə-qorxudan və ya təhlükələrdən müdafiə olunmuş vəziyyəti adlanır.

Hər bir fövqəladə hal təsadüfən, çox vaxt bir-biri ilə əlaqəsi olmayan hadisələr nəticəsində yarandığı və buna görə də proqnozlaşdırılması və tənzimlənməsi prinsipcə mümkün olmadığı üçün nadir hadisə kimi dərk edilir. Bu cür metafiziki təsəvvürlər nəticəsində belə bir rəy formalaşdırılır ki, riskin idarə olunması mümkünsüzdür və deməli, dövlət və ictimaiyyət passiv, gözləmə mövqeyi tutmalı, yalnız fövqəladə hal bas verdikdən sonra ona reaksiya verilməli, qüvvə və vasitələr yalniz həmin məqsəd üçün nəzərdə tutulmalıdır. Həqiqətdə is: təsadüf və qanunauyğunluqların qarşılıqlı əlaqələrinin dialektikası bütün vəziyyətlərin yaranmasını, o cümlədən də fövqəladə hadisənin yaranmasını obyektiv və subyektiv amillər kompleksinin təsiri nəticəsində yarandığını sübut edir. O, fövqəladə halı statikada, yəni «bir anlıq hadisə - fəlakət» kimim yox, dinamikada, yəni bir proses» kimi, fövqəladə hala gətirib çıxaran səbəb-nəticə hadisələrinin zənciri kimi görməyə imkan verir. Deməli, fövqəladə hallarla mübarizə etmək mümkündür və zəruridir, onun strategiyası isə fövqəladə halın qarşısının alınması və onun nəticələrinin ləğv edilməsi üzrə tədbirlərin məntiqi surətdə birləşdirilməsindən ibarət olmalıdır.

Təhlükəsizlik anlayışının rəsmi izahı onun yalnız keyfiyyət anlayışı olan «müdafiə vəziyyətini» əks etdirdiyi üçün kifayət qədər tam deyil. Əgər o yoxdursa, deməli «təhlükəsizlik» anlayışı da mövcud deyil! Zənimizcə, təhlükəsizlik anlayışın izahında digər yanlışlıqlar da vardır, məsələn, «həyat əhəmiyyətli mənafelər» anlayışına «tələbatların məcmusu» kimi baxılır, halbuki mənafelər tələbatların yalnız subyektiv təzahürüdür.

Həmçinin, təhlükəsizliyə təhdid ayrılıqda götürülmüş şərait və ya amildən də yarana bilər və onların məcmusunun olması mütləq deyil. Xüsusən də onunla razılaşmaq çətindir ki, təhlü kəsizliyin obyekt və subyektlərini müəyyən edərkən yalnız sosial sahə ilə kifayətlənirlər. İnsanı canı və qanı ilə bağlı olduğu təbiətdən ayırırlar. Bununla da Təbiət, Cəmiyyət və İnsanın vəhdətlik sistemi pozulmuş olur.




Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin