Cəmiyyətin müasir inkişaf dökü insanla onu əhatə edən təbii mühit arasındakı ziddiyyətlərin kəskinləşməsi, fövqəladə hadisələrin (FH) artması tendensiyası ilə xarakterizə edilir



Yüklə 0,77 Mb.
səhifə22/47
tarix02.01.2022
ölçüsü0,77 Mb.
#36310
1   ...   18   19   20   21   22   23   24   25   ...   47
HFT NİN TARİXİ VƏ METODOLOGİYASI MÜHAZİRƏ

Təhlükəsizlik fəlsəfi anlayışdır. O, əyani, maddi deyil və maddi dünya obyektlərinin yaşamaq, dözümlük qabiliyyətlərini ifadə etməyin mücərrəd formasıdır. Təhlükəsizlik haqqında təsəvvürlər səthilikdən daha dərino, elmi əsaslarla dərk olunmağa qadər inkişaf etmişdir.

Təhlükəsizliyin çoxlu mənaları var ki, onların hər biri bu hadisənin təbiətini

özünəməxsus surətdə açıqlayır. Çox vaxt bu ifadə ilə təhlükə olmadıqda belə, yəni artıq xassələrin pisləşmə istiqamətində dəyişməsi zamanı (ilk növbədə insanların həyat və sağlamlığı, onları əhatə edən təbii mühit üçün) potensial qurbanın vəziyyəti nəzərdə tutulur.

Təhlükəsizliyə həmçinin, əşya, hadisə və prosesin onlara digər əşyalar, hadisələr və ya proseslər tərəfindən patogen dağıdıcı təsirləri zamanı öz əsas xassələrini, parametrlərini mahiyyətlərini saxlamaq qabiliyyəti kimi də baxılır. Bu halda əşyanın əsasən digər əşya, hadisə və proseslərlə münasibətlərində, əlaqə və qarşılıqlı əlaqələrində təzahür edən xassələr nəzərdə tutulur.

Təhlükəsizlik hər bir sistemin bütövlük, nisbi sərbəstlik və dayanıqlıq kimi əlamətlərində əks olunan ayrılmaz xassəsidir Bu əlamətlərdən hər hansı birinin itməsi sistemi məhvə apardığı üçün, onların dağıdıcı təsirlərindən insanların mühafizə edilməsi vacibdir. Bütün canlılar öz məhvinə müqavimət göstərir. Burada insanı fərqləndirən odur ki, öz həyatını qorumaq və təhlükəsizliyini təmin etmək üçün o, şüurlu bir məxluq kimi ağılla mübarizə etmək, qarşısını almaq imkanlarına malikdir, problem yalnız ondadır ki, o, bu imkanlardan necə istifadə edir.

Bəzi tədqiqatçılar təhlükəsizliyə tərəqqidə olan sistem münaqişə və risk şəraitlərində sabit inkişafı təmin edən, əsas dəyərləri qoruyan zəmanətlər sistemi və daxili xassəsi kimi baxırlar.

Təhlükəsizlik anlayışı müəssisələrə. texnikaya tətbiq edildikdə, nəzərdə tutulmuş və ya hayata keçirilmiş müdafiə tadbirləri sayəsində onların həm normal iş, həm də təcrübə-sınaq şəraitlərində öz istismar göstəricilərini saxlamaq və verilmiş funksiyalarını yerinə yetirmək qabiliyyətləri kimi yozulur. Obyektdə potensial təhlükə mənbələri varsa, amma görülmüş tədbirlər nəticəsində onların təhlükəsi cüzidirsə, belə obyekt “təhlükəsiz” hesab edilir.

Əgər mümkün təhlükənin ölçüsü kimi risk anlayışını qəbul etsək, onda təhlükəsizliyi elə bir vəziyyət kimi xarakterizə etmək olar ki, bu zaman təhlükənin yaranma riski ya tamamilə yoxdur, ya da yaranmış təhlükənin riski sıfıra bərabərdir. Lakin belə vəziyyət mümkün olmadığı üçün müəyyən təhlükə dərəcəsi və ya risk hər bir halda, hətta bizdə tam təhlükəsizlik hissi və ya xülyası yarandıqda belə mövcuddur. Yəni bir halda söhbət nail olmağa çalışdığımız, amma prinsipcə mümkün olmayan ideal vəziyyətdən, digər halda isə təhlükəsizlik dərəcəsinin mütləqliyini yox, risk və təhlükələrin real və daim mövcud olduğunu nəzərə alan nisbiliyini etiraf etməkdən gedə bilər. Sonuncu halda insanlar, sosial qruplar, cəmiyyət, dövlət və ya dövlət qrupları şüurlu surətdə və ya düşünmədən bir-biri ilə, ətraf aləmlə münasibətlərində məqbul risqin ölçüsünü özləri təyin edirlər. Riski tamamilə məqbul hesab etdikdə onlar özlərini təhlükəsizlikdə hesab edirlər. Məqbul risqin ölçüsünü təyin etməyə isə insanlarda tarix boyu təşəkkül tapmış qavrama və təhlükə psixologiyası, toplanmış təcrübə, bilik, bacarıq və vərdişlər , dəyərlər sistemindəki müqayisələr, standartlar, norma tələbləri, konkret vəziyyətlərdə iki və daha çox ziyandan azını seçmək qabiliyyəti kömək edir.

Beləliklə, «təhlükəsizlik» anlayışını xronoloji qaydada tam haqh olaraq ilk növbədə sistemlərin, obyektlərin, maxluqların, mamulatların və saironin hər hansı «zədələyici amildən) və ya onların toplusundan müdafiəsi kimi baxmaq olar. Bu nunla beraber, bu cür dərk etməyin çatışmazlığı ondadır ki, müdafiə təhlükəyə qarşı reaksiyanın variantlarından biridir (on cox rast gəlinən olsa da) və aktiv və ya passiv müdafiə qabiliyyetini saxlamaqla ondan xilas olmaq da mümukündür.

Təhlükəsizlik elaca da, har bir sistemin xassəsi, onun yaşamaq və inkisaf şərtidir, bu həm prosesdir, həm də məqbul risk nöqteyi nəzərindən fəaliyyətin dərk olunmasını nəzərdə tutan nəticədir. «Təhlükəsizlik» anlayısı konkret tarixi xarakter daşıyir, yəni onun keçmişi, bu günü və gələcəyi var, ona məkan və zaman çərçivəsində baxılır, mənəvi və maddi hissələrdən ibarətdir.

Təhlükəsizlik ayrı-ayrı götürülmüş şəraitdən və faktorlardan ibarətdir. Yəni biz yaxşı mühafizə olunmuşuqsa, onda özümüzün təhlükəsizliyini təmin etmiş hesab oluruq. Təhlükəsizlik qanunlarına baxdıqda və obyekt-subyektin təhlükəsizliyini araşdırdıqda görürük ki, bunun nətcəsi sosial təhlükəsizliye gətirib çıxarır. Təhlükəsizlik insana hava, su, yemək, paltar kimi lazımi faktordur. Bu faktorun pozulması nəticəsində insan fəaliyyətinin dinamik tarazlığı pozulur. Təhlükəsizlik də fəlsəfi anlayışdır. Təhlükəsizlik bütövlük sisteminin tərkib hissəsidir. Bu hissə pozulduqda bütün sistem dağılır. Bunun üçün və təhli insan öz həyatının təhlükəsizliyini təmin etmək üçün öz həyat maraqlarının mühafizə edilməsinə yönəldir. Hələ yer kürəsi yaranandan bəri istər ayrı-ayrı adamların, istərsə də bir qrup adamların maraqları qlobal problemlərə yönəlmişdir.

Ümumiyyətlə, bu qlobal problem ümumbəşər problemi adlandırılır və təbii formada formalaşır.

Sosial proqresin inkişafın) nəticəsi kimi meydana çıxır. Bu qlobal problemlərə aşağıdakılar daxilir:

1. Müasir sivilzasiyada və onun zəif nöqtələrində zidiyyətlərin yaranması;

2. Hər bir insanın, dövlətin, bütövlükdə bəşəriyyətin həyati maraqlarına toxunması;

3. Müasir sivilzasiyanın inkişafına qarşı təhlükənin yaranması;

4. Siyasi, ideoloji, milli və başqa sosial iqtisadi qurumundan asılı olaraq ölkələrin, dövlətlərin və xalqların birgə əməkdaşlığının pozulması.

Ümumbəşər dünyanın inkişafının qlobal tendensiyası (istiqaməti) təbii mühitin kadostrafiq parçalanması və planetir əhalisinin sürətlə artması dünya cəmiyyətini düşünməyə məcbur etmişdir.

Qlobal problemlər 3 qrupa ayrılır.

1. İnsanlar arasındakı zidiyyətlərlə əlaqədar olan problemlər.

Bunlar dünya nüvə fəlakətlərinin ləğv edilməsi, müasir qırğın silahların əldə edilməsinin qarşısının alınması, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin arasındakı iqtisadi artım səviyyələrinin fərqinin aradan götürülməsi;

2. İnsana və onu əhatə edən mühitə aid olan problemlər.

Bunlar: enerji, xammal və ərzaq çətinliklərinin ləğv edilməsi, təbiətdən rassional (səmərəli) istifadə edilməsi və keyfiyyətin yaxşılaşdırılması kosmusun fəth edilməsi və s.

3. İnsan və cəmiyyət arasındakı münasibət problemləri.

Bunlar: elmi texniki tərəqqinin inkişafından istifadə edilməsi, təhsil və səhiyyə sistemərinin təkmilləşməsi, sosial və mənəvi inkişafda şəxsiyyətin rolu və s.

Hazırki dövrdə sülh proseslərinin yeni keyfiyyətinin təyin edilmasi və qlobal problemlərinin həlli bir-birinə paralel olan iki müxtəlif proses deyil, əksinə insanın yaşaması üçün inkişaf edən sivilzasiyanın vahid hərəkət prosesisdir. Buna görə də qlobal problemlərin həllinin ümumi metotalogiyası, cəmiyyətin sabit inkişaf konsepsiyasından irəli gəlir. Qlobal problem miqyasında hər bir strukturlaşmanın şərti və nisbi xarakteri dialektik qarşılıqlı əlaqəsindən ibarətdir. Heç bir qlobal problemi bütün sistemi nəzərə almadan səmərəli və konstruktiv həll etmək olmaz. Buna görə də qlobal problemin strukturlaşmasında qarşılıqlı əlaqə iki qrupa bölünür:

1. Obyektlər və subyektlər arasında üfiqi qarşılıqlı əlaqələrin olması.

Məsələn: enerji ehtiyatlarından, ərzaq qıtlığı aradan qaldırmaq üçün onların samərəli istifadə edilməsi və onların yeniləri və əvəz edilməsi.

2. Qlobal problemlərin həllində şaquli qarşılıqlı əlaqələrin formalaşması.

Doğrudan da ərzaq, enerji, xammal və ekoloji qarşıdurmaları aradan qaldırmaq üçün sosial, iqtisadi, sosial mədəni şəraiti məqsədyönlü elmi texniki inkişafa nail olmaq lazımdır.

Bir sözlə şaquli və üfüqi qarşılıqlı əlaqələrinin birgə baxılması problemlərin həlli üçün ilk ilkin obyektiv şərait yaranır.

Cəmiyyətin sabit inkişaf konsepsiyası aşağıdakı amillərdən asılıdır:

1. Cəmiyyətin yaşayışı, obyektin yüksəldilməsində ekoloji amilini rolu;

2. Ekoloji problemdə daxili iqtisadiyyatın dərk edilməsi;

3. Cəmiyyətdə iqtisadi, sosial və ekoloji tələblər, onların qarşılıqlı asılılığı, birlik və bərabərlik sələhiyyətlərinin olması, cəmiyyətin sabit inkişaf nəzəriyyəsi elə qurulmalıdır ki, o dinamik olsun, milli maraqlara cavab versin, sinfi və ümumbəşər maraqları nəzərə alsın.


Yüklə 0,77 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin