Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti



Yüklə 38,44 Kb.
səhifə15/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   9   10   11   12   13   14   15   16   17
Cənubi Amerika tam

Qalapaqos adaları.Qalapaqos adaları ekvatorun yaxınlığında,Cənubi Amerika materikindən 900-1200 km şimal-qərbdə yerləşir.Peru cərəyanının təsiri nəticəsində quru iqlimə malikdir,orta aylıq temperaturu 21-23º-dir.Burada tropik və soyuq ölkələrin fauna və florasına təsadüf edilir.
Mərkəzi And dağları
Mərkəzi And dağları 5-28º c.e.-ləri arasında Peru,Boliviya və Şimali Çili ərazilərində yerləşir.Şərqdən Mərkəzi Andları Amazon ovalığı və Qran-Çako düzənliyi,qərbdən isə Sakit okean sahili əhatə edir.Mərkəzi Andlar,And silsiləsinin ən geniş (Boliviya ərazisində genişliyi 650 km-dir),ən mürəkkəb təbii ziddiyyətləri olan hissəsidir.Perunun bu hissəsində püskürən vulkanlar yoxdur,lakin vulkanik süxurların geniş yayılması üçüncü dövrdə şiddətli vulkan fəaliyyətinin olduğunu göstərir.11º c.e.-dən bütün And sistemi genişlənərək Qərbi və Şərqi Kordilyera silsilələrinin və onların arasında yerləşən dağlıq yaylanı əmələ gətirir.Qərbi Kordilyera üzərində Oxos del Salado (6900 m),Koropuna (6425 m),Misti (5821 m) və başqaları kimi sönmüş və püskürən vulkanları olan hündür silsilələrdən ibarətdir.
Şimali Çilidə Sakit okean sahilində kristallik süxurlardan əmələ gəlmiş çox da hündür olmayan (600-1000 m) Sahil Kordilyerası uzanır.Sahil Kordilyerası Qərbi Kordilyeradan təpəli səthi olan Atakama tektonik çökəyi ilə ayrılır.Peru ilə Çili sahilləri boyunca okeanda yerləşən qayalı adalarda milyonlarla quşlar yaşayır,onların quano adlanan peyinindən qiymətli təbii gübrə alınır.Onların səthi qırıntı,vulkanik və allüvial materiallarla doludur.Yaylanın üzərindəki çökəkliklərdə göllərə təsadüf edirlir.Burada 3812 m hündürlükdə Titikaka gölü (dərinliyi 304 m) yerləşir.Genişliyi 550 km-ə çatan Puna yaylasının qərb hissəsi Altiplano düzənliyi adlanır.Altiplano pleystosendə çox böyük gölün dibi idi.Hazırda həmin göldən yalnız relikt göllər, o cümlədən dərinliyi 3 m-ə çatan Poopo gölü və şoranlar (Salares) qalmışdır.Şərqi Kordilyerada vulkanlar yoxdur;onun ən hündür zirvələri İlyampu (6485 m) və İlimanidir (6882 m).Mərkəzi Andlarda müxtəlif və zəngin faydalı qazıntı yataqları vardır.
Mərkəzi Andlarda səhra və yarımsəhra landşaftları üstündür.Ekvadorun cənubundan başlayaraq 30º c.e. dairəsinə qədər qitənin bütün qərb sahili və Qərbi Kordilyeranın qərb yamacları olduqca quru iqlimə malikdir.Qərb sahildə şimaldan cənuba doğru hərəkət etdikcə Peru cərəyanının təsiri nəticəsində yarımsəhralar tədricən səhralarla əvəz olunur.Şimalda ildə 200-250 mm yağıntı düşür;ən yüksək orta aylıq temperatur 26º;ən alçaq orta aylıq temperatur 18º-dir.Cənuba doğru quraqlıq daha da artır,Atakama səhrasında və sahil zolağında ildə 100 mm-ə qədər;Sahi Kordilyerasının bəzi rayonlarında isə yağıntı heç düşmür.Sahil zolağının 400-800 m hündürlükdə olan hissələrində yağıntı olmur,qışda havanın nisbi rütubətliyi (80 faizə qədərdir) duman (qarua) və şeh ilə əvəz edilir.Punanın bütün qərb və cənub hissələri yüksək dağlıq səhradan ibarətdir.İldə 50-150 mm yağıntı düşür,şiddətli tozlu küləklər əsir.
Atakamada torpaq və bitki örtüyü demək olar ki,yoxdur, şoranlaşmış sahələr geniş yayılmışdır.Qərbi Kordilyeranın qərb yamacları da çox qurudur.Səhralar qurşağı dağların yamacları üzrə şimalda 1000 m-ə qədər,cənubda isə 3000 m-ə qədər yuxarı qalxır.Punada ildə 800-1000 mm yağıntı düşdüyü üçün ot,şırımlı topal və yulaf üstünlük təşkil edir və kollara təsadüf edilir.
Şərqi Kordilyeranın şərq yamaclarının landşaftı Mərkəzi Andların digər hissələrinin landşaftlarından çox fərqlənir.Yayda rütubətli küləklər buraya çoxlu yağıntı (1500-2000 mm) gətirdikləri üçün 1000-1500 m hündürlükdə dağaların yamacları Peruda Montanya,Boliviyada Junqas adlanan Amazon tipli sıx tropik meşələrlə örtülüdür.

Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin