Cənubi Amerika, coğrafi mövqeyi, sahəsi, sərhədləri və sahil xətti


Çili-Argentina Andları (Subtropik Andlar)



Yüklə 38,44 Kb.
səhifə16/17
tarix28.11.2023
ölçüsü38,44 Kb.
#169510
1   ...   9   10   11   12   13   14   15   16   17
Cənubi Amerika tam

Çili-Argentina Andları (Subtropik Andlar)
Çili-Argentina və yaxud Subtropik Andları 28-41º c.e.-ləri arasında,Çili və Argentina ərazisində yerləşir.Burada Andlar ensizləşir,bəzi yerlərdə isə vahid silsilə şəklində uzanır.Sakit okean sahilində Mərkəzi Andların Sahil Kordilyerasının davamı (orta hündürlüyü 800 m) uzanır.Şərqdə həmin silsilə paralel Baş Kordilyera, bu iki silsilə arasında isə Çili tektonik çökəyi yerləşir.Çili tektonik çökəkliyi Atakama çökəkliyinin tektonik davamı olub,ondan And dağlarının eninə uzanan qolları ilə ayrılır.Burada Akonqaqua (6960 m),Mersedario (6770 m),kimi hündür zirvələr;Tupunqato (6800 m) və Maypu (5323 m) kimi püskürən vulkanlar ucalır. 4000 m-dən yuxarıda dağların zirvələri qar və buzlaqlarla örtülüdür.Şiddətli zəlzələlər xüsusilə Orta Çilidə tez-tez baş verir.Materikin qərb kənarında,subtropik qurşaqda yerləşən Çili Andlarının dəniz sahili hissəsi yayı quru,qışı rütubətli keçən Aralıq dənizi tipi subtropik iqlimə malikdir.
Çili-Argentina Andlarında qəhvəyi,Çili vadisində isə qaratorpağabənzər tünd rəngli torpaqlar yayılmışdır.Coğrafi vilayətin ərazisində təbii bitki örtüyü çox dəyişdirilmişdir.Şimala getdikcə bitki örtüyü yoxsullaşır,cənubda isə quru fəsildə yarpaqlarını tökən zəngin və sıx fısdıq meşələri yayılmışdır,bu qemiqileya meşələrində endemik araukariya bitir.Subtropik Andların mədəni bitkiləri Avropa və Şimali Amerikanın subtropik qurşaqlarının bitkilərinə oxşayır,subtropik bitkilərin çoxu Avropa ölkələrindən gətirilmişdir.

Cənub (Pataqoniya) Andları
Materikin ucqar cənub-qərbində And silsiləsi alçalır,Sahil Kordilyerası 42º cənub paralelindən başlayaraq parçalanıb Çili arxipelağı adalarına çevrilir.Baş Kordilyera silsiləsinin də hündürlüyü azalaraq ucqar cənubda 2000 m-ə çatır.Sahildə çoxlu fiordlar,adalar (Çiloe,Çonos,Kampaka,Dias və s.),yarımadalar,körfəzlər (Ankua,Penya və s.) yerləşir,ən böyük adası Çiloe (24000 km2 ) adasıdır.Sakit okean sahili burada Skandinaviyanın Norveç sahillərinə bənzəyir.Cənubi Andların ən hündür silsiləsi Pataqoniya Andları adlanır;bu silsilənin orta hündürlüyü 3000 m,ən hündür zirvəsi isə San Valentin (4058 m) dağıdır.
Pataqoniya Kordilyerası qərbdən gələn qüvvətli qərb küləklərinin qarşısını kəsdiyi üçün sahildə ildə 2000-3000 mm ,dağların qərb yamaclarında isə 6000 mm-ə qədər yağıntı düşür.Qış aylarının orta temperaturu 4-7º,yay aylarının orta temperaturu 15º-dən artıq olmur.Dağların yuxarı hissələrində 30º-yə qədər şaxtalar uzun zaman davam edir.Qar xətti şimalda 1500 m,cənubda isə 1000 m hündürlükdə yerləşir.
Pataqoniya Andlarının yamacları rütubət sevən subantarktika meşələri ilə örtülüdür.Bu qemiqiley meşələri sıx və mərtəbəli olduğu üçün rütubətli subtropik meşələri xatırladır.Meşələrdə daimayaşıl,tik,kanelo,arrayan,daimayaşıl fıstıq,ağacabənzər qıjılar,maqnoliyalar,bambuk,sarmaşıqlar,mamır,yosunlar və s. bitkilər geniş yayılmışdır.Cənubi Andlarda dağ çəmənlikləri qurşağı oladığı üçün meşələr demək olar ki,qar xəttinə qədər qalxır.Meşələrdən səmərəli surətdə istifadə olunmur,onların əkin sahələri üçün qırılıb təmizlənməsi də çox çətindir.Burada təbii landşaftlar insanlar tərəfindən çox az dəyişdirilmişdir,ucqar cənubda təbii bitki örtüyü ibtidai şəkildə qalmışdır.

Yüklə 38,44 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin