Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə12/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   8   9   10   11   12   13   14   15   ...   51
Cerrahi Xestelikler (1) 1

Döş qəfəsinin zədələnmələri.  
  
Döş qəfəsinin zədələnmələri  
 -qapalı və   
– açıq olmaqla iki böyük qrupa bölünürlər.   


  
 Döş qəfəsinin qapalı zədələnmələri   
Döş qəfəsinin qapalı zədələnmələrinə onun yaralanmalarına nisbətən 9 dəfə çox 
təsadüf edilir. Qapalı travmaların özləri də daxili orqanların zədələnməsi və həmin 
orqanların zədələnməməsi olmaqla iki yerə bölünürlər. Bu zədələnmələrin də hər 
birinə Özlüyündə döş qəfəsi skletinin sınıqları ilə birgə və sınıqları olmamaqla iki 
formada təsadüf edilir. Bu axırncılar da izoləolunmuş və müştərək zədələnmələr 
qismində olur. Döş qəfəsinin qapalı zədələnmələrinin 70%·ə qədər hallarında onun 
daxili üzvləri zədələnmir.    
Döş qəfəsinin sıxılması.  
Döş qəfəsi ağır yükün, torpağın, daşın altında qaldıqda, yaxud iki bərk əşya 
arasında sıxıldıqda travmatik asf'ıksiya, həmçinin, qanın yuxarı boş venadan sağ 
qulaqcığa daxil olmasına çətinlik törədildiyi hallarda yuxarı boş vena sindromu 
(travmatik asf'ıksiya sindromu) inkişaf edir. Boyunun və üzün venaları genəlir, 
qanla həddən artıq dolurlar. Kiçik venalar bu təzyiqə dözməyərək partladıqlarmdan 
xəstənın sifətində,boynunda, döş qəfəsinin ön divarmm yuxarı hissəsində yumşaq 
toxumalara çoxlu qunsızmalar olur. Təbil pərdəsinə qansızmalara, burundan 
qanaxmalara da təsudüf edilir. Əgər travmatik asfıksiya ilə birgə qabırğaların 
sınığı, yaxud döş qəfəsi üzvlərinin zədələnməsi də olarsa, sianoz, artmaqda olan 
tənginəlhsliklə müşahidə olunan ağır şok inkişaf edir. Döş qəfəsinin sıxılması artan 
asfıksiyaya, döşdaxili təzyiqin artmasına və ağciyər toxumasmın zədələnməsinə 
gətirib çıxarır. Travmadan sonra tənəfüis pozulur, hipoksiya baş verir. Əvvəl təzyiq 
artır.Sonra isə hipotenziya meydana çıxır. Qanhayxırma olarsa, bu ağciyərin 
zədələnməsini göstərir. Travmatik asflksiyaya səbəb döş qəfəsinin qəfil sıxılması 
zamam döşdaxili təzyiqin artması nəticəsində yuxarı boş vena sistemində təzyiqin 
kəskin artması, qanın sağ qulaqcığa daxil olmasının və vcnoz qanın başdan, 
boyundan, çiyindən axınının çətinləşməsidir. Bu sindrom zamanı xəstənin 
xarakterik xarici görünüşü olur: başın, boyunun, gövdənin yuxarı hissəsinin dərisi 
kəskin göyümtül və kəskin–qırmızı rəng alır, soyuq, yapışqanlı tərlə örtülür, 
konyuktivaya, ağız boşluğuna çoxlu nöqtəvari, yaxud iri ölçülü qansızmalar olur. 
Xəstələr döş qəfəsindəki ağrılardan, havasızlıqdan, qulaqlarda küydən və səsin 
xırıltılı olmasından şikayətlənirlər. Öskürək zamanı ağrı güclənir. Xəstədə 
inspirator təngnəfəslik və qanhayxırma müşahidə edilir. Nəbz tezləşir, dolğunluğu 
zəifləyir və arterial təzyiq enir. Tezləşmiş tənəffüs fonunda yaş xırıltılar eşidilir. 
Təxirəsalınmaz yardım:   
> xəsarət almış şəxs bərk əşyaların altından sıxılmadan azad edilir;  
 > narkotik və qeyri-narkotik mənşəli analgetiklər yeridilir (1 ml 2%-|i promedol, 
yaxud l m12%–li pantopon, yaxud 2 ml 50%-|i analgin, yaxud 2,0 ml talamanol və 
s.  
> oksigenlə inhalyasiya aparılır;   


> təcili xəstəxanaya göndərilir.   
 
  

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin