Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə13/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   9   10   11   12   13   14   15   16   ...   51
Cerrahi Xestelikler (1) 1

. Döş qəfəsinin silkələnməsi   
Döş qəfəsinin silkələnməsinə çox az hallarda təsadüf edilir. Bu zaman döş qəfəsi 
üzvlərinin tamlığı pozulmayaraq, onlar silkələnirlər. Bu isə döş qəfəsi üzvlərinin 
funksiyalarını pozaraq ağır hallara səbəb olur: xəstənin rəngi kəskin avazıyır, 
sianoz, təngnəfəslik meydana çıxır, sifəti soyuq tərlə örtülür, arterial təzyiq enir, 
nəbzin dolğunluğu, gərginliyi azalır, sayı isə artır və xəstə şoka düşür. Bəzi 
hallarda isə xəstə qusur və sonra huşunu itirir, Ağır silkələnmə hallarında ölüm də 
ola bilir.   
  
Təxirəsalınmaz yardım:   
·– xəsarət almış şəxsə sakitlik yaradılır;  
- ağrıkəsicilər vurulur;  
- oksigenlə inhalyasiya aparılır;   
– ürək–damar dərmanları (venaya 1,0 ml 0,05%-li strofantin+20 ml 40%–li 
qlükoza, əzələdaxilinə 2,0 ml kordiamin və s.) yeridilir;  ·– xəstə stasionara 
göndərilir.   
. Döş qəfəsinin əzilməsi :  
Döş qəfəsinin əzilməsinə ən çox məişət, idman və yol–nəqliyyat travmaları zamanı 
təsadüf edilir. Döş qəfəsinin əzilməsi özünü aşağıdakı əlamətlərlə büruzə verir: 
dərialtına qansızma, lokal ağrı və hematoma. Hərəkət zamanı və nəfəsalma aktında 
ağrılar güclənir.  
Döş qəfəsinin ağır əzilmələrində təkcə yumşaq toxumalar deyil, ağ ciyərlər də 
əzilir. Bu zaman müxtəlif ölçülü subplevral qansızmalar və hematomalar olur, 
kollaps və ağciyərin travmatik emfızeması baş verir. Bu vəziyyət özünü az 
qanhayxırma, kiçik ölçülü dərialtı emfızema, bəzən isə pnevmo,yaxud 
hemotoraksla bildirir.   
Ağciyərlərin əzilməsi zamanı bronxların  drenaj funksiyasının pozul ması fonunda 
sekresiyanm güclənməsi və seliyin bronxlarda teplanması «yaş (nəm) ağciyərlər»ə 
gətirib çıxarır: xəstənin vəziyyəti ağırdır, xəstədə qorxu və boğuhna hissiyyatı olur, 
hava çatışmazlığı tənəfü'ısün tezləşməsilə (bir dəqiqədə 40–50), səthi, küylü və 
xırıltı olması ilə müşayiət olunur. Nəbz tezləşir, zəif dolğunluqda olur və 
auskultasiyada müxtəlif kalibrli yaş xırıltılar eşidilir.   
Təxirəsalınmaz yardım:   
 sakitlik;   
 ilk üç gün soyuq prosedurlar;   
ağrıkəsicilər;   
sonrakı günlər isti fizioterapevtik prosedurlar və isidici kompreslər.   


Döş qəfəsinin silkələnməsi, əzilməsi və sıxılması zamanı müalicə:   
–ağrmı aradan qaldırmaq məqsədilə vaqosimpatik, qabırğanm sınıqları  
 olan hallarda isə nəqledici novokain blokadası aparılır;   
-– xəstələrə oksigen inhalyasiyası verilir;   
-antibiotiklər, analeptiklər və ürək-damar dərmanları təyin edilir;   
-– ağır hallarda bronxoskopla traxeobronxial sanasiya aparılır.   
  

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin