Cərrahi xəstəliklər fənnindən muhazirələr MÖvzu təQVİm plani tibb bacısı işi. Mualicə işi. III kurs



Yüklə 1,82 Mb.
Pdf görüntüsü
səhifə11/51
tarix02.01.2022
ölçüsü1,82 Mb.
#37367
1   ...   7   8   9   10   11   12   13   14   ...   51
Cerrahi Xestelikler (1) 1

                                              Kəllənin sınıqları  
Kəllə sümüklərinin sınıqlarına da tez-tez təsadüf ediir.Beləki bütün sınıqlrın 10%-
ni kəllənin sınıqları təşkil edir. Kəllə sümüklərinin sınıqları iki yerə bölünür:  
*Kəllə tağının və  
*Kəllə əsasının sınıqları. Bu sınıqlar özləri də   
*Açıq  və  


*Qapalı sınıqlara bölünürlər.   
Kəllə əsasının sınıqları açıq sınıqlara aiddir.Xarakterinə görə   
*catlı  
*qəlpəli  
*icəri batmış və  
*deşikli sınıqlar aşkarlanır.  
Çat ar yarıq şəklində sümüyün bütün qatlarindan keçir.Qəlpəli sınıqlarda bir neçə 
qəlpə olur, əksər hallarda qəlpələr kəllə boşluğuna girirlər. Deşikli sınıqlara odlu 
silah yaralanmalarında təsadüf edilir,belə ki ,sümükdə güllənin (mərminin) daxil 
olduğu (dəlib keçən yaralarda həm də çıxış dəliyində)dəlikdə sümükdə defekt olur.  
Kəllə tağının sınıqları açıq və qapalı olurlar.Qapalı zədələnmələrdə  yerliolaraq 
hematoma,ağrı olur.Hər ikinöv sınıqda bəzən yüngül gedişat müsahidə edilir:huşun 
qısamüddətli itməsi,travmadan sonra baş ağriları.Ocaq lamətləri olmaya da 
bilər.Huşun uzunmüddətli itməsi beyin maddəsinin zədələnmsini göstərir.Qəlpəli 
siniqlar baş beyin sıxılması,əzilməsi və subdural hematoma ilə müşayət 
edildiyindən həmişə ocaq əlamətləri meydana cıxır:nitqin və baş beyin sinirlərinin 
funksiyalarinin pozulması,parezlər,ifliclər. Hematoma əmələ gəlməsinin 
baslanğıcın- da bradikardiya,sonralar isə taxikardiya olur.  
Kəllə əsasında -ön kəllə çuxurunda sınıq olduqda çatlar göz şuxurunu ,burun 
sümüklərini əhatə edir.Orta kəllə cuxutunun sınıqlarında isə sınıq xətti gicgah 
sümüyünün piramidasindan və qulaq keçəcəyindən keçir.Arxa kəllə cuxurundakı 
siniqlarda isə sınıq xətti ənsə dəliyinə çatır.  
Xəstənin vəziyyəti ağır olur .Xəstədə huşsuzluq,hiperermiya,taxikardiya,vətər 
refəeksləeinin zəifləməsi,ümumbeyin əlamətləri qeyd edilir.  
-Gözlərin ətrafında-göz qapaqlarnda ikitərəfli qansızmalar-“eynək simptomu” və 
burundan likvorun axması ön kəllə çuxurunda,  
-qulaqlardan qanaxma , bəzən isə likvorun axmasi (likvoreya) orta kəllə 
cuxurunda,  
-məməyəzənzər cıxıntı nahiyyəsində dərialtina qansızma isə arxa kəllə cuxurunda 
sınığın olmasını göstərir.  
Kəllə sümüyünün  əsasının sınıqlarında burundan axan qan və likvorun miqdarı 
çox olur(bəzən likvorun miqdarı sutkada 200 ml çatır) konyuktivaya qan sızır.  
Göz orbitasıının sınıqlarında qan göz almasının arxasına toplanırsa ekzoftalm 
(donbalangözlük)olur.  
Alın sümüyünün sınıqlarında alın cibidə zədələnərsə,sifətdə dərialtı emfizema qeyd 
olunur.Həmçinin ptoz(üst göz qapağının sallanması),bəbəklərin 
genəlməsi,çəpgözlük də müşahidə edilə bilər.Aəır hallarda xəstələr beyin 
toxumasinin geniş sahəli zədələnməsindən,yaxud beyin absesi,meninqoensefalit 
kimi ağırlaşmalardan ölürlər. Açıq kəllə -beyin zədələnmələri və kəllənin 
sınıqlarinda təxirəsalınmaz yardim :  


*Kəllənin yumşaq toxumalarından axan qanın saxladılması və infeksiyanın yaraya 
düşməsinin qarşısını alınması məqsədilə yaraya sixici aseptik sarğı qoyulur.  
*Tənəffüs pozğunluqlarında yuxarı tənəffüs yolları yoxlanılır,mexaniki tutulma 
olduqda xstənin başı yana çevrilməklə ağız boşluğu təmizlənir və havaüfürən boru 
qoyulur.  
*Xəstə huşsuz halda olarsa .o, böyrü üstə uzanmış vəziyyətdə nəql edilir.(qusuntu 
kütlələri, qan və seliyin udulmasının qarşısını almaq məqsədilə)  
*Narkotiklərin vurulması əks göstərişdir   
*Xəstəyə ürək-damar(2.0ml kordiamin,1.0 ml kofein,) tənəffüs mərkəzini 
oyadan(2.0 ml efedrin,2.0 ml bimeqrid) dərmanlar vurulur.  
*Psixomotor oyanmalar və qıcolmalar olduqda 2-3 ml 2.5%aminazin,2 ml 1-2% 
dimedrol, yaxud 10 ml maqnezium sulfat vurulur.  
*Başın pilləkənli ,yaxud Jelanski şinası ilə immobilizasiyası aparılır.Xəstə 
stasionara nəql olunur. Müalicə:  
Açıq kəllə -beyin travmalarında yaranın birincili işlənməsi aparılır.Kəllədaxii 
hematomalarda kəllənin trepanasiyası aparılmaqla hematoma xaric edilirvə 
qanayan damar bağlanır.ikincili infeksiyanın qarşısını almaq məqsədilə bütün 
mümkün olan hallarda yumşaq toxumaların yarası qapalı tikilir.  
*Xəstəyə ciddi (2-3 həftə) yataq rejimi təyin ediir  
*Antibiotiklər yeridiir  
*Göstəriş olduqda qan və qanəvəzedicilər köçürülür.vitaminnterapiya, stimuləedici 
terapiya təyin edilir.  
*Simptomatik müalicə aparılır. Kəllə və beyinin qapalı zədələnmələri .  
Qapalı kəllə-beyin zədələnməlrinin üç əsas forması vardır:  
*Baş beyin silkələnməsi  
*Baş beyin əzilməsi  
*Baş beyin sıxılması.  
 Bunlarin hər biri kəllə sümüklərinin zədələnməsilə müştərək halda ola 
bilər.Ağırlıq dərəcəsinə görə kəllə-beyin zədələnməlrinin üç dərəcəsi ayırd edilir : 
yüngül,orta ağırlıqlı,ağır dərəcəli.  
Beyinin qapalı zədələnmələri özünü  ümumbeyin v ocaq əlamətlərilə 
bildirir.Ümumbeyin əlamətləri bunlardir:Huşun itməsi, keyləşmə,baş 
ağrıları,qusma,likvor təzyiqinin artması,bradikardiya və başgicəllənmə.Ocaq 
əlamətləri beyinin zədələnən nahiyyəsindəkimərkəzlərin ,yaxud analizatorların 
funksiyalarının pozulması nəticəsində meydana çıxır:  
*ifliclər  
*afaziya  
*hissiytin və  
*görmənin pozulmasi.Kəllə beyin travmalarinda huşun pozulma dərəcəsinin 
düzgün qiymətləndirilməsinin böyük əhəmiyyəti vardr. • əgər xəstə düşdüyü 


şəraiti,olduğu yeri,zamanı düzgün qiymtləndirib,qıcıqlara düzgün və adekvat cavab 
verirsə -huşu aydındır. • Huşun zəif qaralması -hissəvi dezoriyentasiya,zəyif  
yuxuculluq,nitq ünsiyyəti saxlanılır,lakin cavab almaq üçün  verilən suallar bir 
neçə dəfə təkrarlanır,xəstə tapşırığı düzgün lakin ləng yerinə yetirir • Huşun dərin 
qaralması- dezoriyentasiya, nəzərəçarpan yuxuculluq ,nitqlə kontakt 
çətinləşməsi,qısa cavabların alinması,tapşırığa ləng reaksiya vermək,tez-tez  
psixomotor  oyanma • Yuxuculluq sakit vaxtda xəstənin tez-tez yuxuya getməsi və 
asanlıqla oyadila bilməsidir.Xəstə suallara asanlıqla cavab verib.şifahi tapşırıqları 
yerinə yetirsədə ,yaza oxuya bilmir,düşdüyü şəraiti,olduğu yeri dərk  edə bilmir. • 
Sopor xəstənin huşsuz halı olub ,o ətrafa heç bir rekiya vermir,heç bir tapşırığı 
yerinə yetirmir,kontakta girmir,yalnız güclü ağrı və səs kimi qıcqlara (iynə 
batırmaq,çimdikləməl,bərk səslə çağırmaq)çətinliklə cavab veri:.qisa  müddətə 
gözünü açır,inildəyir.Bəbək,korneal,udma və dərin reflekslər saxlanılıb.sfinkterlər 
üzərində nəzarət pozulub.Həyati funksiyalar saxlanılır. • Koma orqanizmin 
ağrıya ,həmçinin normaldaxili və xarici qıcıqlara qarşı reaksiya qabiliyyətinin 
itməsilə birgə huşsuzluq halıdır.  
  
                                             Baş beyin silkəlnməsi Baş beyin silkəlnməsi beyinin 
geri dönən funksional zədələnmə forması olub ,kəllənin müxtəlif travmalarından 
sonra meydana çıxır.Bu zaman neyronlar arası əlaqələrin ,beyin qabığı və qabığaltı 
törəmələrin funksiyalarının pozulması baş verir.ağır silkələnmələrdə beyində 
nöqtıvari qansızmalar,beyinin anemiyasi və qişaların ödemi olur. Ağırlıq 
dərəcəsinə görə  *yüngül *orta ağırlıqlı  *ağır dərəcəli  formaları ayird edilir . 
Yüngül dərəcədə huş bir neçədəqiqəlik itir, ümumi zəiflik 
gicələnmə,ürəkbulanma,qulaqlarda küy,ümumi zəiflik,bəzən isə qusma olur. Orta 
ağırlıqlı drəcədə huş bir neçə saatlıq itir, ürəkbulanma, qusma, ümumi zəiflik,baş 
ağrıları,başgicəllənmə,qulaqlarda küy,reflekslərin zəifləməsi,brdikardiya,retroqrad 
amneziya(xəstə travma aldıqı ərəfəni və həmin anı xatirlamır)tənəffüsün 
tezləşməsi,bəbəklərin daralması,nistaqm(gözlərin titrəməsi) kimi əlamətlər 
müşahidə edilir.  
Ağır dərəcəli formada huş uzunmüddətli itir(bir neçə günə dək),retroqrad amneziya 
uzun müddət davam edir,bradikardiya,bəbəklərin genələrək işığa reaksiya 
verməməsi,qeyri iradi nəcis və sidik ifrazinin olmasi müəyyən edilir.Bəzən keçici 
anizokoriya(bəbəyin birtərəfi genəlməsi)keçici nistaqm olur.Xəstələr komatoz 
halda olular.aqir hallarda tənəffüsün ayanması nıticısində ölüm baş verir. Xəstələr 
sağaədıqdan sonra uzunmüddətli baş aqriları,qulaqlarda küy,başgicəllənmə,yüksək 
oyanıqlq,müvainətin pozulmas kimihallar qeyd olunur.,                                                                              
Baş beyin əzilməsi Beyin əzilməsi (kontuziya)beyin maddəsinin kəllənin küt 
travmalari və sınıqları zamanı qüvvənin bir başa təsir etdiyi yerdə ,yaxud əks -
zərbə nəticəsində qarşı tərəfdə məhəlli olaraq zədələnməsidir.Bu zədələnməözünü 


məhəlli olaraq beyin toxumasina qansızma,həmən toxumanın əzilməsi və htta 
nekrozu ilə bildirir.    Beyin əzilməsinin üc dərəcəsi var: *yüngül *orta ağırlıqlı  
*ağır dərəcəli  .      Yüngül dərəcəli əzilmədə huş bir neçə dqiqədən bir neçə saaa 
qədər itir.Huşu bərpa olan xəstələr beyin silkələnməsinə təsadüf olunan 
ümümbeyin əlamətlərindən şikayətlənirlər.Qusma bu zaman tkrari olur.retroqrad 
amneziya,arterial təzyiqin arması,brdadikardiya(bəzən is taxikardiya) müşahidə 
edilir.tənəffüs pozulmur,temperatur artmr.Ocaq əlamətləri zəif nəzərə 
çarpır:nistaqm,anizokoriya,ətrafların yungü parezi,meningeal əlamətlər. Meningeal 
əlamətlərdən ənsə əzələlərinin gətginliyi simptomunu göstərmək olar.bu simptomu 
belə yoxlayırlar:Xəstədən başını endirərək çənəsini gövdənin ön səthinə 
toxundurmağı xahiş edirlər.Əgər bu hərəkət alınmırsa deməli ənsə əzələlərinin 
gərginliyi simötomu müsbətdir.Kerninq simptomu da meningeal əlamərlərdən 
sayılır və beyin əzilməsində bu simptom müsbt olur:xəstənin diz oynağında 
bükülmüş qıçını tam  açmaq mümkün olmur  ve cəhdlərə  baxmayaraq ayaq 
45,60,yaxud 75 dərəcəli bucaq altında bükülü qalır.        Orta ağırlıqlı beyin 
əzilməsindəxəstənin huşu 4-6 saata qədər itir.ocaq əlamətləri daha qabarıq 
olur.xəstədə uzun müddətli retroqrad ve anteroqrad amneziya (travma alınan andan 
huşun tam bərpasına qədər olan müddətdə baş verənlərin xatırlana 
bilməməsi),güclü baş aqrıları,təkrari qusmalar.hərarətin qalxması müşahidə 
edilir.Bradikardiya(41-60),yaxud taxikardiya(120 yə qədər)təzyiqin 
yuksəlməsi,tənəffüsün tezləşməsi qeyd olunur.Meningeal simptomlar və 
zədələnmənin loklizasiyasindan asılı olaraq ocaq əlamətləri aydin nəzərə carpır. 
Ocaq əlamətləri adətən 3-5 həftə ərzində tədricən keçib gedir.likvorun təzyiqi 210-
300mm su süt. dək artır.       Ağır dərəcəli beyin əzilməsi uzunmüddətli komatoz 
halla, kobud ocaq əlamətləri, həyati əhəmiyyətli funksiylarin pozulması ilə 
xarakterizə olunur.Beyin kötüyünün zədələnməsi əlamətləri ön plana çıxır: baxışın 
parezi,nistaqm,udmanın çətinləşməsi və s. Likvorun təzyqi 250-400 mm su süt 
olur.Ətraflarda parez və ifliclər olur.Beyinin əzilməsi zamanı həm də beyinin 
silkələnməsi olduqundanbəzən bu iki zədələnməyə birgə “kontuzion-kommosion 
sindrom da deyilir”.                                                                                    Baş beyin 
sıxılması   Travma  nəticəsində meydana çıxan hematomanın,yaxud kəllə 
sümüklərinin sınmış his- səsinin beyinə təzyiqi baş beyinin sıxılmasını törədir. 
Əksər hallarda beyin sıxılmasını orta beyin arteriyasinn,venoz ciblərin 
zədələnməsizamanı inkişaf edən epidural və subdu-  
                                     Kəllədaxili hematomalar: 
Hematomalarin 4 novu ayird edilir 
1) epidural   
 2)subdural  
3)beyindaxili                                


 4) mədəcikdaxili    .Hematoma həm beyin toxumasını sıxır, həm də likvorun 
dövranını pozur.Ümumiyyətlə baş beyin sıxılması özünü ümumbeyin(huşun 
pozulması, baş ağrıları,ürəkbulanma,təkrari qusma, psixomotor oyanma  və s.)və 
ocaq(hemiparez,nitqin və mimikanın pozulması və s.)kötük  əlamətləri 
ilə(bradikardiya,arterial təzyiqin qalxması,nistaqm,yuxarı baxmanın 
məhdudlaşması və s.) ozünü bildirir. Ocaq əlamətləri ümumi əlamətlərdən fərqli 
olaraq travmadan bir müddət (bir neçə saatdan bir neçə günədək)gecikdikdən sonra 
meydana çıxır. Bu müddətə “işıqlı dövr” deyilir.  
Qapalı kəllə beyin travmalarında diaqnozu dəqiqləşməsində anamnezin,obyektiv 
müayinə nəticələrinin,kəllənin rentgen şəklinin çəkilməsinin,bel punksiyaısı , 
elektro- ensefaloqramma , Kompyuter tomoqrafiyası,Nüvə -maqnit rezonansı kimi 
müasir üsullarin önəmli rolu vardır Qapalı kəllə beyin travmalarında 
təxirəsalınmaz yardım:  
      İlk növbədə sakitlik. Yaradılr və xəstə uzadılr • Xəstə huşsuz olarsa ,yuxarı 
tənəffüs yolları yoxlanılr,oradaolan maneələr aradan qaldırılr, başı yana 
çevirməkləhavaüfürən S-vari boru xətənin ağız boşluğuna yeridilir. • Xəstə arxsı 
üstə,huşsuz olarsa isə ,böyrü üstə uzadılır vəxərəyə bənd ediir • əgər xəstə nəql 
edilərkən o,huşssuzvəziyyətdə olarsa və onu müşayət edən tibb işçisi olmazsa, o 
zaman,dil ağızdan çıxarılaraq sancaqla,yaxud sapla tikilərək alt dodağa bənd edilir 
• Nəql olunarkən silkələnmənin vədigər ağırlaşmaların qaeşısını almaq üçün 
xəstənin başı pilləkənli şinalar, yaxud Jelanskinin faner şiması ilə immobiizasiya 
edilir • Standart şina olmadıqda əlaltı materiallardan istifadə ediir.:xəstə arxasi üstə 
uzadılır, çənənin altına pambıq qoymaqla onun başı çənə altından keçən sapandvari 
sarğı ilə xərəyin dəstəyinə bağlanr.yaxud xəstənin başı iri yumşaq yastığın üzərinə 
qoyulur. • Alin nahiyyəsinə buz qovuğu qoyulur • Göstəriş olarsa Xəstəyə ürək-
damar(2.0ml kordiamin,1.0 ml kofein2.0 ml kamfora ,) tənəffüs mərkəzini 
oyadan(2.0 ml bimeqrid,0.3-1 ml 1% lobelin) və psixomotor oyanmalar zamanı 1-3 
ml 2.5 5 aminazin,1-2 ml 1-2% dimedrol ) dərmanlar vurulur. • Xəstə stasionara 
nəql olunur. 
Xəstəxanada ciddi yataq rejimi , sakitlik təyin edilir.travmanın dərəcəsindən asılı 
olaraq müvafiq müalic aparılr.  
   
 
 
 

Yüklə 1,82 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   51




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin