Çətin tərbiyə olunan



Yüklə 39,91 Kb.
səhifə2/3
tarix02.01.2022
ölçüsü39,91 Kb.
#45994
1   2   3
Mövzu 5 çətin tərb

Motiv tələbat sferası.

Şəxsiyyətə təsir etmək, onu dəyişdirmək üçün, onun motiv-tələbat sferasını öyrənmək lazımdır. Tələbatlar şəxsiyyətin feallığının əsasını təşkil edərək onun davranışını tənzim edirlər.

Tətqiqatlar sübüt edir ki, çətin yeniyetmələrin əksəriyyətinin tələbatları inkişaf etmiş olmur və maddi tələbatlar səviyyəsi ilə məhdudlaşır. Belələrində insanın sosial davranışını motivləşdirən mənəvi tələbatlar, adətən, zəif təzahür etmiş olur. Yeniyetmələrin davranışının motivlərinin öyrənilməsi onların özlərini nə üçün bu və ya digər situasiyalarda müəyyən tərzdə aparmasını araşdırmağa imkan verir. Tədqiqtlar göstərir ki, çətin yeniyetmələrin davranışını və fealiyyətini geniş, ictimai motivlər deyil, dar şəxsi motivlər motivləşdirir. Onlar bu günkü günlə yaşayır və gələcək üçün güniş həyati planlar qurmurlar. Insanın motivasiyası strukturasında əsas yerlərdən birini tutan mədəni ünsiyyət motivasiyası çətinlərdə zəif təzahür etmiş olur. Onların əhəmiyyətli ünsiyyət dairəsini əsasən özləri kimi çətin yeniyetmələr təşkil edir ki, burada da ünsiyyət mədəniyyəti aşağı olur.

Çətin yeniyetmələrin yaşadıqları ailələrdə, adətən, “psixolojı iqlim” gərgin olur, onlar tez-tez təhqirlərə, tənələrə, yaxud laqeyidliyə məruz qalırlar. Yaxşı ailələrdə isə valideynlər yeniyetməni mütdəq dinləyir, onun problemləri ilə maraqlanır, başa düşməyə çalışır, lazım gəldikdə onun mövqeyindən çıxış edir, onun dərdinə qalırlar. Müşahidələr göstərir ki, çətin yeniyetmələrin adaptasiyası normal yeniyetmələrə nisbətən daha çətin həyata keçir. Böyüklərin isə onlara qarşı neqativ münasibəti bu çətinliyi daha da artırır.




Yüklə 39,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin