Çətin tərbiyə olunan


Çətin yeniyetmələrin yaşlılarla və həmyaşıdları ilə qarşılıqlı münasibətləri



Yüklə 39,91 Kb.
səhifə3/3
tarix02.01.2022
ölçüsü39,91 Kb.
#45994
1   2   3
Mövzu 5 çətin tərb

Çətin yeniyetmələrin yaşlılarla və həmyaşıdları ilə qarşılıqlı münasibətləri.

Yeniyetmə yaşı dövrünün əsas spesifikası ondan ibarətdir ki, onlar hər vasitə ilə yaşlı statusunu əldə etməyə çalışırlar. Eyni zamanda, gərgin psixolojı şərait, düzgün qurulmamış pedaqojı rəhbərlik və nəzarət onlara heç də həmişə bu statusu əldə etmək üçün düzgün vasitələrə əl atmağa imkan vermir. Buna görə də bəzi yeniyetmələr yaşlıya çevrilməl yolunu siqaret çəkməkdə, spirtli içkilər içkəkdə, boş vaxtlarını əyləncəli keçirməkdə və s. görürlər. Onları bu çür davranmağa təhrik edən “yaşlılıq hissini” meydana gəlməsidir. Özünün artıq uşaq olmadığını dərk edən yeniyetmə, böyüklər kimi davranmağa çalışır, böyüklər kimi müstəqil olmaq istəyir, böyüklər malik olduğu üstünlükləri bütövlüklə əldə etmək istəyir. Uşaqlarla yaşlılar arasında aralıq mövqedə duran yeniyetmə müəyyən şəraitlərdə uşaq kimi digər şəraitlərdə isə böyük kimi davranır. Bu böyüklərə onları hələ də uşaq gözündə görməyə imkan verir. Bu halı yeniyetmələr xüsusilə də çətin yeniyetmələr çox pis yaşayırlar ki bu da onlarla böyüklər arasında konfliktlərin yaranmasına gətirib çıxarır.

Çətin yeniyetmələrlə böyüklər arasında konfliktlərin yaranmasının əsas səbəblərindən biri də yeniyetmələrin tərsliyidir. Davranış normalarını şüurlu, yaxud kortəbii olaraq pozmaq tərsliyin səciyyəvi əlamətidir. Adətən, tərsliyin təzahürü zamanı müəllimlər də valideynlər bunu aradan qaldırmaq üçün avtoritar tənbeh üsulüna əl atırlar, bu da yeni konfıliktlərin meydana gəlməsinə gətirib çıxarır. Belə hallar çətin yeniyetmələrlə böyüklər arasında, onsuzda, mövcüd olan “uçurumu” getdikcə dərinləşdirir, böyüklərin tərbiyəvi təsirini sıfıra endirir və yeniyetmənin tərsliyini daha da artırır.

Aparılan tədqiqatlar göstərir ki, çətin yeniyetmələrin əksəriyyətinin sinif yoldaşları və müəllimlərlə ünsiyyəti pozulmuş olur. Bu onunla izah olunur ki, onları sərvət meyləri sinif kollektivinin sərvət meyllərinə uyğun gəlmir, bu isə onları kollektivin gündəlik həyatından kənarda qoyur. Çətin yeniyetmələri kollektivin həyatından kənarda qoyan amillərdən biri də, müəllimlərin əksəriyyətinin onlara qarşı yaranan neqativ münasibətinin uzun zaman dəyişməz qalmasıdır. Müəllimlərin bu neqativ münasibəti sinif kollektivinin yeniyetməyə olan münasibətini dəyişdirir. Bu isə öz növbəsində onun kollektivə uyğunlaşmasını çətinlədirir. Sinif kollektivinə uyğunlaşa bilməyən yeniyetmələr tez-yez onun üzvləri ilə münaqişəyə girirlər. Bacarıqlı müəllim belə hallara yol verməməli və münaqişə yaradan amillərin qaşısını qabaqcadan almalıdır.

Şəxsiyyətin inkişafı və təşəkkülü sosializasiya prosesi ilə sıx bağlıdır. Şəxsiyyətin sosializasiyası dedikdə onun sosial təcrübəni aktiv şəkildə mənimsəməsi başa düşülür. Yeniyetmə yaşı dövründə sosializasiya “yaşlılıq hissi” məcrasında gedir. Deməli, yeniyetmə sosial davranış və ünsiyyət normalarına onda baş qaldıran yaşlılıq hissi əsasında yiyələnməyə başlayır. Yaşlılıq hissinin təzahür formaları heç də yeniyetmələrin hamısında eyni olmur. Məhz, çətin yeniyetmələrdə: adətən, yaşlılıq hissi təhrif olunmuş formada təzahür edir ki, buna da düzgün qurulmamış təlim-tərbiyə, münaqişəli ailə münasibətləri, yeniyetmənin daxil olduğu əhəmiyyətli şəxsiyyətlərarası münasibətlər sistemi əhəmiyyətli təsir göstərir.

Biz qeyd etdik ki, yeniyetmələr yaşlılar statusunu əldə etmək üçün özlərini onlara oxşatmağa çalışırlar. Bu proses psixologiyada identifikasiya (oxşatma, eyniləşdirmə) adlanır. Yeniyetmələrə xas identifikasiya kiçik yaşlı uşaqlara xas identifikasiyadan keyfiyyətcə fərqlənir. Belə ki, özünü böyüklərə oxşatmağa çalışan kişik yaşlı uşaqlar böyükləri sadəcə olaraq yamsılayırlar. Bu yamsılama rollu oyun fealiyyəti çərçivəsində gedir və uşaqlar tərəfindən lazımi səviyyədə dərk olunmur. Deməli, uşaqlara xas olan identifikasiya hər şeyi bilmək həvəsindən yaranır, yeniyetmələrə xas olan identifikasiya isə yaşlılıq hissindən, yəni onların yaşlılara çevrilmək, yaşlıların statusunu əldə etmək tələbatından doğan identifikasiyadır. Bu identifikasiya şüurlu səviyyədə dərk olunmuş xarakter daşıyır. Başqa sözlə desək, özünü yaşlılara oxşatmağa çalışan yeniyetmə həqiqətən özünün artıq uşaq olmadığını dərk edir. Eyni zamanda, normal və çətin yeniyetmələrdə bürüzə verən identifikasiya bir-birindən fərqlənir. Belə ki, özlərini yaşlılara oxşatmağa çalışan normal yeniyetmələr ədəbli davranırlar, öz üzərlərinə məsuliyyət götürürlər, birgə yaşayış narmalarına riayət edirlər və s. Çətin yeniyetmələr isə yaşlılara oxşamaq üçün spirtli içkilər içirlər, narkotik maddələr qəbul edirlər, siqaret çəkirlər, kobudluq edirlər, boş vaxtlarını mənasız keçirirlər, evə gec gəlirlər, fiziki güclərini nümayiş etdirirlər və s. Bu neqativ hallar, əlbəttə, çətin yeniyetmələrin təsəvvüründə yaşlılar etalonunun təhrif olunmuş formada olduğunu sübüt edir ki, buna da onların sosial inkişafın situasiyası əhəmiyyətli təsir göstərir.

Psixoloqların tədqiqatları göstərir ki, yeniyetmələrin məktəbdəki davranışının aparıcı motivi onların kollektivdə öz yerini tapmağa çalışmasıdır. Onların məktəbdə intizamsız davranışının səbəbi kollektivdə arzuladıqları mövqeyi tutmağı bacarmamaqlarıdır. Yoldaşlarının rəy və qiymətləri yeniyetmələr üçün valideynləri və müəllimlərinin rəy və qiymətlərindən daha əhəmiyyətli olur. Ona görə ki, yoldaşları ilə ünsiyyət onların həyatının ən vacib sferası sayılır. Deməli, intizamlı məktəblini çətin yeniyetməyə çevirən səbəblərdən biri onun kollektivdə tutduğu mövqe ilə qane olmamasıdır, həmyaşıdları ilə ünsiyyətsiz yaşaya bilməyən yeniyetmə özünə uyğun mühiti aktiv şəkildə axtarmağa başlayır.

Müşahidələr göstərir ki, belə mühit rolunu əksər hallarda küçə kompaniyaları oynayır. Belə kompaniyalar da fiziki qüvvəyə, cəsarətə, dosta sadiqliyə, müstəqilliyə, qəddarlığa qiymət verilir.



Çətin yeniyetmə qruplaşmalarının özünəməxsus qanun-qay
Yüklə 39,91 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin