Yivli birləşmələri yığma üçün alətlər. Yivli birləşmə-ləri əl ilə mexanikləşdirilmiş alətlərlə (qaykasıxan, vintsıxan, sancaqsıxan, burğu dəzgahları və xüsusi qurğular) yerinə yeti-rilir. Əksər hallarda, yivli birləşmələrin yığılmasında xüsusi konstruksiyalı alətlər istifadə edilir.
Yivli detalların yığılmasında istifadə olunan mexaniki-ləşdirilmiş alət aşağıdakı əsas elementlərdən ibarətdir: intiqal, muftalar, işəsalma mexanizmləri, gövdələr və işçi ucluqlar.
Yivli detalların yığılması üçün ucluqların konstruk-siyaları tətbiq olunan bərkitmə detallarının tipləri, ölçüləri və materiallarından və eləcə də bərkitmə rejimlərindən asılı olaraq müəyyən edilir. Yivli detalların yığılmsı üçün ucluqların nü-unələri şəkil 16.5-də verilmişdir.
Düz şlislərlə vintləri bərkitmək üçün ucluqlar şəkil 16.5,a-k-da göstərilmişdir. Açıq ucluqları (şəkil 16.5,a-b) şpin-delin fırlanma tezliyi 300dövr/dəq olanda tətbiq edirlər. Şpin-delin fırlanma tezliyi 300dövr/dəq-dən artıq olan hallarda yönəldici oymaqlar olan ucluqlar (şəkil 16.5,j-k) istifadə edilir. Dekorativ səthlərə vintləri bərkidərkən rezin və fetrdən olan həlqəli yönəldici oymaqlar istifadə edilir(şəkil 16.5,k). Xaçvari şlisli və daxili altıbucaqlı vintlər üçün ucluqların sxemi şəkil 16.5,l,m-də göstərilmişdir. Şəkil 16.5,m,n-də boltları və qayka-ları və şəkil 16.5,o-da ikiqulaqlı qaykalar bərkitmək üçün uc-lqular göstərilmişdir. Dairəvi qaykalar üçün işçi hissəsi diş şəklli (relyefli) ucluqlar hazırlanır. Sancaqları bərkitmək üçün istifadə olunan ucluqlar şəkil 16.5,r,s,t,y,v,x -də göstərilmişdir. Reversiv hərəkətli alətlər üçün ucluqlar şəkil 16.5,r,s,t-də verilmişdir. Alət reversiv hərəkətə malik olmadıqda şəkil 16.5,u,v-də göstərilən ucluqlar istifadə edilir. Hamar səth hissəsi olan sancaqlar üçün ekssentrik pazları olan ucluqlar istifadə edilir (şəkil 16.5,x).
Şəkil 16.5.
Yivli detal-
ların yığılma-
sı üçün ucluq-
lar:
1-ucluq;2-oymaq; 3-yay; 4-həlqəvi
yay; 5-çivlər;
6-yerləşdirmə çivi; 7-rezin həl-
qə; 8-dayaq alt-
lığı;9-kürəçik;
10-dəyişilən qayka; 11- yö-
nəldici başlıq;
12 -quyruq;
13-çiv;14-göv-də; 15-düzbu-caqlı yiv; 16-
sancaqaltı yivli
hərəkətli yastıq;
17-gövdə; 18-yivli yumrucuqlar; 19-barmaq; 20-dayaq; 21-gövdə; 22-yay; 23- diyircəklər; 24-ekssentrik pazlar
İriseriyalı və kütləvi istehsalda yivli detalları vint-bərkidən alətin ucluğuna ötürməni mexanikləşdirmə və avto-matlaşdırma üçün qurğu tətbiq edilir. Bu zaman kasetlərdən (qablardan) istiqamətləndirilmiş yivli detalları tutmaq üçün xüsusi ucluqlar- yaylı, maqnitli və vakuumlu tutqaclar istifadə edilir.
Yivli detalların yığılması üçün stasionar qurğular bir-şpindelli və çoxşpindelli olurlar.
Dostları ilə paylaş: |