16.3. Diyircəkli yastıqlı düyümlərin yığılması
Maşın və cihazlarda yerləşdirilən diyircəkli yastıqlar asan fırlanmalı, radial və oxboyu vurması verilən hədd daxilində olmalı və gövdənin əsas bazasına nəzərən dəqiq mövqe tutmalıdır. Bu tələblərin yerinə yetirilməsi yastıqların vala və gövdəyə oturtmasının düzgün seçilməsindən, val və gövdələrin oturtma yerlərinin emal dəqiqliyindən asılıdır. Oturtmaların və oturtma səthlərinə tələblərin seçilməsi konst-ruktorun məsələsidir.
Yastıqların asan fırlanması və uzunömürlüyü diyircək-arası, daxili və xarici həlqələri arasındakı araboşluğundan asılıdır. Radial araboşluğu başlanğıc, oturtma və işçi olurlar. Yastığı vala və ya gövdəyə yerləşdirərkən yastığın daxili və xarici həlqələrinin diametrləri, eləcə də radial araboşluğu dəyişir. İş prosesində yastığın həlqələri qızır radial araboş-luğunda dəyişir. Buna görə yığma zamanı radial oturtma və radial araboşluğunun qiymətinin hesabi qiymətə maksimum yaxınlaşmasını təmin etmək lazımdır. Yastığın fırlanan həlqə-sinin iş prosesində bərabər yeyilməsini nəzərə alaraq onu val və ya gövdəyə zəmanətli gərilmə ilə yerləşdirirlər. Yastığın fırlanmayan həlqəsi, belə oturtma zamanı, dairəvi qeyri-bərabər yeyiləcəkdir və buna görə iş prosesində həlqənin dönməsini (fırlanmasını) təmin etmək məqsədilə onun üçün keçid oturtması seçirlər.
Yastıq düyümünün yığılması aşağıdakı əməliyyatlardan ibarətdir: yastıqların dekonservasiyası(yuyulması), onların yoxlanılması, yastığın vala və ya gövdəyə yerləşdirilməsi, valın gövdəyə yerləşdirilməsi.
Yastığın dekonservasiyası 6% yağ məhlulunda benzin və ya isti (75-85C) antikorroziya məhlullarında, məsələn, aşağıdakı tərkibdə %-lə: trietanolamin 0,5-1,0, natrium nitrat 0,15-0,2, isladıcı 0,02-0,1, qalanları sudan ibarətdir.
Normal dəqiqlikdə olan yığma düyümlərində yastıqlar vala və ya gövdəyə gərilmə oturtması ilə presləməklə yerləş-dirilir. Yastıqda daha dəqiq araboşluğu yastığın qızdırılması və valın soyudulması ilə aparıldıqda alınır. Yastıq yağ vannasında 80-120C-də 15-20dəq. müddətində qızdırılır. Val maye azot-da-190C-dək soyudulur.
Yastığın vala və ya gövdəyə preslənməsində xüsusi tər-tibat istifadə etmək lazımdır (şəkil 16.6). Bu tərtibat istiqamət-ləndirici və yönəldici elementlərə malikdir. Presləmə qüvvəsi Ppr aşağıdakı düsturla hesablanır:
burada, i-hesabi gərilmə,mm; f- sürtünmə əmsalı; E-elastiklik modulu, Pa; B-yastığın həlqəsinin eni,mm; N=1/(1-d/d0)2; d0=d+(D-d)/4; d- yastığın daxili həlqəsinin deşiyinin diametri, mm; D-yastığın xarici diametri,mm.
Dəqiq məmullarda kiçik ölçülərdə yastıqlar vala və ya gövdəyə ultrasəslə presləməklə yerləşdirilir.
Yastıqlarda radial araboşluğunu ölçmək və təmin etmək çox vacibdir. Bunu radial yastıqda oxboyu araboşluğu üzrə təyin edirlər.Yastıqla val tərtibatda yerləşdirilir (şəkil 16.6,a). Ölçməni P0 qüvvəsini tətbiq etməkdən əvvəl və sonra aparırlar. Oxboyu araboşluğunun qiymətini C indikatorun (1) göstərici-ləri fərqi verir. Radial araboşluğu aşağıdakı ifadə əsasında hesablanır
,
burada, r-qanovun radiusu,mm; dk- kürəciyin diametri,mm.
Konik diyircəkli yastıqlarda radial araboşluğunu xarici həlqəni ox boyunca e ölçüsündə sürüşdürməklə tənzimləyirlər və bunun əsasında radial araboşluğunu hesablayırlar
burada, -diyircəyin maillik bucağı, dər.
Şəkil 16.6. Oxboyu araboşluğunun radial (a) və radial dayaq (b)
yastıqlarında təyini sxemi
Təcrübi olaraq oxboyu yerdəyişməni aşağıdakı qaydada təyin edirlər. Val çətin fırlananadək 2 qapağını sıxaraq (şəkil 16.6,b) bütün araboşluqlarının seçilməsini zəmanətləyirlər. e0 araboşluğunu ölçürlər. Qapağı açırlar, araqatını seçirlər və yerləşdirirlər və qapağı yerinə qaytarırlar.
Yastıqlar blokunu yığarkən (şəkil 16.7) yastıqlar üzrə radial və oxboyu yüklərinin bərabər paylanmasını təmin etmək lazımdır. Bu minimal fərqli B ölçüləri olan yastıqları seçməklə əldə edilir. Aralıq 1 və 2 oymaqları da A və A1 ölçüləri üzrə seçilir və ya birlikdə emal edilir. Diyircəkli yastıqların düyüm-lərində (böyük fırlanma sürətilə işləyən) mümkün oxboyu rəqsləri azaltmaq üçün radial araboşluğunun minimum (sıfra yaxın) olmasına çalışmaq lazımdır.
Sökülən gövdəyə valı yerləşdirərkən gövdənin və ya qapağın yastıq yuvasının forma xətası olduqda yuvaların uyuşdurulması aparılır. Yuvaları yastığın kontakt səthində yaranan ləkələr üzrə ərsinləyirlər (şaberləyirlər). Ləkələrin alınması üçün yastıqlar rənglənir, val gövdəyə yerləşdirilir və bərkitmə detallarını sıxmadan qapaq örtülür. Ərsinləmə ilə yastığın tam yatmasına (yapışmasına) imkan verir və bərkitmə detallarını sıxdıqda yastığın həlqəsi radial istiqamətdə bərabər deformasiya edir.
Şəkil 16.7. Diyircəkli yastıq bloku yığılan düyümün sxemi
Dayaq yastıqlarında diyircəklərlə və yastığın həlqələri arasında oxboyu araboşluğunun sıfırlığını təmin etmək lazımdır. Araboşluğunun tənzimlənməsi 2 şaybası və 1 boltu-nun sıxılması ilə aparılır (şəkil 16.8). Yivli detalın sıxma qüv-vəsi hesabi qüvvənin qiymətinə nəzərən kiçik xəta ilə fərqlənməlidir. Yastığın həlqələrinin birinin digərinə nəzərən kiçik radial sürüşməsi düyümə daxil olan detalların emal dəqiqliyi ilə təmin olunur.
İynəvari yastıqlarda radial araboşluğu digərlərindən çoxdur. İynəvari yastıqlarda radial araboşluğu 0,02-0,13mm-dir. İynəvari yastıqlarda yığmanı fırlanama səthinin (iynələrin, diyircəklərin) xarici diametrlərinin və uzunluğunun ölçülərinin seçilməsindən başlayırlar. Diametr üzrə seçmə dəqiqliyi 0,005mm və uzunluq üzrə 0,1mm-dən artıq olmamalıdır. Fırlan- ma səthi seçildikdən sonra yastığın həlqəsi gövdəyə yerləş-dirilir, daxili həlqə isə vala yerləşdirilir. 1 texnoloji sağanağın köməyilə (şəkil 16.9) fırlanma səthini yastığın xarici həlqəsin- də yerləşdirir. Diyircəkləri xüsusi bərk yağın (solidol) köməyilə fiksə edirlər. Sonra texnoloji sağanağın əvəzinə val yerləşdirilir. İynəvari yastıqları oxboyu istiqamətdə məhdudlaş-dırıcı həlqələrlə fiksə edirlər.
Şəkil 16.9. İynəvari yastığın
yığılma sxemi
Şəkil 16.8. Dayaq yastıqlı
düyümün sxemi
Diyircəkli yastıqlı düyümləri yığdıqdan sonra onları asan (yüngül) fırlanma və əgər lazım olarsa radial vurmaya yoxlayırlar.
Dostları ilə paylaş: |