16.2. Yivli birləşmələrin yığılması
Yivli birləşmələr maşın və cihazların konstruksiya-larında ümumi birləşmələrin sayının 15-25%-ni təşkil edir. Yivli birləşmələr sadəliyi, etibarlığı və eləcə də sökülmə və detalları dəyiklik aparmadan təkrar dəyişmək imkanı ilə fərq-lənirlər. Yivli birləşmələrin (bolt, vint, sancaq) yığma əmək-tutumu ümumi yığma işlərinin əmək tutumunun 25-30%-ni təşkil edir. Yivli birləşmələri yığma prosesi aşağıdakı mərhələ-lərdən ibarətdir: yivli detalları 2-3 vidə birləşdirmək; onlara axıradək gərilmə verməli və açılmaması üçün bərkitməli.
Avtomatlaşdırılmış istehsalda yığma prosesinin ilk üç mərhələsi bir alətlə (qaykasıxanla, vintsıxanla, sancaq sıxanla) ardıcıl yerinə yetirilir, mexanikləşdirlmiş istehsalda birinci mərhələ 2...3 vidə birləşdirmək əl ilə yerinə yetirilir.
Yivli detalların 2-3vidə bərkidilməsi yığma prosesinin rasional rejimlərinin seçilməsindən asılıdır. Bu mərhələni yerinə yetirmək üçün yivli səthlərdə 450 bucaq altında haşiyə açırlar (şəkil 16.3) və aşağıdakı rejimlərdə prosesi yerinə yetirilər: =47...80rad/san (qayka üçün) və 30...60rad/san (sancaq və vintlər üçün ) bucaq sürətləri və P0=150...200N ox-boyu sıxma qüvvəsi ilə (V00,3m/san oxboyu sürətlə).
Şəkil 16.3 Yivli
birləşmənin parametrləri
Yivli birləşmənin keyfiyyəti sıxma qüvvəsi ilə səciy-yələnir. Birləşmədəki hərəkətli detala xarici qüvvə Px təsir edirsə, oxboyu sıxma qüvvəsi aşağıdakı düsturla hesablanır:
burada, Px- yivli birləşmədə xarici qüvvə (açılan birləşmədə); k-ehtiyat əmsalı (1,3-2 qəbul edilir); f-birləşmədə sürtünmə qüvvəsi; ib-birləşən detalların görüşmə səthlərinin sayıdır.
Yivli sancaqlar birləşmələrin yığılmasında qaykanın sıxılma momentini yoxlamaqla yanaşı sancağın gövdəyə bər-kidilməsi zamanı sıxma momentini də yoxlayırlar.
Detallar bir neçə qayka və boltların köməyilə birləşməsi zamanı onları sıxılma ardıcıllığına riayət etmək lazımdır. Müxtəlif hallar üçün sıxılma ardıcıllığı şəkil 16.4-də veril-mişdir. Öncə bütün qaykalar (boltlar) ümumi gərilmənin üçdə biri, sonra üçdə ikisi və sonra isə tam gətirilmə ilə bərkidirlər.
Şəkil 16.4. Qayka-ların sıxılma ardı-cıllığı
Yivli birləşmələrin öz-özünə açılmaması üçün sığorta-layıcı elementlərdən: elastiki şaybalardan, deformasiya olunan şaybalardan, nitreyapışqandan və ya şellakdan, kantlayıcı məf-tildən, kernələmədən, elastiki elementli qaykalardan və əks- qaykalardan istifadə edilir.
Dostları ilə paylaş: |