Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə128/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   124   125   126   127   128   129   130   131   ...   516
 

Şakir Musayev  

 

124



qrupu daha səciyyəvidir. Tanınma və ekshumasiyanın keçirilməsində 

mütəxəssisin funksiyası  və  iş metodları qarışıq xarakter daşıyır. 

Mütəxəssis işinin müxtəlif mərhələlərində yuxarıda göstərilən bütün 

prosessual hərəkətlərə aid olan elementlər birləşir. Məsələn, 

mütəxəssis, tanınmada iştirak edəcəyi nəzərdə tutulan şəxsin

müvafiq əlamətlərin axtarışı məqsədilə tanınma obyektinin baxışında 

ilkin dindirilməsinə  cəlb edilir, nümunələr götürülür və s. 

Ekshumasiya və tanınma keçirilməsinin müstəqil qrupda birləşməsi 

və seçilməsi vacibliyinin iki mühüm əsası var. Birincisi, bir qayda 

olaraq tanınma, meyitin torpaqdan və ya basdırıldığı yerdən 

çıxarılması gedişində ayrıca mərhələlərdən biridir. İkincisi, bütün 

digər prosessual hərəkətlərdən fərqli olaraq tanınmanın subyekti 

müstəntiq və mütəxəssis deyil - cinayət mühakimə icraatında 

müstəqil prosessual statusu olan «tanıyan» şahiddir. 

Mütəxəssisin vəzifələrini, funksiyalarını və iş metodlarını lazımi 

səviyyədə bilməsi istintaq hərəkətlərinin keçirilməsində  məhkəmə-

tibbi biliklərdən nizamlanmış və səmərəli istifadə etməsinə əsasdır. 

Şəxsiyyət  əleyhinə olan cinayət işlərinin istintaqında məhkəmə-

tibbi biliklərdən istifadə etmə  səmərəliliyini yüksəltmək yollarından 

biri də istintaq hərəkəti iştirakçılarının qarşılıqlı  əlaqəsini və 

mütəxəssis fəaliyyətinin dinamik nizamlanmasıdır. Prosessual 

hərəkətlərin növündən asılı olmayaraq, mütəxəssisin iştirakını ümumi 

standart qaydalar və göstərişlər və ya optimal ardıcıllıqla verilən 

vəzifələrin və tövsiyələrin sadalanması kimi təsəvvür etmək olar 

(Cədvəl  №2).  İstər, müstəntiq və mütəxəssisin qarşılıqlı  əlaqəsinin 

taktiki səmərəliliyi mövqelərindən, istərsə  də bu suala baxımın 

rahatlığı üçün bütün prosessual hərəkətləri üç mərhələyə bölmək 

məqsədəuyğundur:  

1. Hazırlıq və ya planlaşdırma mərhələsi.  

2. İstintaq hərəkətlərinin aparılması mərhələsi.  

3. Nəticələrin tərtibatı və qiymətləndirilməsi mərhələsi. 

İstintaq hərəkətlərinin və mütəxəssis fəaliyyətinin nəticə etibarilə 

nə  qədər səmərəli olacağı artıq planlaşdırma mərhələsində müəyyən 

edilir. Bir çox təxirəsalınmaz istintaq hərəkətlərində olduğu kimi

məhkəmə həkimi öz işini qabaqcadan hər bir detalları ilə planlaşdıra 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   124   125   126   127   128   129   130   131   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin