Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə16/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   12   13   14   15   16   17   18   19   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

9



kimi müalicə etmənin, xəstəni həyata qaytarmanın mənəvi 

xoşbəxtliyini yaşamırlar. Səhiyyə xidmətinin yaxşılaşdırılmasına və 

müalicə idarələrində  həkimlərin məsuliyyətinin artırılmasına 

yönəlmiş dolayısı xidmətimiz, cinayətlərin açılmasında, 

cinayətkarların layiqli cəzalandırılmasında hüquq-mühafizə 

orqanlarına əvəzsiz köməyimiz əhalinin diqqətindən kənarda qalır. 

Unutmaq olmaz ki, meyitlərin müayinəsi mürəkkəbliyinə,  

çoxşaxəliyinə  və çoxmərhələliyinə görə bütün növ məhkəmə 

ekspertizaları arasında birincidir. Bununla yanaşı,  əksər hallarda 

mərhumun yaxınları meyitin təşrihinə maneçilik törədir, 

fikirləşmirlər ki, bu insan həyatına qarşı törədilmiş cinayətin hüquqi 

baxımdan hərtərəfli araşdırılıb həqiqətin üzə  çıxması üçün vacibdir. 

Meyitin təşrihinə etiraz milli mentatiletimizlə izah edilsə də, bu daha 

çox hüquq, məhkəmə-tibb elminin və islamın xüsusiyyətlərini 

bilməməklə  əlaqədardır. Çünki qanuna görə zorakı ölüm və buna 

şübhəli hallarda hüquq-mühafizə orqanları ölümün səbəbini, 

müddətini və digər bir çox sualların həlli üçün meyitin məhkəmə-

tibbi ekspertizasının keçirilməsi barədə  qərar qəbul etməyə 

borcludurlar. Meyitlərin müayinəsi zamanı ekspert qarşısında 

qoyulmuş sualların həlli ilə bağlı meyitin xarici və daxili 

müayinəsinin aparılması üçün şərait yaradılmalıdır. Meyiti müayinə 

edən məhkəmə-tibb eksperti isə qanunvericiliyə müvafiq olaraq 

hərtərəfli və tam müayinə (azı 3 - kəllə, döş  və qarın boşluğu 

açılmaqla) aparmalıdır.  Bu da ilk növbədə  mərhumun xatirəsi 

naminə  həqiqətin üzə  çıxmasında onun qohumlarına lazımdır.  Əks 

halda, elmi əsaslı  məlumatlar və hüquqi cəhətdən  əsaslandırılmış 

düzgün qərarlar qəbul edilə bilməz. 

Meyitin müayinəsini apararkən məhkəmə-tibb eksperti bilməlidir 

ki, meyit ekspert üçün yalnız tədqiqat obyekti deyil. Müayinəsi 

aparılan insan bir qədər əvvəl sağ olub, onun vəfatı ilə böyük həyəcan 

keçirən ailə üzvləri, qohumları  və yaxınları var. Müayinə zamanı 

çalışmaq lazımdır ki, meyit mümkün qədər az zədələnsin. Mərhumun 

xarici görünüşünün son mənzilə yola salmaqdan əvvəl keçirilən 

vidalaşma mərasiminin tələb etdiyi qaydaya uyğun olsun. Mərhumun 

qohumları və yaxın adamları ilə aparılan söhbətdə ekspert rəhmli və 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin