Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə13/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   516
 

Şakir Musayev  

 

6



Ekspertin və mütəxəssisin  əsas vəzifəsi qeyd olunan hüquqi 

normativ aktların tələblərinə mütləq qaydada əməl etməkdir. 

Ekspertiza, cinayət prosesində  məhkəmə-tibbi biliklərdən istifadə 

edilən yeganə üsul deyil. “Dövlət məhkəmə ekspertizası  fəaliyyəti 

haqqında” Qanuna və  Səhiyyə Nazirliyinin müvafiq normativ 

aktlarına uyğun olaraq dövlət «Məhkəmə Tibbi Ekspertiza və Patoloji 

Anatomiya» Birliyinin mütəxəssisləri öz xidməti vəzifələri 

çərçivəsində müxtəlif obyektlərin, meyitlərin və canlı  şəxslərin 

müayinəsini keçirir. Cinayət Prosessual Məcəlləsində bu tədqiqatlar 

nəzərdə tutulmasa da, onlar cinayət törədilməsi faktının təyinində, 

cinayət işinin qaldırılması məsələsinin həllində, cinayətlərin və qanun 

pozğunluqlarının profilaktikasında mühüm əhəmiyyət kəsb edir. 

Cinayət-Prosessual Məcəlləsinə görə  məhkəmə  təbabəti üzrə 

mütəxəssislər ekspertiza və ekspert tədqiqatları aparmaqla yanaşı, 

istintaq hərəkətlərinin keçirilməsinə - istintaq baxışı  və 

eksperimentlərinə, ekshumasiyaya, dindirməyə, tanınmaya, 

müqayisəli tədqiqat üçün nümunələrin götürülməsinə  və digər 

hərəkətlərə geniş surətdə cəlb edilir. 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi «Məhkəmə-tibbi 

ekspertiza və patoloji anatomiya» Birliyinin məhkəmə-tibb 

ekspertləri  şəxsiyyət  əleyhinə yönəlmiş cinayət hadisələri zamanı 

meyitlərin tapıldığı yerlərdə, istintaq eksperimentlərində,  şübhəli və 

digər 

şəxslərin müayinələrində 



və bioloji nümunələrin 

götürülməsində mütəxəssis qismində iştirak edirlər. 

Ölkəmizdə yeganə ixtisaslaşdırılmış  və aparıcı dövlət məhkəmə 

tibbi ekspertiza idarəsi olan «Məhkəmə-tibbi ekspertiza və Patoloji 

anatomiya» Birliyi («MTE və PA» Birliyi) Səhiyyə Nazirliyinin 

tabeliyində, onun rəhbərliyi və  nəzarəti altında fəaliyyət göstərən 

qurumlardan biridir. «MTE və PA» Birliyi öz fəaliyyətini insanların 

hüquq və azadlıqlarının qorunması, qanunçuluğun təmin edilməsi, 

ekspertlərin tam müstəqilliyi, elm və texnikanın müasir 

imkanlarından istifadə etməklə icra olunan ekspertiza və 

müayinələrin obyektivliyinin, hərtərəfliliyinin və tamlığının təmin 

edilməsi istiqamətində qurur.  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin