Şakir Musayev
216
çoxfaktorlu informasiya sistemi kimi onun əsas xarakteristikalarını
aşkar etmək zərurəti yaranır. Oxşarlıq üzrə müqayisə o vaxt həqiqətə
yaxın nəticə verə bilər ki, o, mahiyyətli tərəflərin bilik və
qeydiyyatına və müqayisə edilən parametrlərinin qanunauyğun
əlaqələrinə əsaslanmış olsun. Məsələn; şəxsin müəyyən bir məsafəni
məhdud müddətdə qət edə bilməsinin yoxlanılması məqsədilə
keçirilən istintaq eksperimentində həmin şəxsin fiziki inkişafı,
sağlamlıq vəziyyəti, yaşı, cinsi, xüsusi fiziki hazırlığı və digər
dəyişkən faktorları yoxlanıldığı halda, onun görmə qabiliyyətinə, bəzi
digər orqanlarının vəziyyətinə o qədər də fikir verilmir. Bunlar əlavə
faktorlar olub, vəziyyətin inkişafında əhəmiyyət kəsb etmirlər. Bu
faktorlar kənar edilməli və yaxud onların təsiri minimal dərəcəyə
endirilməlidir.
İstintaq eksperimenti şəraitində vəziyyətin modelləşdirməsinin
mühüm aspekti, sadələşdirmənin yolverilən sərhədinin təyini
məsələsidir. Ekspert və istintaq təcrübə-sində rast gəlinən
vəziyyətlərin və mütəxəssis fəaliyyəti mövzusu olan məsələlərin
müxtəlifliyi, hər hansı bir istintaq eksperimentinin keçirilməsinə
uyğun şəraitin seçilməsi üçün eyni tipli qaydaların hazırlanmasına
imkan vermir. Mütəxəssisin iş materiallarını, əvvəllər aparılmış
ekspertiza nəticələrini bilməsi, istintaq variantının əsasını təşkil edən
və yoxlanılmalı hər bir faktın ilkin ətraflı öyrənilməsi, mütəxəssisin
peşəkarlıq qabiliyyəti və istintaq hərəkətlərində iştirak təcrübəsi,
bəzən də mütəxəssis və müstəntiq intuisiyası həlledici əhəmiyyət
kəsb edir.
Sadələşdirmə məntiqi ilkin məlumatları qaydaya salmaq məqsədi
daşımalıdır. Bu da öz növbəsində vəziyyətin daha mühüm
xarakteristikalarının qeydiyyatını təmin etməli, onların təsadüfi,
xüsusən də qəsdən diqqətsiz qalmalarına yol verməməlidir. İstintaq
eksperimentini məqsədə çatdıran belə modellərə, iş üçün əhəmiyyəti
olan məlumatların yoxlanılmasında və dəqiqləşdirilməsində vacib
vasitə kimi baxmaq olar. Bu cür modellər daha asan təsvir olunur,
düzəldilir və təhlil edilir.
Həddən artıq sadələşdirilmiş, vəziyyətin əsas, həlledici inkişaf
amillərini nəzərə almayan, ideallaşdırılmış vəziyyət tərtibindən
|