Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
215
Uyğun əlamətlər müqayisə meyarları rolunda çıxış edir.
Mütəxəssis istintaq eksperimentinə hazırlıq və onun keçirilməsi
gedişində hər şeydən əvvəl müstəntiqə müqayisə meyarlarının
adekvatlılığını, yəni iki müqayisə olunan vəziyyətin - modelləşdirilən
və real vəziyyətin mütləq uyğun olmasını təmin etməkdə kömək
göstərməlidir.
Müqayisə meyarları istintaq eksperimentinin planlaşdırılmasının
gedişində verilir. Bunlar eksperimentin icrasında bir növ
məhdudiyyət, mütləq şərt kimi çıxış edir və eksperimentdə alınmış
məlumatların düzgün sayıla biləcəyi hüdudu təyin edir. Bir qayda
olaraq müqayisə meyarları kimi istintaq tərəfindən əvvəllər sübut
edilmiş faktlar, yaxud ekspertiza yolu ilə təyin olunmuş, şübhə
doğurmayan və obyektiv məlumatlar çıxış edir. Müstəntiqdə və
ekspertdə etibarlı ilkin məlumatların olmadığı təqdirdə müqayisə
meyarları sərbəst surətdə şahid və iştirakçıların ifadələri, daha
ehtimallı istintaq variantları və ekspert fərziyyələri əsasında müəyyən
edilir. Məsələn; istintaq eksperimenti şəraitində şahid və
təqsirləndirilən şəxsin təsvir etdikləri hadisəni həqiqətən görüb
görmədiklərini yoxladıqda, ilkin məlumatlar kimi (və ya müqayisə
meyarı kimi) işdə olan materiallardan asılı olaraq müşahidə olunan
obyektin özünün xüsusiyyətləri, onun işıqlandırılma dərəcəsi və
xarakteri, ifadəsi yoxlanılan şəxsin görmə qabiliyyəti, obyektlə ətraf
mühit əşyalarının qarşılıqlı vəziyyəti və digər hallar nəzərə alınır.
Ən yaxşı (yüksək) (minimal) halda canlandırılan vəziyyət modeli
istintaq olunan cinayət barədəki istintaq, əməliyyat və ekspert
məlumatlarının hamısını ya da çox hissəsini əhatə etməlidir. İmkan
daxilində öyrənilən hadisənin surətinə uyğun olmalıdır. Lakin praktik
olaraq buna nail olmaq mümkün deyil və çox vaxt da buna lüzum
olmur. Eksperimentin gedişində vəziyyəti bütün mürəkkəbliyi, onun
çoxlu sayda tərkib elementləri və xarakteristikaları ilə yenidən
qurmağa çalışma cəhdi, əsassız və hətta səhv nəticələr alınması
ehtimalını artırır. Vəziyyət təhlilinə nə qədər çox dəyişkən amillər
daxil edilirsə, istintaq eksperimenti nəticələri də bir o qədər az
etibarlı olacaqdır. İstintaq eksperimentini planlaşdırarkən təhlil edilən
vəziyyətin inkişafında daha çox ümumilik, qanunauyğunluq,
|