Cinayət mühakimə icraatının
məhkəmə-tibbi təminatı
217
çəkinmək lazımdır. Əks halda model kobud, həqiqi şəkildən uzaq,
onun təcrübi öyrənilməsi əsasında alınmış nəticələr isə düzgün
olmayacaqdır.
İstintaq eksperimenti gedişində hər bir şəraitə, hətta mahiyyətli
olanlara belə bilavasitə nəzarət etmək mümkün olmur. Məsələn,
insanın hər hansı bir hərəkəti yerinə yetirmək qabiliyyətini
yoxladıqda, onun vəziyyətinə alkoqol sərxoşluğunun necə təsir
etdiyini qəti, obyektiv təyin etmək mümkün deyildir. Bu hallarda
statistik faktiki xarakter daşıyan, təbabətə məlum olan və ekspert
təcrübəsi ilə təsdiqlənən qanunauyğunluqlara əsaslanmaq lazım gəlir.
Belə təsadüfi faktorların təsirindən insanın fiziki vəziyyətinin və
davranışının necə və hansı dərəcədə dəyişəcəyini bir mənalı demək
mümkün deyildir.
Eksperimental qaydada yoxlamaya və dəqiqləşdirilməyə aid olan
fakt və hadisələr məqsədyönlü funksiyalar kimi müəyyən edilə bilər.
Onlar bütünlüklə təhlil olunan vəziyyətə və ya istintaq olunan
cinayətə əlavə kəmiyyət və keyfiyyət xarakteristikası verirlər.
Hansı məlumatların yoxlanmasının vacibliyindən və hansıların isə
istintaq hərəkəti keçirilməsinin mütləq şərti kimi xidmət etməsindən
asılı olaraq, müqayisə meyarları və məqsədyönlü funksiyalar yerlərini
dəyişə bilər. Buna müvafiq olaraq təcrübələrin taktikası və qoyulma
üsulları da dəyişir. Məsələn, zərərçəkənin deşici-kəsici xəsarət alması
hadisəsinin yenidən qurulmasına dair istintaq eksperimenti
keçirilərkən, adətən hücum edənlə zərərçəkənin boy hündürlüklərinin
qarşılıqlı münasibəti barədə göstəricilər travmanın törənmə
mexanizmi və «özünün bıçağa batması» suallarının həllində ilkin
məlumatları təşkil edir. İstintaqla, cinayətkar təyin olunmadıqda və
eyni vaxtda zərərçəkənin yara aldığı şərait barədə ifadəsinin
gerçəkliyinə şübhə yarandıqda eksperimentdə statistlərin iştirakı ilə,
cinayətkarın boyunu təxmini proqnozlaşdırmaq mümkündür (cinayət
iştirakçılarının qarşılıqlı yerləşməsi, zədə alətinin hücum edən şəxsin
əlində vəziyyəti və yara kanalının istiqaməti haqda zərərçəkənin
ifadələrinin uzlaşdırılması əsasında). Cinayətkarın boyunun
hündürlüyünün müəyyənləşdirilməsi istintaq eksperimentinin
məqsədyönlü funksiyasının mənasını kəsb edəcəkdir.
|