Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə331/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   327   328   329   330   331   332   333   334   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

331



Əgər ekshumasiyada mərhumun qohumları  və  dəfn iştirakçıları 

iştirak edirsə, meyit çıxarıldıqdan sonra onların qəbiri, tabutu, meyiti 

və  mərhumun paltarlarının tanınması vacibdir. Bu tanınma da 

protokolda göstərilir.  

Ekshumasiya yerində  dərhal müqayisəli tədqiqat üçün torpaq, 

meyit paltarları, entomofauna nümunələri götürülür. Torpaq 

nümunəsi 500q miqdarında altı yerdən - meyitin və ya tabutun 

altından, üstündən, yanlarından, baş  və ayaq hissələrdən götürülür. 

Müstəntiq torpaq və tabut nümunələrində  zəhərli maddələrin aşkar 

olunması üçün onları  məhkəmə kimya laboratoriyasına göndərir. 

Torpaq nümunəsi həmçinin fiziki-kimyəvi xüsusiyyətlərini öyrənmək 

üçün torpaqşünaslıq laboratoriyasına göndərilir.  

Torpağın müayinəsinin nəticəsi qiymətləndirildikdə onlar 

dezinfeksiya və balzamlaşma zamanı kimyəvi və bioloji maddələrin 

düşməsi də nəzərə alınmalıdır. 

Meyit entomofaunası nümunələri basdırılma vaxtı  və ya ilin 

fəsillərini öyrənmək üçün və meyitin bir qəbirdən digərinə 

keçirilməsi versiyasını yoxlamaq üçün tətbiq olunur. Ekshumasiya 

barəsində protokol, müstəntiq, hal şahidləri, mütəxəssis və istintaq 

hərəkəti iştirakçıları  tərəfindən imzalanır. Lazım olduqda qəbirin 

yanında gözətçi qoyulur.  

Səhiyyə Nazirliyinin mövcud qanunlarına müvafiq olaraq 

ekshumasiya olunmuş meyitlərin məhkəmə-tibbi ekspertizası 

mürəkkəb ekspertiza hesab olunduğundan komisyon qaydada aparılır. 

Meyitin ekshumasiyası zamanı komissiya üzvü olan ekspertlərdən 

birinin ekshumasiyada iştirak etməsi məqsədəuyğundur. Məhkəmə 

tibbi ekspertizanın təyin olunması barədə  qərardan başqa ekspert 

idarəsinə cinayət işi və  zəruri olduqda (komissiyanın tələbinə 

müvafiq) digər materiallar, tibbi sənədlər göndərilir. Ekshumasiyadan 

sonra meyit meyitxanaya və ya xüsusi hazırlanmış digər tibbi 

müəssisələrə çatdırılır. Nadir hallarda hüquq mühafizə orqanları  və 

məhkəmə tibb ekspertinin razılığı ilə ekshumasiya olunmuş meyit 

yaxşı quru havada kifayət qədər işıqlanma olduqda və iş üçün bütün 

şərait yaradıldıqda açıq havada da müayinə oluna bilər.  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin