Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə46/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   42   43   44   45   46   47   48   49   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

41



az ağır cinayətin törədilməsində ittiham üzrə - 9 aydan çox 

olmayan müddətdə (CPM, maddə 218.10.2.); 

ağır cinayətin törədilməsində ittiham üzrə - 12 aydan çox olmayan 

müddətdə (CPM, maddə 218.10.3.); 

xüsusilə ağır cinayətin törədilməsində ittiham üzrə - 18 aydan çox 

olmayan müddətdə (CPM, maddə 218.10.4.). 

Təhqiqatın və ibtidai istintaqın qanunvericiliklə  tənzimlənən 

prosessual müddətləri məhkəmə ekspertizasının aparılmasını da 

müvafiq vaxt çərçivəsinə salır. Təyin olunmuş ekspertizanın qeyd 

olunan müddətdə başa çatdırılmasının mümkün olmadığı halda yazılı 

olaraq ekspertizanı  təyin etmiş orqan və ya şəxs bu barədə 

məlumatlandırılır. Onlarla razılaşdırıldıqdan sonra ekspert idarəsinin 

rəhbərinin və ya ekspertin müayinə müddətini artırmaq hüququ 

vardır. Əlavə materialların təqdim olunması ilə bağlı əsaslandırılmış 

ekspert sorğusunun və digər prosessual hərəkətlərin aparılmasının 

vacibliyi barədə əsaslandırılmış vəsatət verildikdə müvafiq orqan və 

şəxslər tərəfindən bu vəsatət təmin edilməzsə ekspertiza dayandırıla 

bilər və bu barədə rəydə qeydlər edilir. 

Qanunvericilik ekspert idarəsini dövlət məhkəmə-ekspert idarəsi 

kimi və ya cinayət-prosessual qanunla müəyyən edilmiş qaydada 

məhkəmə ekspertizasının aparılması həvalə edilmiş digər idarə kimi 

müəyyən edir. 

Dövlət məhkəmə ekspert idarəsinin məhkəmə ekspertizalarının 

təşkili və aparılması  fəaliyyəti «Dövlət məhkəmə ekspertizası 

fəaliyyəti haqqında» Qanunla, Azərbaycan Respublikasının 

prosessual qanunvericiliyi ilə  tənzimlənir və müvafiq icra 

hakimiyyəti orqanlarının müvafiq hüquqi normativ aktları ilə həyata 

keçirilir. 

D.M.E.F.H.Q.-nun 23-cü maddəsinə uyğun olaraq dövlət 

məhkəmə-ekspert idarəsi icra hakimiyyəti orqanlarının 

ixtisaslaşdırılmış müəssisəsidir, məhkəmə ekspertizasının təşkili və 

keçirilməsi vasitəsilə 

məhkəmələrin, hakimlərin, təhqiqat 

orqanlarının, təhqiqat aparan şəxsin, müstəntiqin və prokurorların 

səlahiyyətlərinin yerinə yetirilməsini təmin etmək üçün yaradılmışdır. 

Azərbaycan Respublikasının məhkəmə-tibbi xidmət sistemində





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin