Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə217/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   213   214   215   216   217   218   219   220   ...   516
 

Şakir Musayev  

 

214



(yunanca analogiya -- oxşarlıq, uyğunluq, mütənasiblik deməkdir) 

kimi metodunun tətbiq edilməsidir.  İstintaq eksperimenti xüsusi 

məhkəmə-tibbi biliklərin tətbiq edildiyi elə bir sahəsidir ki, analogiya 

dərketmənin aktual və  bəzən də aparıcı metodu olur (mülahizələrin 

arqumentləşdirmə üsulu kimi yox). Müstəntiq və mütəxəssis, hər biri 

öz səlahiyyəti çərçivəsində,  əvvəlcə modelləşdirilən hadisənin 

(hadisə yeri mühitinin, cinayət alətinin, onun tətbiq olunma üsulunun 

və s.) və həqiqətən baş vermiş hadisənin analogiyasının yaradılması 

mümkünlüyünə prinsipial imkan yaratmalıdır. 

Analogiya  --  münasibətlərin bərabərliyi, oxşarlığı, müqayisə 

yolu ilə  dərkedilməsidir. Analogiya dedikdə müqayisə edilən 

vəziyyətlər (faktlar, şəraitlər, hərəkətlər, predmetlər) arasında elə 

obyektiv mövcud münasibət başa düşülür ki, onlar bir vəziyyəti 

öyrənərkən  əldə edilmiş  məlumatın xəyalən digər vəziyyətə aid 

edilməsinə imkan verir (məsələn, hadisə yeri mühitinin eksperimental 

modelindən hadisənin həqiqətən baş verdiyi yerə və baş verilməsinə). 

Analogiya həmişə  rəyin ehtimalla tərtibinə  əsas verir. Müqayisə 

edilən vəziyyətlərin (predmetlərin, əlamətlərin) oxşarlığı və ya fərqini 

deyil, bu vəziyyəti təşkil edən halların ayrı-ayrı  əlamət və ya 

xarakteristikasının uyğunluğunu və ya fərqini göstərir. 

Məntiqi olaraq məlumdur ki, yalnız oxşar, heç olmazsa bir və ya 

bir neçə eyni xüsusiyyəti olan təzahür və  vəziyyətləri müqayisə 

etməyin mənası vardır. Analogiya üzrə bu cur müqayisənin mütləq 

şərti obyektlərin (vəziyyətlərin) müəyyən  əlamətlər toplusuna görə 

oxşar olmalarıdır. Məsələn; xəsarət yetirilən anda zərərçəkənlə 

hücum edənin qarşılıqlı duruş  vəziyyətlərini təyin etmək lazım 

gəldikdə (çox vaxt istintaq eksperimentinin keçirilməsinə başlıca 

səbəbdir), eksperimentdə alınmış məlumatlar real kriminal vəziyyətə 

o halda aid edilə bilər ki, əgər yenidən qurulmuş  və  əsil həqiqi 

vəziyyətlər öz aralarında digər mahiyyətli  əlamətlər yığımı - ətraf 

mühitin xüsusiyyətləri, cinayət və eksperiment iştirakçılarının 

antropometrik göstəriciləri, real və güman edilən xəsarətlərin 

qarşılıqlı yerləşməsi və  əlamətləri, istifadə olunan silahların və 

onların analoqlarının xarakteristikası üzrə oxşar olsunlar. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   213   214   215   216   217   218   219   220   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin