Şakir Musayev


Maddə 332. Ekspertin dindirilməsi



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə461/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   457   458   459   460   461   462   463   464   ...   516
 

Maddə 332. Ekspertin dindirilməsi 

332.1. Məhkəmə iclasına çağırılmış ekspert aşağıdakı 

ardıcıllıqla dindirilir: 

332.1.1. vəsatəti əsasında ekspertizanın aparıldığı şəxs; 

332.1.2. həmin tərəfə aid olan digər şəxslər

332.1.3. əks tərəfə aid olan şəxslər; 

332.1.4. məhkəmə. 

332.2. Ekspertiza cinayət prosesinin tərəflərin vəsatəti  əsasında 

və ya məhkəmənin təşəbbüsü ilə aparıldıqda, eksperti növbə ilə 

ittiham tərəfi, müdafiə tərəfi və məhkəmə dindirir. 



 

Maddə 333. Maddi sübutlara baxış keçirilməsi 

333.1. Məhkəmədə olan maddi sübutlara, məhkəmə iclasında 




 

Şakir Musayev  

 

422



cinayət prosesi tərəflərinin təqdim etdiyi və məhkəmənin maddi sübut 

kimi qəbul etdiyi əşyalara növbə ilə ittiham, müdafiə  tərəfləri və 

məhkəmə tərəfindən baxış keçirilir. Maddi sübut kimi qəbul edilmiş 

əşyanı cinayət prosesinin tərəflərindən biri təqdim etdikdə, həmin 

tərəf onu birinci baxışdan keçirir. Baxış keçirilən zaman maddi 

sübutlar məhkəmə iclasında sədrlik edən tərəfindən  şahidə, ekspertə 

və mütəxəssisə təqdim edilə bilər. Elan edilmiş ittihamın məhkəmədə 

hərtərəfli, tam və obyektiv tədqiq edilməsi üçün həmin  şəxslər 

məhkəmənin diqqətini maddi sübuta baxış keçirilərkən aşkar edilmiş, 

əhəmiyyətli olan bütün hallara yönəltməlidir. 

333.2. Məhkəmə iclasına təqdim edilə bilməyən maddi sübutlara 

baxış keçirilməsi bu Məcəllənin 333.1-ci maddəsində  nəzərdə 

tutulmuş qaydalara riayət edilməklə aparılır. 

 


Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   457   458   459   460   461   462   463   464   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin