Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə51/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   47   48   49   50   51   52   53   54   ...   516
 

Şakir Musayev  

 

46



səlahiyyəti çərçivəsində müstəqil və asılı olmadan tədqiqatlar 

aparmasından ibarətdir. Kompleks ekspertizanın xarakterik 

xüsusiyyətləri, onun icrasına müxtəlif ixtisaslı mütəxəssislərin cəlb 

olunması ilə yanaşı, həm də komissiya qarşısında qoyulmuş sualların 

həllinin heç olmazsa, bir hissəsinin komissiyanın ayrı-ayrı üzvlərinin 

səlahiyyətindən kənara çıxmasından və (ya) müxtəlif ixtisaslı 

mütəxəssislərin tədqiqatlarının nəticələrindən birgə istifadə 

olunmasından ibarətdir. 

Ekspertin «ixtisası» anlayışı CPM-də  və D.M.E.F.H.Q.-da 

verilmiş terminlər arasında yoxdur. Bu hal müxtəlif fikir ayrılığına, o 

cümlədən ekspert komissiyasının tərkibini müəyyən edəndə 

prosessual çətinliyə  səbəb olur. Dolayısı ilə, «ixtisas» anlayışının 

məzmunu haqda CPM-nin və D.M.E.F.H.Q.-nun bəzi maddələrinə 

görə mülahizə yürütmək olar. 

Cinayət-prosessual qanunun normaları «mütəxəssisi» və 

«eksperti» «xüsusi biliyə malik şəxs» kimi müəyyən edir. Həmin 

normalar mühakimə icraatının bu iştirakçılarının prosessual 

statusunun fərqini isə  iş üzrə ekspert təyin olunması (və ya 

mütəxəssis qismində  cəlb olunmasına) məsələlərinə  və onların 

funksiyalarının ayrılmasına yönəldir. CPM-nə görə «xüsusi biliyə 

malik»  şəxs kimi mütəxəssis və ekspert arasında fərq, yalnız hansı 

prosessual məsələlərin həll edilməsinə birinin ya da digərinin təyin 

olunmasındadır. 

CPM «xüsusi biliklər» haqqında ümumi formada olsa belə

«ixtisas» anlayışına ümumiyyətlə aydınlıq gətirmir. Mütəxəssis elə 

xüsusi biliklərə malikdir ki, həmin biliklər ona müəyyən  şəraitdə 

müstəntiqin və ya məhkəmənin qərarına əsasən ekspertiza aparmağa 

imkan verir. Dövlət məhkəmə-ekspert idarəsinin ştatlı ekspertləri də 

CPM-nin 96-cı maddəsində göstərilmiş mütəxəssisin funksiyalarını 

yerinə yetirə bilər. 

CPM-də və D.M.E.F.H.Q.-da aydınlıq verilmədiyi üçün lüğətdəki 

məlumatlara görə mütəxəssislərin eyni ixtisaslı olmasını elmin eyni 

bir sahəsindən olmasına aid etmək olar. Bununla yanaşı, rəsmi 

sənədlərdə, xüsusən, Səhiyyə Nazirliyinin əmrlərində «ixtisas» 

haqqında digər məlumatlar nəzərdə tutulub. Səhiyyə müəssisələrində 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin