Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə71/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   67   68   69   70   71   72   73   74   ...   516
 

Şakir Musayev  

 

66



etmir. Eyni zamanda belə qayda ekspert idarəsinin rəhbərinə 

ekspertizanın icrasını idarənin müxtəlif struktur şöbələrinin bir neçə 

ekspertinə  həvalə etmək imkanı verir. Birliyin laborator üsullarla 

fəaliyyət göstərən  şöbə  və bölmələrinin ekspertləri ekspertizanın 

icrası  və  nəticələrinin tərtib olunması zamanı CPM-nin tələblərini 

rəhbər tutmağa borcludur. Xüsusən, yerinə yetirilmiş  tədqiqatların 

gedişi və  nəticələrini, onların fəaliyyət predmeti olmuş suallar üzrə 

nəticələrə  gəlməklə  rəy tərtib etməlidirlər. Laborator tədqiqatların 

nəticələrinə görə  tərtib olunmuş ekspert rəyi, prosessual hüquqları, 

vəzifələri və  məsuliyyət daşıması barədə iltizamla birlikdə meyitin 

ekspertizasını ekspertin rəyinə qoşma kimi baxılmalıdır. 

Əgər ekspertizanın icrasında CPM-nin tələbləri pozulubsa

ekspert rəyi hüququ qüvvəsini itirmiş hesab olunur. Bu zaman rəy 

sübut növü kimi qəbul edilmir, ibtidai araşdırma mərhələsində 

ittihamedici rəyə  əlavə edilmir və  iş üzrə bütün halların sübut 

olunmasında istifadə oluna bilməz.  Əgər rəy qanunun tələblərinin 

pozulması ilə  tərtib olunubsa, məhkəmə iclasında məhkəmə ekspert 

rəyinin sübut növlərindən çıxarılması  qərarını  qəbul etmək 

hüququndadır. Belə halda ekspert rəyi öz hüququ qüvvəsini itirir, 

məhkəmə araşdırması zamanı  tədqiq və istifadə oluna bilməz

hökmün və ya digər məhkəmə qərarlarının əsasını təşkil edə bilməz. 

Ekspert tərəfindən verilmiş rəy ekspertizanı təyin etmiş orqana və 

ya şəxsə göndərilir. Ekspertizası aparılmış şəxsin və ya onun qanuni 

nümayəndəsinin ekspert rəyi ilə tanış olması  və  rəyin  şübhəli, 

təqsirləndirilən  şəxslərə  və onun müdafiəçisinə  təqdim olunması 

CPM-nin müvafiq maddələrində  nəzərdə tutulmuşdur. Bunun təmin 

edilməsinə razılıq təhqiqatçı, müstəntiq və hakim tərəfindən verilir.  




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin