Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə219/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   215   216   217   218   219   220   221   222   ...   516
 

Şakir Musayev  

 

216



çoxfaktorlu informasiya sistemi kimi onun əsas xarakteristikalarını 

aşkar etmək zərurəti yaranır. Oxşarlıq üzrə müqayisə o vaxt həqiqətə 

yaxın nəticə verə bilər ki, o, mahiyyətli tərəflərin bilik və 

qeydiyyatına və müqayisə edilən parametrlərinin qanunauyğun 

əlaqələrinə əsaslanmış olsun. Məsələn; şəxsin müəyyən bir məsafəni 

məhdud müddətdə  qət edə bilməsinin yoxlanılması  məqsədilə 

keçirilən istintaq eksperimentində  həmin  şəxsin fiziki inkişafı, 

sağlamlıq vəziyyəti, yaşı, cinsi, xüsusi fiziki hazırlığı  və digər 

dəyişkən faktorları yoxlanıldığı halda, onun görmə qabiliyyətinə, bəzi 

digər orqanlarının vəziyyətinə o qədər də fikir verilmir. Bunlar əlavə 

faktorlar olub, vəziyyətin inkişafında  əhəmiyyət kəsb etmirlər. Bu 

faktorlar kənar edilməli və yaxud onların təsiri minimal dərəcəyə 

endirilməlidir. 

İstintaq eksperimenti şəraitində  vəziyyətin modelləşdirməsinin 

mühüm aspekti, sadələşdirmənin yolverilən sərhədinin təyini 

məsələsidir. Ekspert və istintaq təcrübə-sində rast gəlinən 

vəziyyətlərin və mütəxəssis fəaliyyəti mövzusu olan məsələlərin 

müxtəlifliyi, hər hansı bir istintaq eksperimentinin keçirilməsinə 

uyğun  şəraitin seçilməsi üçün eyni tipli qaydaların hazırlanmasına 

imkan vermir. Mütəxəssisin iş materiallarını,  əvvəllər aparılmış 

ekspertiza nəticələrini bilməsi, istintaq variantının əsasını təşkil edən 

və yoxlanılmalı  hər bir faktın ilkin ətraflı öyrənilməsi, mütəxəssisin 

peşəkarlıq qabiliyyəti və istintaq hərəkətlərində  iştirak təcrübəsi, 

bəzən də mütəxəssis və müstəntiq intuisiyası  həlledici  əhəmiyyət 

kəsb edir.  

Sadələşdirmə məntiqi ilkin məlumatları qaydaya salmaq məqsədi 

daşımalıdır. Bu da öz növbəsində  vəziyyətin daha mühüm 

xarakteristikalarının qeydiyyatını  təmin etməli, onların təsadüfi, 

xüsusən də  qəsdən diqqətsiz qalmalarına yol verməməlidir.  İstintaq 

eksperimentini məqsədə çatdıran belə modellərə, iş üçün əhəmiyyəti 

olan məlumatların yoxlanılmasında və  dəqiqləşdirilməsində vacib 

vasitə kimi baxmaq olar. Bu cür modellər daha asan təsvir olunur, 

düzəldilir və təhlil edilir. 

Həddən artıq sadələşdirilmiş, vəziyyətin  əsas, həlledici inkişaf 

amillərini nəzərə almayan, ideallaşdırılmış  vəziyyət tərtibindən 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   215   216   217   218   219   220   221   222   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin