Şakir Musayev
218
Müstəntiqin və mütəxəssisin vəzifəsi yoxlanılması tələb olunan
və düzgün müəyyən edilmiş faktiki məlumatları süni surətdə
qurmadan, sıxışdırmadan, istintaq eksperimental modelləşdirmə yolu
ilə müqayisə meyarlarının və məqsədyönlü funksiyaların, ilkin və
tələb olunan parametrlərin uyğunlaşdırılmasını, modelə daxil edilən
məhdudiyyətin və dəqiqləşdirilməsi tələb edilən xarakteristikalarının
uzlaşdırılmasını əldə etməkdən ibarətdir. Bunun üçün modelləşdirilən
vəziyyətin korreksiyası aparılır. Zərurət yarandıqda onun strukturuna
əlavə əlaqələr daxil edilir. Əksinə bəzi dəyişkənliklər təcrid edilir,
təcrübələr təkrarlanır, nəzərə alınan amillər və əlaqələr artırılır və ya
azaldılır. Bununla da təhlil edilən məlumatın böyük həcmdə
seçilməsinə doğru istiqamət götürülür və istintaq tərəfindən qarşıya
qoyulmuş vəzifələrin həlli nöqteyi-nəzərincə həmin məlumatın daha
mahiyyətli tərəfləri seçilir. Bu vaxt təcrübi hərəkətlərin keçirilmə
taktikası dəyişilə bilər və vəziyyətin əsas, mahiyyətli dəyişkənliyini
nəzərə alan sadə, modelindən daha çətin modelə və ya əksinə
keçməsinə yol verilir.
Əlamətlərin oxşarlığına, əlaqəsinə və münasibətlərinə əsaslanmış
elmi eksperimental modelləşdirmə müqayisə edilən obyektlərin
(vəziyyətlərin) xüsusi xarakteristikalarının tutuşdurulması ilə
kifayətlənmir. Əlamətlərin keyfiyyət və kəmiyyət münasibətlərinin
müəyyən edilməsi, onlar arasında əlaqələrin istiqamət və davamlılıq
vacibliyini nəzərdə tutur. Bu münasibətlər, eksperiment nəticələrinin
sübutedici mənası haqda müntəzəm xarakter daşımalı, əlamətlər isə
obyektlərin xarakteristikası üçün mahiyyətli olmalıdır.
İstintaq eksperimentinin keçirilməsində mütəxəssis iştirakının
ümumi məqsədi, xüsusən də müstəntiqə kömək etməsi metodoloji
baxımdan aşağıda göstərilən vəzifələrlə konkretləşdirilə bilər:
- istintaq eksperimenti keçirilməsi şərtlərinə düzgün riayət
edilməsinə nəzarətdə iştirak etmək, dəqiqləşdirmə və yoxlama tələb
edən hadisələrin müqayisəli meyarların uyğunluğunu təmin etmək
təmin etmək;
- öyrənilən hadisə və ya faktın əhəmiyyətli tərəflərini əks etdirən
yoxlanılan çoxsaylı xarakterstika və parametrlər arasında seçimdə
iştirak etmək;
|