Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə224/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   220   221   222   223   224   225   226   227   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

221



hadisənin baş verdiyi mühitə və şəraitə uyğunluğunu və s. yoxlamaq 

mümkündür.  İstintaq eksperimenti gedişində  məhkəmə-tibb 

ekspertinin fəaliyyət predmeti bəzən ölümün səbəbi, tanatogenezi, 

xəsarətlərin həyatiliyi və müddəti məsələləri də ola bilər. Bu sualların 

xüsusi müayinə metodları ilə düzgün və etibarlı təyin edilə bilmədiyi 

hallarda olur. 

İstintaq eksperimenti şəraitində canlı orqanizmdəki fizioloji və ya 

patolojı proseslərə fəal surətdə müdaxilə etmək, yəni onları yenidən 

canlandırmaq mümkün deyil. Bu baxımdan həmin proseslərin 

qiymətləndirilməsi ilə  əlaqədar olan hər bir məlumat istintaq 

yoxlanılmasına cəlb edilə bilmir. İstintaq eksperimentinin digər 

prosessual hərəkətlərlə (ekspertiza, baxış və s.) əvəz edilməsi alınmış 

nəticələri sübuti əhəmiyyətindən məhrum edir.  

Mütəxəssisin istintaq eksperimenti (ifadələrin yoxlanılmasının) 

keçirilməsinə hazırlığı bir sıra mühüm metodiki aspektləri özündə 

birləşdirir, onlara etinasızlıq göstərdikdə mütəxəssisin həmin 

eksperimentdə  iştirakını heçə endirə bilər. Mütəxəssisin zəruri 

hərəkətləri içərisindən aşağıdakıları ayırmaq vacibdir:  

•   iş materiallarının ilkin öyrənilməsi; 

•   iş üzrə  əvvəllər keçirilmiş xüsusi tədqiqat və ekspertizaların 

təkrari kompleks təhlili; 

•    vacib  halda  mütəxəssisin digər istintaq hərəkətlərində  iştirakı 

(dindirilmə, üzləşdirmə, baxış, tanınma); 

•    yer,  vaxt,  digər  şəraitlər və istintaq eksperimenti iştirakçılarının 

tərkibi haqda müstəntiqin məsləhəti; 

•   təcrübələrin keçirilməsi və  nəticələrin təsbit edilməsində istifadə 

ediləcək zəruri xüsusi avadınlıqların və yardımçı texniki vasitələrin 

müəyyən edilməsi. Onların hazırlığının yoxlanılması  və silah 

maketlərinin, digər obyektlərin manekenlərinin hazırlanmasına 

kömək etməsi;  

•   istintaq  eksperimentinin  keçirilməsi qaydalarının müstəntiqlə 

razılaşdırılması - məzmunu, ardıcıllığı, təcrübələrin optimal sayı, 

nəticələrin təsbit etmə üsulları; 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   220   221   222   223   224   225   226   227   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin