Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə225/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   221   222   223   224   225   226   227   228   ...   516
 

Şakir Musayev  

 

222



•    istintaq  eksperimenti  gedişində  əvvəllər alınmış sübutların, o 

cümlədən ekspert materiallarının istifadə olunma imkanları  və 

qaydalarının müstəntiqlə razılaşdırılması;  

•    eksperimentin tibbi təhlükəsizlik hüdudunun müəyyən edilməsi; 

İş materialları,  əvvəllər keçirilmiş müayinə  və ekspertizaların 

nəticələri ilə birlikdə, istintaq eksperimentinin təşkili və keçirilməsi 

üçün  əsas ilkin məlumatlar mənbəyidir. Ekspertin sonrakı 

fəaliyyətinə aid məlumat tərkibli bütün sənədli məlumatlar -- əvvəllər 

keçirilmiş baxış, dindirmə, üzləşdirmə protokolları, bütün 

illüstrasiyalar (hadisə yerinə baxış  və  məhkəmə-tibb ekspertizanın 

keçirilməsində  tərtib edilmiş foto, kino və video materiallar), işdə 

olan hadisə yerinin plan və sxemi, istifadə olunan alətlərin cizgi və 

şəkilləri, işə  cəlb edilmiş tibbi sənədlər və s. ətraflı  və diqqətlə 

öyrənilməlidir. 

Cinayət  şəraiti, ilk növbədə  iş materiallarında, iştirakçıların 

ifadələrində  və digər istintaq hərəkəti protokollarında təsbit edildiyi 

formada öyrənilməlidir. Ekspert məlumatları  nəzərə alaraq 

unutmamalıdır ki, qavramanın həcmi və dəqiqliyi, müxtəlif adamların 

ifadələrində hadisələrin göstərilmə eyniliyi əhəmiyyətli dərəcədə 

fərqlənir və bir çox amillərlə müəyyən edilir. Bunlara təbiət 

təzahürləri (günün vaxtı, iqlim, günəş  işığı  və s.), təhqiqatı aparılan 

hadisənin baş verdiyi yerin və tikilinin xüsusiyyətləri, təbii və süni 

optik və akustik təzahürlər (parlaqlıq və rəng ziddiyyətləri, kölgələr, 

səs-küy və əks-sədalar), insanın hissiyyat üzvlərinin vəziyyəti, onun 

hadisələri dərk etmə anında psixi-emosional və fiziki vəziyyəti 

(həyəcan, qorxu, stress, yorğunluq və s.), toksiki maddələrin təsiri 

(məsələn; alkoqol və narkotik sərxoşluğu), hadisənin baş verdiyi 

andan ifadələrin verildiyi anadək keçmiş müddət və s. aiddir. Bundan 

başqa sözsüz ki, şəxsin ifadəsinə məişət, peşə, bilik və səriştələrinin, 

idrakın, hadisəyə onun subyektiv münasibətini müəyyən edən  şəxsi 

inamının, maraq və  tələbatının böyük təsiri vardır. Bu amillərin və 

onların ifadələrin düzgünlüyünə təsirini qiymətləndirmək müstəntiqin 

səlahiyyətinə aiddir. Ekspert isə bunları istintaq hərəkətlərini 

planlaşdırdıqda və eksperiment şərtlərini tənzimlədikdə nəzərə alır.  





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   221   222   223   224   225   226   227   228   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin