Şakir Musayev



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə223/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   219   220   221   222   223   224   225   226   ...   516
 

Şakir Musayev  

 

220



9.5. İstintaq eksperimentində və ifadələrin 

yoxlanılmasında iştiraka hazırlıq. 

 

Müstəntiq istintaq eksperimentinin keçirilməsi barədə qərar qəbul 



etdikdən sonra mütəxəssisə  məlumat verir. Mütəxəssis işin təfsilatı 

ilə tanış olmalı, istintaq hərəkətinin və orada iştirak məqsədini, onun 

xüsusi biliklərindən istifadə etməklə dəqiqləşdirilməsi və yoxlanması 

tələb olunan məsələləri dəqiq aydınlaşdırmalıdır. Müvafiq hüququ 

əsaslar olduqda (təqsirləndirilən və ya zərərçəkəndən xidməti və ya 

digər asılılıq, zəruri materialların olmaması, sualların onun 

səlahiyyəti hüdudundan kənara çıxması, səlahiyyətsizliyi və s.) 

ekspert və yaxud mütəxəssis bu barədə müstəntiqə məlumat verir. Bu 

da onun istintaq eksperimentindən geri çağırılmasına  əsas olur. 

Mütəxəssisin (ekspertin) işdə iştirakını istisna edən hallar olmadıqda, 

o görəcəyi işləri planlaşdırmağa başlayır. 

İş haqqında məlumatlarla ilkin tanışlıq  əsasında ekspert bilik və 

praktik səriştəsi mövqeyindən, ilk növbədə qarşısında qoyulmuş 

məsələlərin məhz təcrübi eksperimental yolla həll edilməsi imkanını 

qiymətləndirməlidir.  

Geniş suallar dairəsinin təcrübələr keçirilməsi ilə həll edilməsinə 

baxmayaraq, istintaq eksperimenti bir çox mənada universal xarakter 

daşıyır. Digər istənilən tədqiqat (istintaq) metodu və onun 

effektivliyi, nəzərə çarpacaq dərəcədə  məqsədin və  həmin məqsədə 

çatmaq üçün seçilən vasitənin adekvatlığı ilə müəyyən edilir. Bütün 

halları və istintaq məlumatlarını istənilən vaxt təcrübi yolla yoxlamaq 

mümkün deyildir. İstintaq eksperimentinin gedişində sualların həlli, 

yalnız o halda qəbul edilir ki, hadisə  və  vəziyyətlərin həqiqətən 

canlandırılması və eksperimentatorun (mütəxəssis və ya müstəntiqin) 

onların gedişinə  fəal məqsədyönlü müdaxilə edə bilməsi mümkün 

olsun. İstintaq eksperimenti ilə insanın bir çox fizioloji reaksiyasını, 

cinayətin ayrı-ayrı hallarını  və  şəraitini yoxlamaq mümkündür. 

İnsanın müəyyən hərəkəti yerinə yetirmək qabiliyyətini, digər 

şəxslərin etdikləri hərəkətləri görə bilməsini, göstərilən  şəraitdə  hər 

hansı bir şeyi eşidə bilməsini, istintaqla təyin edilmiş faktların 





Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   219   220   221   222   223   224   225   226   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin