Şakir Musayev


Cinayət mühakimə icraatının



Yüklə 2,75 Mb.
Pdf görüntüsü
səhifə220/516
tarix25.12.2016
ölçüsü2,75 Mb.
#3304
növüDərs
1   ...   216   217   218   219   220   221   222   223   ...   516
Cinayət mühakimə icraatının  

məhkəmə-tibbi təminatı  

 

217



çəkinmək lazımdır.  Əks halda model kobud, həqiqi  şəkildən uzaq, 

onun təcrübi öyrənilməsi  əsasında alınmış  nəticələr isə düzgün 

olmayacaqdır. 

İstintaq eksperimenti gedişində  hər bir şəraitə, hətta mahiyyətli 

olanlara belə bilavasitə  nəzarət etmək mümkün olmur. Məsələn, 

insanın hər hansı bir hərəkəti yerinə yetirmək qabiliyyətini 

yoxladıqda, onun vəziyyətinə alkoqol sərxoşluğunun necə  təsir 

etdiyini qəti, obyektiv təyin etmək mümkün deyildir. Bu hallarda 

statistik faktiki xarakter daşıyan, təbabətə  məlum olan və ekspert 

təcrübəsi ilə təsdiqlənən qanunauyğunluqlara əsaslanmaq lazım gəlir. 

Belə  təsadüfi faktorların təsirindən insanın fiziki vəziyyətinin və 

davranışının necə  və hansı  dərəcədə  dəyişəcəyini bir mənalı demək 

mümkün deyildir. 

Eksperimental qaydada yoxlamaya və dəqiqləşdirilməyə aid olan 

fakt və hadisələr məqsədyönlü funksiyalar kimi müəyyən edilə bilər. 

Onlar bütünlüklə  təhlil olunan vəziyyətə  və ya istintaq olunan 

cinayətə əlavə kəmiyyət və keyfiyyət xarakteristikası verirlər. 

Hansı məlumatların yoxlanmasının vacibliyindən və hansıların isə 

istintaq hərəkəti keçirilməsinin mütləq şərti kimi xidmət etməsindən 

asılı olaraq, müqayisə meyarları və məqsədyönlü funksiyalar yerlərini 

dəyişə bilər. Buna müvafiq olaraq təcrübələrin taktikası və qoyulma 

üsulları da dəyişir. Məsələn, zərərçəkənin deşici-kəsici xəsarət alması 

hadisəsinin yenidən qurulmasına dair istintaq eksperimenti 

keçirilərkən, adətən hücum edənlə zərərçəkənin boy hündürlüklərinin 

qarşılıqlı münasibəti barədə göstəricilər travmanın törənmə 

mexanizmi və «özünün bıçağa batması» suallarının həllində ilkin 

məlumatları  təşkil edir. İstintaqla, cinayətkar təyin olunmadıqda və 

eyni vaxtda zərərçəkənin yara aldığı  şərait barədə ifadəsinin 

gerçəkliyinə  şübhə yarandıqda eksperimentdə statistlərin iştirakı ilə, 

cinayətkarın boyunu təxmini proqnozlaşdırmaq mümkündür (cinayət 

iştirakçılarının qarşılıqlı yerləşməsi, zədə alətinin hücum edən şəxsin 

əlində  vəziyyəti və yara kanalının istiqaməti haqda zərərçəkənin 

ifadələrinin uzlaşdırılması  əsasında). Cinayətkarın boyunun 

hündürlüyünün müəyyənləşdirilməsi istintaq eksperimentinin 

məqsədyönlü funksiyasının mənasını kəsb edəcəkdir. 




Yüklə 2,75 Mb.

Dostları ilə paylaş:
1   ...   216   217   218   219   220   221   222   223   ...   516




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin