Cms davranış Kodu cms-com-sta-0001



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə1/4
tarix06.09.2017
ölçüsü0,69 Mb.
#29074
  1   2   3   4

 

 

 



 

CMS Davranış Kodu

 

 

CMS-COM-STA-0001 

 

 

Buraxılış xülasəsi



 

Buraxılış nömrəsi

 

Dəyişikliyin təsviri

 

Buraxılış tarixi

 

01 


DCR 38-16 

01 mart 2016 

 

 

 



 

 

 



 

Sənədə məsul şəxs

V.Novruzov 



Funksiya: 

Daxili audit  



Sənədin administratoru:

 

Zahra Khanmammadova  



Səviyyə:

 

Səviyyə 1

 

Buraxılış tarixi:

 

01 mart 2016 



Növbəti baxılma tarixi:

 

01 mart 2017 



CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 2 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

Mündəricat

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 3 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

1.

 

Direktorlar Şurasının Bəyanı  

CMS əməliyyatlarını apardığı zaman səmimiyyət və prinsipiallığa görə mükəmməl reputasiyaya 

malikdir. Öz tərəfdaşlarımızın etibarını qorumaq Şirkətdə olan hər kəsin məsuliyyətinə aiddir. 

Bizim Biznes və Etik davranış Kodumuz bizim hər birimizin bu öhdəliyi yerinə yetirməsinə kömək 

üçün nəzərdə tutulub.  

Bu Kod bizim biznesi hə cür həyata keçirməyimizə dair CMS siyasi yanaşmalarını izah edir. 

Direktorlar şurasının hər bir işçisi, rəhbəri və üzvləri bu Kodu anlamalı və onun prinsiplərinə 

əməl etməliyik. Biz inanırıq ki, öz etik prinsiplərimizi biznes qərarlarımıza tətbiq edəndə bundan 

Şirkət uğur qazanır.    

Bizim dəyərlərimiz biznesimizi sosial baxımdan məsuliyyətli və etikaya uyğun tərzdə həyata 

keçirmək sahəsində fəaliyyətlərimizi istiqamətləndirir. Bir şirkət və fərdlər olaraq, qanuna 

hörmətlə yanaşır, insan hüquqlarını dəstəkləyir, ətraf mühiti mühafizə edir və 

əməliyyatlarımızda mükəmməlliyə nail oluruq. 

Bu Kod çətin vəziyyətlərin öhdəsindən gəlməkdə bizə kömək üçün nəzərdə tutulmuş 

təlimatnamədir.   

Biz sizi onu oxumaq, anlamaq və ona əməl etməyi təkidlə xahiş edirik. Bu Kodu pozan hər hansı 

amili görsəniz, onu bizə bildirməyinizi xahiş edirik. Şirkət sizin narahat edən məsələləri ciddi 

araşdıracaq və sizə münasibətdə qisas əməllərinə qarşı sərt tədbirlər görəcək.    

 

 

 



Dərin hörmətlə,  

 

 



Şura Sədri 

 

 



 

 


CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 4 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

 

Bu Kodda siz qanun-qaydalar, başqaları ilə bağlı gözlənti və təlimatlara dair praktiki məsləhətləri 



oxuyacaqsınız. Biz bu sənədə öz düzgün mühakimənizdən istifadə etməyinizə kömək üçün əlavə 

məlumat mənbələrinə dair göstərişlər də daxil etmişik. 



2    MÜQƏDDİMƏ 

3

 

İNSANLAR VƏ TƏHLÜKƏSİZLİK 

1.0


 

Sağlamlıq, Təhlükəsizlik, Ətraf Mühit və Sosial Fəaliyyət  

2.0

 

Davamlı İnkişaf  



3.0

 

Bərabər İmkanlar  



4.0

 

Zorakılıq  



5.0 İnsan Hüquqları  

4

 

RÜŞVƏTXORLUQ ƏMƏLLƏRİ İLƏ MÜBARİZƏ 

1.0 Rüşvətxorluq və Korrupsiya  

2.0 Dövlət Rəsmiləri ilə İş  

3.0 Hədiyyələr və Qonaqpərvərlik 

4.0 İcmalarla İş və Onların Hüquq və Ləyaqətinə Lazımi Hörmət 

5.0 Maraqlar Toqquşması  

6.0 İnsayder Sövdələşməsi  

7.0 Çirkli pulların yuyulması  

8.0 Siyasi Fəaliyyət  

5

 

MİLLİ VƏ BEYNƏLXALQ TİCARƏT 

1.0


 

Antitrast (Rəqabət) Qanunu  

2.0 İxracata Nəzarət və Sanksiyalar  

3.0


 

İdxala Nəzarət və Sanksiyalar  



CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 5 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

6

 

MƏLUMAT VƏ AKTİVLƏRİN MÜHAFİZƏSİ 

1.0


 

Aktivlərin Mühafizəsi  

2.0 Məlumat Özəlliyi və Mühafizəsi  

3.0 Qeydlərin İdarə edilməsi  



7

 

BİLDİRİŞLƏR 

1.0


 

Biznesə dair bildiriş 

  

2.0


 

İctimaiyyət üçün açıqlama

 

8

 

CMS-İN ÜMUMİ BİZNES PRİNSİPLƏRİ 

1.0


 

Bizim Prinsipə uyğun Yaşayış 

2.0

 

Bizim Dəyərlər 



3.0

 

Davamlı İnkişaf 



4.0

 

Məsuliyyətlər 



5.0

 

CMS-in Ümumi Biznes Prinsipləri 



9

 

LÜĞƏT 

 

 



 

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 6 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

2. Müqəddimə

 

Etik biznes davranış prinsipləri Davranış Kodunda əksini tapmışdır. Bu Davranış Kodu CMS-in 



sizdən və sizin CMS-dən gözlədiyiniz davranış tərzini təsvir edir. Kodun dili hüquqi dil deyil və 

sadəcə qaydalar toplusundan daha geniş məna kəsb edir. Buna görə də Kodu mühüm təlimat 

kimi nəzərdən keçirmək lazımdır. Davranış Kodunun əsasında duran dəyərlər aşkar və 

universaldır-səmimiyyət, prinsipiallıq və insanlara hörmət. Sizin davranışınız sizin həmin 

dəyərlərə uyğun nə cür yaşamağınız, Kodda verilmiş prinsiplərin məram və məqsədinə hansı 

səviyyədə uyğun gəlməyinizə əsasən qiymətləndiriləcək.    

Bəzi hallarda tələb olunanları tam anlamaq üçün daha geniş təfərrüatları ilə verilmiş məlumatı 

oxumaq lazım gəlir. Biz növbəti səhifələrin aşağı tərəfində  həmin əlavə materialı tapa 

biləcəyiniz yer barədə sizin üçün MƏLUMAT daxil etmişik. Siz həmçinin bu Kodda əksini tapmış 

mövzulara dair təlimə şəxsi dəvətnamələri qəbul etməyə görə də məsuliyyət daşıyırsınız.    



CMS-İ MƏLUMATLANDIRMAQ 

Bu Kodun bir çox hissələrində sizdən "CMS-İ MƏLUMATLANDIRMAQ", sizi narahat edən 

məsələləri bildirmək və ya məsləhət aramağın gözlənildiyi müxtəlif vəziyyətlərlə 

rastlaşacaqsınız. Siz bunu aşağıda verilmiş şəxslərdən hər hansı birinə bildiriş etmək və ya 

deməklə edə bilərsiniz: 

 



öz rəhbər şəxs və ya supervayzeriniz 

 



bunlara dair söhbət etmək, yaxud da email və ya məktub göndərmək üçün özünüzü 

rahat hiss edə biləcəyiniz hər hansı rəhbər CMS nümayəndəsi. Məsələn, Hüquqi 

Məsuliyyət Rəhbəri, İnsan Qaynaqları və ya SƏTƏM Rəhbəri; yaxud da  

 



CMS Yardım xətti (CMS Hüquqi Məsuliyyət Rəhbərinin telefon nömrəsi) və ya  

compliance@caspmarine.com

 e-mail ünvanı vasitəsilə.  

Yardım xətti və email ünvanı gündə 24 saat, həftədə yeddi gün açıqdır. Yardım xəttinə müraciət 

edən fərdlər təşkilatdakı təcrübəli, müstəqil şəxslə rahatlıqla söhbət etmək imkanına 

malikdirlər. Onların bildirdikləri narahatlıqlar müvafiq hadisə idarəetmə və təhqiqat 

müddəalarına uyğun qeyd edilir və nəzərdən keçirilir.   

Bu Kodda biz onun pozuntusunun ciddi nəticələr vermək ehtimalının olduğu xüsusi sahələri 

qeyd etmişik. Lakin bütün pozuntular işdən azad edilmə, bəzi hallarda isə, cərimələnmə və həbs 

qəti imkan tədbiri kimi ciddi nəticələrə səbəb ola bilər.  

 BU FƏSİLDƏ VERİLƏNLƏR 

 



Sağlamlıq, Təhlükəsizlik və Ətraf mühit (SƏTƏM) və Sosial Fəaliyyət (SF)                                                                  

 



Davamlı İnkişaf                  

 

 



      

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 7 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

 



Bərabər İmkanlar                          

 

 



                                                                

 



Zorakılıq                                       

 

 



                                               

 

 



 

İnsan Hüquqları                                     



                                               

 

3. İNSANLAR VƏ TƏHLÜKƏSİZLİK

                       

 

CMS insanlara heç bir zərər yetirməmək və ətraf mühiti mühafizə etmək məqsədi daşıyır. Siz 



başqa insanlara ədalətli və hörmətlə yanaşmalısınız. CMS mükəmməl bir şirkətdir və orada ayrı-

seçkilik və zorakılıq yolverilməzdir. 

 

1.0 SAĞLAMLIQ, TƏHLÜKƏSİZLİK VƏ ƏTRAF MÜHİT (SƏTƏM) VƏ SOSİAL İŞ (Sİ)  

Biz qürur duya biləcəyimiz SƏTƏM və SF qeydinə malik olmaq üçün bu məqsədlərə uyğun olan 

xidmətlər göstərməklə yanaşı, insanlara zərər vurmamaq və ətraf mühiti mühafizə etmək 

məqsədinə sadiqik. yaxşı qonşu olmaq və davamlı inkişafa töhfə vermək üçün biz öz müştəri, 

səhmdarlarımız və cəmiyyətin etibarını qazanmaq məqsədi daşıyırıq. 

Bu məqsədlər və digərləri CMS Təhlükəsizlik İdarəetmə Sisteminə (TİS) daxil edilmişdir. Hər bir 

CMS şöbəsindən qanunlara riayətetməni təmin etmək və işin davamlı təkmilləşdirilməsini təmin 

etmək üçün nəzərdə tutulmuş SƏTƏM və İP idarəetməsinə sistematik yanaşmaya malik olmaq 

tələb olunur.  

Hər bir CMS şöbəsi SƏTƏM və İP təkmilləşdirilməsi üzrə hədəflər müəyyən etməli, iş icra 

səviyyələrini ölçməli, qiymətləndirməli və bildirməlidir. CMS şöbələri həmçinin, CMS əməliyyat 

nəzarəti altında olan podratçı və müştərək müəssisələrin  TİS-ə uyğun SƏTƏM və İP idarə 

etdiklərini də təmin etməlidir.   

TİS-də verilmiş məqsədləri dəstəkləmək üçün CMS SƏTƏM və İP bizim əməliyyat və 

layihələrimizin cəmiyyət və ətraf mühitə təsirlərinin idarə edilməsinə dair tələblərin yeganə 

mənbəyidir.  

SİZİN MƏSULİYYƏTİNİZ 

Siz SƏTƏM və İP öhdəlikləri və siyasətini anlamalı, CMS Təhlükəsizliyi İdarəetmə Sistemi və BP-

nin Qızıl Qaydalarına riayət etməlisiniz.  

2.0 DAVAMLI İNKİŞAF 

CMS üçün davamlı inkişaf Azərbaycanın artan Dəniz və Neft-qaz Sənayesinin ehtiyaclarını 

iqtisadi, ətraf mühit və sosial baxımdan məsuliyyətli şəkildə təmin edilməsinə kömək etmək 

deməkdir. CMS-in davamlı inkişaf öhdəliyi bizdən qısa və uzun müddətli maraqlarını 

tarazlaşdırmaq, iqtisadi, sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial məsələlərinin biznes 

qərarlarına inteqrə etməyi tələb edir. 



CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 8 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

Davamlı inkişaf düzgün əməliyyat aparmağa imkan verən vasitədir və CMS davamlı nəticələrə 

nail olmaq üçün özünün bütün fəaliyyətləri çərçivəsində davamlı inkişafı daxil edir. Yeni 

mənfəət imkanları yaratmaq, öz qonşularımızın ehtiyaclarına hörmət etməklə yanaşı, texniki, 

qeyri-texniki və maliyyə risklərini azaltmaq məqsədilə, bu bizdən öz müttəfiq tərəfdaşlarımızla 

müntəzəm əməkdaşlıq etmək və rəylərini nəzərə almağı tələb edir. 

 

SİZİN MƏSULİYYƏTİNİZ 



 

Siz CMS-in sağlamlıq, təhlükəsizlik, ətraf mühit və sosial fəaliyyət tələblərinə əməl etməlisiniz. 

Hər bir biznes aşağıdakı məqsədləri daşımalıdır: davamlı sosial mənfəətlər yaratmaq; işçi, 

podratçı və qonşuların sağlamlıq və təhlükəsizliklərini qorumaq; icmada pozuntuları 

minimallaşdırmaq; təhlükəli emissiyaları azaltmaq; ekosistem və biomüxtəlifliyə təsirləri 

minimallaşdırmaq; enerji, su və digər qaynaqlardan səmərəli istifadə etmək. 



3.0 BƏRABƏR İMKANLAR 

CMS özünün məşğulluqla bağlı qərarlarının müvafiq ixtisas, fərqlənmə, iş və digər işlə bağlı 

amillərə əsaslandığını təmin edir. CMS məşğulluqla bağlı qanunsuz ayrı-seçkiliyin qarşısını 

qətiyyətlə alır.  

SİZİN MƏSULİYYƏTİNİZ

 

İşlədiyiniz hər bir kəsə hörmət edin və onlara münasibətdə CMS-in mühüm dəyərlərinə uyğun 



ədalətli davranın. Siz müxtəlifliyin dəyərini anlamalı və heç zaman ayrı-seçkiliyə yol 

verməməlisiniz.  

PRİNSİPLƏR

 



 

Siz işə götürmə, dəyərləndirmə, vəzifə yüksəlişi, təlim, inkişaf, nizam-intizam, 

kompensasiya və xitam vermə qərarlarınızı yalnız ixtisas, fərqlənmə, iş göstəricisi və biznes 

məsələlərinə əsasən qəbul etməlisiniz 

 

İrq, dərinin rəngi, dini mənsubiyyət, yaş, cinsi mənsubiyyət, cinsi oriyentasiya, ailə durumu, 



əlillik, etnik və ya milli mənsubiyyətə əsasən ayrı-seçkiliyə yol vermək olmaz. 

 



Təsir edə biləcək yerli qanunvericilik və mədəni amillərdən məlumatlı olun 

 

ÖZÜNÜ YOXLAMAQ 



 

Siz ədalətlisinizmi və hörmət edirsinizmi? 



 

Başqa insanların rəylərini nəzərə alırsınızmı? 



 

Sizin şəxsi hiss, əvvəlcədən mühakimə və ya üstünlükləriniz qəbul etdiyiniz qərarlara təsir 



edirmi? 

 



Yerli təcrübə və ənənələri bilirsinizmi? 

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 9 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

4.0 ZORAKILIQ

 

CMS zorakılıq, alçaldıcı, təhdidedici və ya düşmənçilik hərəkəti, əməli və ya davranışına qarşı 

dözümsüz yanaşır. Siz bir mədəniyyətdə məqbul olduğu halda, digərində məqbul olmayan hər 

hansı hərəkət və ya davranışlara qarşı xüsusilə həssas olmalısınız. 

SİZİN MƏSULİYYƏTİNİZ 

İnsanlara hörmətlə yanaşın və uyğun hesab edilməyən vəziyyətlərə yol verməyin. Əgər 

düşmənçilik, təhdidedici və ya alçaldıcı davranışlarla qarşılaşsanız, buna qarşı çıxın. Zorakılıq 

nizam-intizam tədbirinin görülməsi və işdən azad olma ilə nəticələnə bilər.  

PRİNSİPLƏR 

 



Başqa insanları fiziki və ya şifahi təhdid etməyin və ya alçaltmayın. 

 



Heç zaman qeyri-uyğun zarafat və ya qeydlər etməyin. Əgər hər hansı hərəkətin qeyri-

uyğun olduğundan əmin deyilsinizsə, bunun məhz bu cür olduğunu qəbul edin. 

 

Heç vaxt təhqiredici və ya həqarətli material, o cümlədən şəkillər, paylamayın və ya 



nümayiş etdirməyin. 

 



Əgər hər hansı şəxsin hərəkətləri və ya davranış sizi məyus edərsə, həmin şəxsə 

sözünüzü deməyə qorxmayın.  



5.0 İNSAN HÜQUQLARI 

Biz öz fəaliyyətlərimizi BMT-nin Beynəlxalq İnsan Hüquqları Bəyannaməsində əksini tapmış 

insan hüquqlarına hörmət edəcək şəkildə həyata keçiririk və Beynəlxalq Əmək Təşkilatının əsas 

konvensiyaları bizim əməliyyat lisenziyamızı dəstəkləyir. 

CMS-in insan hüquqlarına hörmətlə yanaşması korporativ siyasətlərə sədaqət, tətbiq edilən 

qanun-qaydalara riayətetmə, tərəfdaşlarımızla müntəzəm müzakirə və iş birliyi, birbaşa və ya 

dolayısı ilə işlədiyimiz icmaların ümumi rifahına yardım etmək də daxil olmaqla, bir neçə 

mühüm elementlərdən ibarətdir. 

Bizim bu sahədəki öhdəliklərimizə TİS, bu Davranış Kodu və aşağıda verilmiş müxtəlif sahələrdə 

tətbiq edilən başqa siyasətlər dəstək verir: 

 

Sosial Fəaliyyət; 



 

İnsan Qaynaqları və əlavə olaraq, Müxtəliflik və Daxiletmə; və 



 

Podrat Müqaviləsinin Bağlanması və Satınalma. 



Biz standartlarımıza uyğun standartlara əməl edən biznes tərəfdaş və təchizatçılarla iş birliyi 

qurmağa çalışırıq.  



CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 10 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

Bütün işçilər işlədikləri yerdə insan hüquqları ilə bağlı məsələləri anlamalı, bu mövzuya dair CMS 

öhdəlik, standart və siyasətlərinə əməl etməlidirlər.  

SİZİN MƏSULİYYƏTİNİZ 

Siz işlədiyiniz yerdə insan hüquqları ilə bağlı məsələləri başa düşməli və CMS öhdəlik, standart 

və siyasətlərinə əməl etməlisiniz. 

BU FƏSİLDƏ VERİLƏNLƏR 

 



Rüşvətxorluq və Korrupsiya                   

 



Dövlət rəsmiləri ilə iş                               

 



Hədiyyələr və Qonaqpərvərlik (H və Q)          

 



Maraqlar Toqquşması (MP)          

 



İnsayder Sövdələşməsi                            

 



Çirkli Pulların Yuyulması                      

 



Siyasi Fəaliyyət və Ödənişlər  

 

    



KORRUPSİYA ƏMƏLLƏRİ İLƏ MÜBARİZƏ 

CMS rüşvətxorluq, insayder sövdələşməsi, bazar möhtəkirliyi, fırıldaqçılıq və ya çirkli pulların 

yuyulmasına dözümsüz yanaşır. Asanlaşdırıcı ödənişlər rüşvət hesab edilir və bu cür ödənişlər 

edilməməlidir. Siz həmçinin hər hansı real və potensial maraqlar toqquşmasına yol verməməli 

(və ya toqquşma görüntüsü yaratmamalı) və heç zaman icazəsiz hədiyyə və ya qonaqlığı təklif 

etməməli, yaxud qəbul etməməlisiniz.  

Unutmayın, hətta əsassız korrupsiya iddiaları reputasiya və biznesə zərər vura bilər.  

4. Korrupsiya Əməlləri ilə Mübarizə 

1.0 RÜŞVƏTXORLUQ VƏ KORRUPSİYA 

Rüşvətxorluq siz biznes nəticəsinə yolverilməz şəkildə təsir etmək məqsədilə ödəniş, hədiyyə və 

ya hörmət təklif etdikdə, aldıqda, istədikdə və ya qəbul etdikdə baş verir. Rüşvətxorluq və 

korrupsiya, istər dövlət rəsmiləri, istər kommersiya qurumalı və ya istərsə də müştərək 

müəssisələri daxil edərsə, agentlər və müştərək müəssisə tərəfdaşları qismində üçüncü tərəflər 

vasitəsilə birbaşa və ya dolayısı ilə mümkündür.   Bəzi ölkələrdə asanlaşdırıcı ödənişlər qanunla 

yol verilsə belə, buraya asanlaşdırıcı ödənişlər də daxildir. Rüşvətxorluq və korrupsiyaya hətta 

göz yumulması belə, CMS və şəxsən sizin üçün məsuliyyətlə nəticələnir. 

SİZİN MƏSULİYYƏTİNİZ 


CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 11 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

Siz əlverişli münasibət müqabilində və ya biznesdə hər hansı üstünlüyü əldə etmək məqsədilə 

ödəniş, hədiyyə və ya hörmət təklif etməməli, ödəməməli, istəməməli və ya qəbul 

etməməlisiniz. Siz bizim fəaliyyət göstərdiyimiz ölkələrin hər ikisində bizə tətbiq edilən 

rüşvətxorluq və korrupsiya ilə mübarizə haqda qanunlara və həmçinin həmin qanunların tətbiq 

edildiyi ölkədən (məsələn, BK və Azərbaycan) kənarda tətbiq edilən qanunlara əməl etməlisiniz. 

Əgər rüşvətxorluq və korrupsiya əməllərinə cəlb olsanız, sizə qarşı nizam-intizam tədbiri, işdən 

azadolma, hüquqi proseduralar və ola bilsin, həbs qəti-imkan tədbiri görülə bilər.   

PRİNSİPLƏR 

 



Biznes nəticəsinə təsir etmək və ya biznesdə hər hansı üstünlük əldə etmək məqsədilə 

əlverişli münasibət müqabilində heç zaman şəxsi ödəniş, hədiyyə və ya hörmət təklif 

etmək, ödəmək, istəmək və ya qəbul etmək olmaz 

 



Birgə işlədiyiniz insanların rüşvətxorluq və korrupsiya əməllərinin yolverilməz olduğunu 

başa düşdüklərindən əmin olun. 

 

CMS və ya CMS-in biznes tərəfdaşı olan hər hansı qurumda (şirkət və ya fərd) korrupsiya 



əməllərindən şübhələriniz olarsa və ya dəqiq bilərsinizsə, bu barədə CMS-i 

məlumatlandırın. 

ÖZÜNÜ YOXLAMAQ 

 



Biznes qərarına təsir etmək məqsədilə pul, hədiyyə və ya hörmət təklif etmisinizmi, 

vermisinizmi və ya qəbul etmisinizmi? 

 

İctimaiyyət sizin nələri etmiş olduğunuzu bilərsə, bundan narahat olarsınızmı? 



 

Qanunsuz ödəniş kimi nəzərdən keçirilə bilən ödəniş vermək niyyətində olmusunuzmu 



və ya vermisinizmi? 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin