Cms davranış Kodu cms-com-sta-0001


 DÖVLƏT RƏSMİLƏRİ İLƏ SÖVDƏLƏŞMƏ



Yüklə 0,69 Mb.
Pdf görüntüsü
səhifə2/4
tarix06.09.2017
ölçüsü0,69 Mb.
#29074
1   2   3   4

2.0 DÖVLƏT RƏSMİLƏRİ İLƏ SÖVDƏLƏŞMƏ 

Dövlət rəsmiləri üçün səfərlə bağlı xərclər də daxil olmaqla, hədiyyə və qonaqlığın (H və Q) təklif edilməsi 

xüsusi narahatlıq doğuran məsələlərdəndir. Aşağıda verilmiş prinsiplərə CMS korrupsiya ilə mübarizə 

siyasəti tətbiq edilir. Bəzi ölkələrdə onların rəsmilərinin qəbul edə biləcəkləri hədiyyə və əyləncənin 

dəyər və xarakterinə çox ciddi məhdudiyyətlər qoyulur. Özəl biznes tərəfdaşları arasında məqbul ola 

biləcək H və Q biznes və dövlət rəsmisi arasında məqbul olmaya bilər. Bundan əlavə, əgər siz CMS 

adından dövlət rəsmiləri ilə işləyən üçüncü şəxslərə münasibətdə lazımi hüquqi araşdırma apara 

bilməsəniz və ya belə hüquqi araşdırma nəticələrinə laqeyd yanaşsanız, üçüncü tərəfin davranışı həm siz 

və həm də CMS üçün məsuliyyətlə nəticələnir.   

PRİNSİPLƏR 

 

Dövlət rəsmilərinə H və Q təklif etmək üçün siz CMS Direktorundan icazə almalısınız. 



 

H və Q dəyəri müvafiq ödəniş növü və ölkə üçün nəzərdə tutulmuş həddi aşmamalıdır. 



Azərbaycanda nəzərdə tutulmuş hədd 55 AZN-dir. 

 



Siz H və Q-ni dövlət rəsmisinin həyat yoldaşı, ailə üzvü və ya ziyarətçilərinə təklif etməməlisiniz. . 

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 12 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

 



Siz hər hansı dövlət rəsmisinin qeyri-biznes səfər və qonaqlığı üçün ödəniş etməməlisiniz. 

 



Siz dövlət rəsmiləri üçün H və Q ilə bağlı tətbiq edilən bütün qanunlar və CMS-nin daxili 

proseduralarına əməl etməlisiniz. 



3.0 HƏDİYYƏLƏR VƏ QONAQPƏRVƏRLİK (H VƏ Q) 

H və Q heç zaman sizin biznesə dair qərarlarınıza təsir etməməli, siz və ya CMS üçün heç bir öhdəlik 

yaratmamalıdır. 

 

SİZİN MƏSULİYYƏTİNİZ 



Siz H və Q-nin sizin biznesə dair qərarlarınıza təsir etməsinə imkan verməməli və ya başqalarının təsirə 

məruz qaldıqlarını düşünməsinə səbəb olmamalısınız. Əgər siz təsirə məruz qalsanız və ya kiməsə təsir 

etməyə cəhd etsəniz, siz ya hüquqi, ya nizam-intizam tədbiri ilə üzləşə və ya işdən azad edilə bilərsiniz.   

 

PRİNSİPLƏR 



 

CMS işçilərini biznes tərəfdaşlarından H və Q almaqdan çəkindirir. 



 

Əgər öz rəhbər və ya supervayzeriniz, həmkarlarınız, ailəniz, dostlarınız və ya ictimaiyyətə bunu 



söyləməkdən özünüzü narahat hiss edərsinizsə, H və Q-ni rədd edin 

 



Nə siz və nə də sizin ailə üzvləriniz heç zaman CMS biznesi ilə aşağıdakı təklif etməyin, verməyin, 

istəməyin və ya qəbul etməyin: 

         -qanunsuz və ya qeyri-düzgün H və Q; 

          -pul və ya pul ekvivalentləri; 

          -şəxsi xidmətlər; 

          -kreditlər; 

          -biznes tərəfdaşının olmadığı zaman tədbir və ya naharlar; və ya 

          -vacib biznes qərarları verildiyi müddətlərdə H və Q. 

 

Tabe olduğunuz rəhbərin təsdiqi alınmazsa, heç zaman dəyəri nəzərdə tutulmuş hədləri aşan H 



və Q təklif etməyin, verməyin, istəməyin və ya qəbul etməyin.  

 



Aşağıda verilənlər qeyd edilməlidir: 

        -dövlət rəsmilərinə verilmiş və bir fincan kofe ilə eyni nominal dəyərdə olması gözlənilən bütün H və 

Q-lar; 

-maraqlar toqquşması yaratdığı düşünülə bilən istənilən H və Q; 



-üçüncü tərəflərə verilən və ya alınan, dəyəri yol verilən dəyər hədlərini aşan bütün H və Q-lar; və 

-dəyəri yol verilən dəyər hədlərini aşan bütün rədd edilmiş H və Q-lar. 

 

Öz biznes tərəfdaşlarınıza məlum olan H və Q barədə CMS siyasəti formulə edin. 



 

Öz rəhbərinizlə korporativ qonaqlıq və ya sponsorluğu müzakirə edin. 



 

Qanun-qaydalara əməl edin. 



 

Əgər CMS siyasətləri ilə ziddiyyət təşkil edərsə, yerli ənənələrə əməl edilə bilməyəcəyini 



anlayın. 

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 13 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

ÖZÜNÜ YOXLAMAQ 

 

H və Q-nin qəbulunun sizin üzərinizdə məsuliyyət yaratdığını hiss etmisinizmi? 



 

hədiyyə hər hansı sövdələşməyə görə müstəsna mükafat və ya stimul kimi verilibmi? 



 

H və Q qeyri-düzgün və ya qanunsuzdurmu? 



 

H və Q vaxtı çox dəqiqdirmi (məs, danışıqlar zamanı)? 



4.0 İCMALARLA İŞ BİRLİYİ VƏ ONLARIN HÜQUQ VƏ LƏYAQƏTİNƏ HÖRMƏT 

Biz Caspian Marine Services Ltd şirkətində biznesimizi həyata keçirdiyimiz ölkələrdə müsbət dəyişikliyə 

nail olmaq istəyirik.  Caspian Marine Services Ltd şirkətində biz ən yüksək etik standartlara əməl edirik və 

əməliyyat apardığımız icmaların etibarını qazanacaq şəkildə davranırıq. Şirkətdə biz həmçinin yerli 

icmalar, habelə bizim şirkət olaraq qanuni maraqlarımızın olduğu qeyri-hökumət təşkilatları (QHTlər) 

timsalında müvafiq orqanlarla açıq və səmimi münasibətlər yaratmaq üçün səylə çalışırıq. Biz qarşılıqlı 

münasibətlərdə olduğumuz icma, QHT və digər təşkilatların hüquq və ləyaqətinə hörmət edirik.   

 

PRİNSİPLƏR 



 

• işlədiyiniz yerdə yerli qanun-qaydalara əməl edin. 

• Bu Kod və hüquqi tələblərlə ziddiyyət təşkil etmədikləri həddə yerli mədəniyyət və biznes 

ənənələrinə uyğun işləyin. 

• İcma üzvlərinin ləyaqətli münasibət bəsləyin və onların hüquqlarına hörmət edin. Xüsusi 

vəziyyətlərə və yerli xalqın hisslərinə həssaslıqla yanaşın. 

• Praktiki cəhətdən mümkün olduğu hallarda ixtisaslı yerli personal cəlb edin 

• QHT-lərlə müzakirələr və ya təmasa başlamazdan əvvəl öz rəhbəriniz, yerli İcmalar və Kənar 

Məsələlərlə məşğul olan komandanı bu barədə məlumatlandırın. 

 

Caspian Marine Services Ltd şirkəti icma və ya ölkədə qarşılıqlı üstünlük qazandıracaq yerli icma inkişafı 



təşəbbüsləri və vətəndaş hüquqlarının qorunmasına ruhlandırır. Müvafiq hallarda biz onlarda işçilərin 

iştirakını dəstəkləyirik. Əgər siz hər hansı yolla buna cəlb olunarsınızsa, hər hansı real və ya güman edilən 

maraqlar toqquşmasına yol verməyin. Əlavə məlumatlar üçün bax: bu Kodun "Maraqlar Toqquşması" 

adlı bəndi. 



5.0 MARAQLAR TOQQUŞMASI (MT) 

Sizin şəxsi münasibətləriniz, kənar fəaliyyətlərdə iştirakınız və ya digər müştərək müəssisədə marağınız 

qərarlarınıza təsir edəndə və ya təsir etməsi güman ediləndə MT ilə üzləşirsiniz. 

SİZİN MƏSULİYYƏTİNİZ 

Siz MT-yə yol verməməlisiniz. Sizin CMS qərarlarınıza hər hansı şəxsi və özəl məsələlər təsir etməməlidir. 

MT sizin qərar çıxarma qabiliyyətinizə təsir edə və ya təsir etməsi güman edilə bilər. Bu siz və CMS 

reputasiyasına mənfi təsir göstərir. Bu Kod və ya hər hansı qanun-qaydaların tələblərinə əməl edə 

bilməmək işdən azad olma da daxil olmaqla, nizam-intizam tədbirinin görülməsi ilə nəticələnir. 

PRİNSİPLƏR 


CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 14 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

 



Öz tabe olduğunuz rəhbər və ya supervayzerinizi CMS-də sizin qərar və ya hərəkətlərinə təsir 

edən, yaxud da təsir etməsi güman edilən hər hansı məsələ barədə məlumatlandırın. 

 

Əgər faktiki və ya potensial MT olduğuna inanırsınızsa, tabe olduğunuz rəhbərə bütün aidiyyəti 



faktları yazılı şəkildə təqdim edin 

 



MT yaradan və ya yaratması güman edilən qərarlar verməyin. 

 



Podratçı və təchizatçılarla işlərinizdə qərəzsiz, peşəkar və rəqabətli olun. 

 



Kənar material gəlir əldə etmək üçün öz bilik və ya vəzifənizdən istifadə etməyi planlaşdıranda 

CMS-ni bu barədə məlumatlandırın 

 

Əgər müvafiq qanun-qayda və CMS siyasətinə əməl edirsinizsə, icma, dövlət, təhsil və digər 



qeyri-mənfəət təşkilatlarının işində münasib bildiyiniz vaxtda fəallıq nümayiş etdirə bilərsiniz. 

 



Əgər bu heç bir faktiki və ya potensial MT ilə nəticələnməzsə, münasib bildiyiniz vaxtda digər 

biznesdə maraqlar əldə edə və kənar peşəkar fəaliyyətləri həyata keçirə bilərsiniz. Əgər buna 

dair hər hansı şübhələriniz olarsa, öz tabe olduğunuz rəhbər və ya supervayzerinizlə 

məsləhətləşin. 



CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 15 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

ÖZÜNÜ YOXLAMAQ 

 

Siz qohum və ya dostunuzu işə qəbul edirsinizmi, idarə edirsinizmi, bunun üçün nəzərdən keçirir 



və ya qiymətləndirirsinizmi? 

 



Siz öz vəzifənizdən şəxsi mənfəət üçün istifadə edirsinizmi? 

 



Siz məxfi məlumatları şəxsən əldə etmisinizmi?

 



 

Sizin şəxsi münasibətləriniz biznes qərarlarınıza təsir edirmi?

 

 

6.0 İNSAYDER SÖVDƏLƏŞMƏSİ 



Material qeyri-ictimai məlumata malik olduqda və ya bu cür məlumatı həmin səhm, yaxud da 

digər qiymətli kağızlarla sövdələşmə aparan şəxslə paylaşdıqda siz belə səhm və digər qiymətli 

kağızlarla ticarət zamanı insayder sövdələşməsində iştirak edirsiniz.  

SİZİN MƏSULİYYƏTİNİZ 

Siz məxfi biznes məlumatlarını qorumalı, xüsusən də səhm və ya digər qiymətli kağızlarla ticarət 

zamanı öz şəxsi mənfəətiniz üçün istifadə etməməli və ya başqa birisinin bunu etməsini tövsiyə 

etməməlisiniz. Siz şayiə yaymamalı,  yanlış məlumatlarla çaşdırmamalı və ya qiymətləri 

manipulyasiya etməməlisiniz. İnsayder sövdələşməsi və bazar möhtəkirliyi qanunsuz fəaliyyətlər 

olub cərimə, işdən azadetmə və ya həbs qəti-imkan tədbiri ilə nəticələnə bilir. 

PRİNSİPLƏR 

 

İnsayder sövdələşməsi və bazar möhtəkirliyi haqda qanunlara əməl edin. 



 

Bazar qiymətlərini manipulyasiya etməyin. 



 

Bazarda şayiələr və ya yanlış məlumatlar yaymayın. 



 

Əgər hər hansı həmkarınızın insayder sövdələşməsi və ya bazar manipulyasiyasına cəlb 



olunduğuna inansanız, bu barədə CMS-i məlumatlandırın. 

ÖZÜNÜ YOXLAMAQ 

 

Sizdə insayder məlumatı varmı? 



 

Siz və ya sizin bilavasitə ailəniz CMS maraqlarını daxil edən bazar sövdələşmələri 



planlaşdırırmı? 

 



Siz məxfi məlumatları paylaşmısınızmı? 

 



Siz bazarda şayiələr yaymısınızmı və ya bazarı çaşdırmağa çalışmısınızmı? 

7.0 ÇİRKLİ PULLARIN YUYULMASI 

Çirkli pulların yuyulması pul və ya aktivlərin cinayət mənşəyi, yaxud xarakteri qanuni biznes 

sövdələşmələri zamanı gizlədiləndə, yaxud da qanuni vəsaitlər terrorçuluğun 

maliyyələşdirilməsi də daxil olmaqla, cinayət fəaliyyətlərini dəstəkləmək məqsədilə istifadə 



CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 16 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

edəndə baş verir. Çirkli pulların yuyulması ilə mübarizə haqda qanunun şamil edildiyi 

pozuntulara aşağıdakılar aiddir: təhqiqata zərər vurma və ya əngəlləmə və şübhəli fəaliyyəti 

bildirməmə. 

SİZİN MƏSULİYYƏTİNİZ 

Cinayətkarlar CMS-i çirkli pulların yuyulması və ya cinayət fəaliyyətlərinin maliyyələşdirilməsi 

üçün istifadə edə bilər. Biznesi, bizim perspektiv biznesin ilkin əsasını anlamaq, pul və əmlakın 

mənşə və təyinatını müəyyən etmək məqsədilə, siz müvafiq tərəf müqabili ilə bağlı hüquqi 

araşdırma həyata keçirməlisiniz. Şübhəli sövdələşmələri və çirkli pulların yuyulması hallarını 

şirkətə bildirməlisiniz. Bu hərəkətlərin edilməməsi cərimə, işdən azadolma və ya həbs qəti-

imkan tədbiri ilə nəticələnə bilir.   

PRİNSİPLƏR 

 

Şübhəli cinayətkarlar və ya cinayətdən əldə edilən gəlirlərlə heç zaman məşğul olmayın. 



 

Hər hansı şübhəli sövdələşmə və ya fərdləri CMS-ə bildirin (CMS öz növbəsində, bu 



məsələni səlahiyyətli orqanlara məruzə edəcək.) 

 



Pul gəlirləri və ya cinayətkar əməllər nəticəsində əldə edilmiş gəlirlərə alınmış əmlakdır 

əldə etməyin, istifadə etməyin və ya saxlamayın. 

 

Cinayət yolu ilə əldə edilmiş əmlakın mənşə və ya məzmununu gizlətməyin. 



 

Cinayət yolu ilə əldə edilmiş əmlakın əldə edilməsi, sahiblik və ya nəzarətinə şərait 



yaratmayın. 

 



Barəsində təhqiqat aparılacaq şəxsə məxfi məlumat verməyin. 

 



Aidiyyəti məlumatları saxtalaşdırmayın, gizləməyin, məhv etməyin və ya atmayın. 

ÖZÜNÜ YOXLAMAQ 

 

Sövdələşmənin təfərrüatlarını yoxlaya bilərsinizmi? 



 

Hər hansı şəxs gözlənilən bazar şərtlərindən kənar kommersiya şərtlərini təklif edirmi? 



 

Hesablaşma metodları qeyri-adidirmi və ya bir-birilə əlaqəli olmayan tərəflər cəlb 



olunubmu? 

 



Bütün hüquqi araşdırma yoxlamaları qaydasındadırmı? 

 

8.0 SİYASİ FƏALİYYƏT 

Bizneslərimizi həyata keçirdiyimiz hər yerdə bizim korporativ siyasi fəaliyyətə yanaşmamız aydın 

və güzəştsizdir: 

 

CMS birbaşa hər hansı partiyanın siyasi fəaliyyətində iştirak etmir. 



 

CMS istər pul və ya istərsə də natura şəklində siyasi ödənişlər etmir. 



 

CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 17 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

Biz işçilərimizin hər ölkəyə uyğun şəkildə siyasi prosesdə fərdlər kimi iştirak hüququnun 

olduğunu təsdiq edirik. Bunu edən işçilər CMS-i təmsil etmədiklərini aydın bildirməlidirlər. Biz 

partiya siyasətində birbaşa iştirak etməsək də, lobbiçilik də daxil olmaqla, bizim müxtəlif yollarla 

işlədiyimiz şirkət, heyət və icmaların qanuni maraqları ilə bağlı mövzular üzrə siyasi 

müzakirələrdə iştirak edirik. CMS maraqları adından həyata keçirilən lobbiçilik fəaliyyəti yüksək 

səviyyədə tənzimlənir və yalnız səlahiyyətli şəxs tərəfindən aparılmalıdır. 

 

PRİNSİPLƏR 



• öz fərdi siyasi rəy və hərəkətlərinizin CMS deyil, özünüzə məxsus olduğunu dəqiqləşdirin. 

• Əgər öz siyasi fəaliyyətiniz və ya yaxın qohumumuzun fəaliyyətləri maraqlar toqquşması, 

yaxud da qanunsuz əməl görüntüsü yaradarsa, bu barədə tabe olduğunuz rəhbəri 

məlumatlandırın. 

• Əgər siz dövlət vəzifəsini əldə etmək və ya qəbul etməyi planlaşdırırsınızsa, bu barədə tabe 

olduğunuz rəhbərliyi məlumatlandırın. Hər hansı rəsmi vəzifələrin sizin müştəri və təchizatçılarla 

işinizə nə cür təsir edəcəyini müzakirə edin, bunun işinizə mənfi təsirini minimallaşdırmaq üçün 

öz rəhbərinizlə birgə yaradıcı əməkdaşlıq edin. 

• Özünüz və ya müştəri, yaxud təchizatçıların maraqlarını təmsil edən digər şəxslərlə hər hansı 

qeyri-müntəzəm təmaslardan əvvəl tabe olduğunuz rəhbərinizlə məsləhətləşin. Buraya dövlət 

siyasəti və ya hüquqi/normativ dəyişiklikləri ilə bağlı təmaslar daxildir. Bu tələb standart 

tenderin verilməsi prosesləri və dövlət qeydiyyatında olan proseduralar timsalında adi dövlət 

proseslərinin tələb etdiyi təmaslara şamil edilmir 

Heç zaman 

• şirkətin vaxt, əmlak və ya avadanlığını öz şəxsi siyasi fəaliyyətlərinizi həyata keçirmək və ya 

dəstəkləmək üçün istifadə etməyin. Siyasi prosesdə yalnız özünüz üçün münasib vaxtda və öz 

resurslarınızla iştirak etdiyinizdən əmin olun. 

• Lobbiçilik fəaliyyətlərini icazə olmadan həyata keçirməyin. 

İanələrə İcazə verilmirmi? 

Bəli, ianələrə icazə verilir, məktəb və ya yerli hökumət orqanlarına natura şəklində ödənişlər 

sizin icma ilə qarşılıqlı münasibətlərində vacib rol oynayır və bu Kodla icazə verilir. Onlara yerli 

qaydalar tətbiq edildiyinə görə, bunlarla həmişə sizin yerli Rabitə əlaqələri və Kənar Məsələlərlə 

məşğul olan komanda məşğul olmalıdır. İanələr həmişə məktəb və ya dövlət orqanında işləyən 

hər hansı fərdə deyil, onların özünə ödənilməlidir.   

 

 


CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 18 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

BU FƏSİLDƏ VERİLƏNLƏR 

 

Antitrast (Rəqabət) Qanunu          



 

 



İxracata Nəzarət və Sanksiyalar       

 



 

İdxalata Nəzarət və Sanksiyalar       

 

YERLİ VƏ BEYNƏLXALQ  

TİCARƏT 

CMS azad, ədalətli və etik şirkət olmağa sadiqdir. Siz tətbiq edilən bütün ticarət qanunlarına 

əməl etməli və CMS-in əsas dəyərlərinin bütün sövdələşmələrinizə tətbiq edildiyindən əmin 

olmalısınız.  Bu qanun-qaydalara riayət etməmək bizim biznesimizə ciddi təsir edə və cinayət 

məsuliyyətinə məruz qoya bilər. Siz isə, işdən azad olma, cərimə və həbs qəti-imkan tədbiri ilə 

üzləşə bilərsiniz.   



5. Milli və Beynəlxalq Ticarət 

1.0 ANTİTRAST (RƏQABƏT) QANUNU 

Antitrast qanunu sərbəst təşkilatlanmanı qoruyur, ticarəti və ya haqlı rəqabəti məhdudlaşdıran davranışı 

qadağan edir. Bu qanun hər bir biznes səviyyəsində tətbiq edilir. Bu qanunlar qiymət sövdələşməsi, 

bazar paylaşması və ya ədalətsiz tender təklifi sövdələşmələri və ya inhisarçılıqğa nail olmaq, yaxud da 

saxlamaq şəklində qanunsuz əməllərlə mübarizə aparır. CMS antitrast qanunlarının pozuntusuna 

dözümsüz yanaşır.  

SİZİN MƏSULİYYƏTİNİZ 

Siz CMS rəqiblərinin qiymət və ya qiymətin hər hansı elementlərini (məsələn, endirim, endirim və əlavə 

haqları) sövdələşdirməsi ilə razılaşmamalısınız. Siz xüsusi bazarlar və ya xüsusi müştəri, yaxud da 

hesablar üzrə rəqabət aparmamağa dair başqalarının dedikləri ilə razılaşmamalısınız. Siz ticarət və ya 

tenderlərin qiymətlərini razılaşdırmamalı və beynəlxalq miqyasda tətbiq edilmiş sanksiyalarla bağlı 

hallardan başqa hər hansı müştəri və ya təchizatçıların boykot edilməsinə razılıq verməməlisiniz. 

İstehsal, istehsal qabiliyyəti və ya hasilatın azaldılması, yaxud da stabilləşdirilməsinə dair rəqiblərlə 

razılaşmalar əldə edilməsi qadağandır. Bundan əlavə, siz məhsulun minimal təkrar satış qiymətini təyin 

etmək üçün müstəqil diler və ya təkrar satıcılarla razılaşma əldə etməməlisiniz. Rəqabət əleyhinə 

davranış CMS biznes və reputasiyasının ədalətlilik və açıqlıq prinsipinə zərər vurur. Haqlı rəqabət 

əleyhinə əməllər yolverilməzdir. Bunlar əksər ölkələrdə qanunsuz olub, ağır cərimə və həbslə nəticələnə 

bilir.  


 

 


CASPIAN MARINE SERVICES LTD. 

CMS Davranış Kodu 

CMS-COM-STA-0001 

 

Buraxılış Tarixi – 01 mart 2016 



Düz. No - 01 

Səh 19 / 32 

 

NƏZARƏT ALTINDA OLAN ORİJİNAL NÜSXƏ” İŞARƏSİ İLƏ NİŞANLANMADAN ÇAP OLUNMUŞ NÜSXƏLƏR NƏZARƏTSİZDİR VƏ VAXTI 

KEÇMİŞ OLA BİLƏR.

 

PRİNSİPLƏR 

 

Hətta qeyri-rəsmi qaydada, qanuni əsaslar olmadan, rəqiblərlə qiymət qoyma, istehsal, müştəri 



və ya bazarlara dair razılıq əldə etməyin. Hər hansı təcrübənin qanuni olub-olmamasına dair 

həmişə qanuni məsləhət alın.  

 

CMS qiymət qoyması, istehsalı, müştəri və bazarlarına dair qərarlar yalnız CMS tərəfindən qəbul 



edilməlidir 

 



rəqiblərlə aşağıda verilənləri müzakirə etməyin: 

-CMS məşğul olduğu və məşğul olacağı təchizatçı, müştəri və ya podratçılar; və ya 

-CMS-in satmaq niyyətində olduğu bazar və sövdələşmə aparacağı şərtlər. 

 



Rəqabət baxımdan həssas məsələlər ortaya çıxarsa, sənaye toplantılarını tərk edin və toplantını 

tərk etdiyinizin hiss edildiyindən əmin olun. Bu məsələni CMS Hüquqi İşlər üzrə Rəhbərinə 

bildirin. . 

 



Əgər siz hər hansı potensial rəqabət əleyhinə təcrübələr barədə öyrənsəniz və ya belə 

təcrübələrin qanuni və ya qanunsuz olduğundan əmin olmasanız, CMS-ə bu barədə məlumat 

verin. 

ÖZÜNÜ YOXLAMAQ 



 

Rəqabət üçün həssas məlumat sənaye toplantısında müzakirə edildimi (birbaşa və ya dolayısı 



ilə)? 

 



Öz diler və ya distribütorlarımızın təkrar satış qiymətini təyin etməyə səy göstərmişəmmi? 

 



Sizin təchizatçı və ya müştəriləriniz hər hansı rəqabət əleyhinə davranışa cəlb olunubmu? 

 



Tabeliyimdə olan şəxslərin nə etdiklərini bilirəmmi? 

 



Lazımi hüquqi məsləhəti əldə etmişəmmi? 


Yüklə 0,69 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin