IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
996
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
çadraya verilən qiymətdən, çadra vasitəsilə qadına tanıtdırılmış “yeri” və “mövqeyin” dən , açıq-aydın
fikirli insanlar –qadınların dövrün nəzərində həqir görülməsindən razıdır. Çadra qadının “taleyi”,
ömrünün sonuna qədər “yoldaşı”dır:
Ey mənim munisi-qəlbi-nigaranım, çadra!
Səni tərk eyləmərəm, çıxsa da canım, çadra!
Satirada çadra əslində, qadın zorakılığının, cəmiyyətdən, elmdən, mədəniyyətdən kənar
tutulmasının, geri qalmış düşüncələrin simvoludur. Vahid heç də qadının əxlaqsızlığını, çadranı atıb
ləyaqətini itirməsini istəmir. Bu baxımdan “Ucal, mələkim!” şeirinə nəzər salmaq kifayət edər.
Ə.Vahid ictimai-siyasi həyatda gedən proseslərdən uzaq qalmamış, daim fikirlərini,
mülahizələrini çəkinmədən çatdırmışdır. Azərbaycanın siyasi, mədəni, ədəbi tarixindən keçən əlifba
dəyişmələri həmişə razılıqla qarşılanmamış, əks fikirlərlə qarşılaşmışdır. Dilimizin fonetik sisteminə,
dil quruluşuna uyğun olmayan ərəb-əski əlifasının tərəfdarları, latın əlifbası ilə qətiyyən razılaşmır,
həmin əlifanı müqəddəs hesab edirdilər. Vahidin “Molla Nəsrəddin” jurnalına ünvanla yazdığı
“İstimdad” satirası ərəb -əski əlifaba tərəfdarlarının dilindən qələmə alınmışdır:
Asılıb indi latın hərfi giribanimizə,
Bircə bax, Molla dayı, hali-pərişanimizə.
Satirada ərəb əlifbasının bir neçə dəfə islaha uğradılsa da, bir nəticə əldə olunmaması rəvan
dillə izhar olunur. Dövrün məktəblərinin mənzərəsinə də diqqət çəkilir:
Vardı əvvəldə bizim şəhridə on dari-ədəb,
Yəni məktəb ki çoçuq çəkməz idi onda təəb.
Vahidin “Mollaxana” poeması maarifpərvər motivləri ilə, dili, üslubu ilə çox maraqlıdır.
HÜSEYNCAVİDİN ƏDƏBİ İRSİNDƏ DÜNYA-
İNSANMÜNASİBƏTLƏRİNİN BƏDİİ-FƏLSƏFİ TƏQDİMİ
Gülbəniz BABAXANLI
AMEA Hüseyn Cavidin Ev Muzeyi
huseinjavid@gmail.com
AZƏRBAYCAN
Dünya ədəbiyyatının elə bir nəhəng sənətkarı yoxdur ki, onun yradıcılığında dünya abstrakt bir
anlayış, yaxud antrpomorflaşmış bir obraz şəklində ən müxtəlif bədii-fəlsəfi funksiyaları yerinə
yetirməmiş olsun. Bu baxmdan daha çox filosof-şаir kimi tanınmış böyük Azərbaycan şairi Hüseyn
Cavidin ədəbi irsi də tədqiqat üçün kifayət qədər zəngin material verir. İstər poeziyasında, istərsə də
dramaturgiyasında Cavid dünya obrazından sıx-sıx istifadə edərək daha çox onun abstraksiyasına
diqqət yetirir ki, bu da həmin obrazın polifonik funksiyaları özündə birləşdirməsi ilə nəticələnir. Elə
buna görə də həmin obraza Cavid yaradıcılığında konkret ideya-estetik vəzifə şamil etmək mümkün
olmur. Ancaq bir nöqtədə bu obrazın funksiyaları az-çox yaxınlaşaraq üst-üstə düşür ki, bu da dünya-
insan münasibətlərinin bədii-fəlsəfi təqdimi və yozumudur. Bu isə heç də təsadüfi sayılmamalıdır:
Cavidin dünya abstraksiyası, birbaşa humanist problemlərin və ziddiyyətlərin həllinə yönəlmişdir;
başqa sözlə, Cavidin “dünyası” humanist sənətkarın “insanına” xidmət göstərir və onun xarakteri bu
xidmətin xüsusiyyətləri ilə müəyyən edilir. Məsələn, “İştə bir divanədən bir xatirə” adlı şeirində Cavid
dünyanı oyuncağa, insanları isə bu oyuncaqla çox yöndəmsiz və kobud bir surətdə rəftar edən
sərxoşlara bənzədərək yazır:
Biroyuncaqdırcihanbaşdan-başa,
Qafilinsanlar da bənzərsərxoşa.
Dünyayabucürkonkret impulsiv qiymət vermək böyük sənətkarın bir çox şeirlərində müşahidə
edilsə də, çox vaxt abstrakt bir anlayыш kimi dünyanın əksərən ziddiyətli xarakter daşıması da filosof-
sənətkarın iti müşahidələrindən kənarda qalmamış və bunlar şairin yaradıcılığında öz əksini tapmışdır.
“Ey ruhi-pürsükün” şeirində dünya – polyar ziddiyyətləri özündə birləşdirən bir bədii obraz kimi
təqdim edilir:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
997
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Hər levhə bir həqiqəti söylər təranədir,
Hər gölgə hissi oqşayacaq bir bəhanədir.
Dünya nədir? O iştə fərəhnakü münkəsir,
Bir aşiyani-zevqü səfa, bir xərabəzar...
Göründüyü kimi, şair dünyanın nə olması haqqında konkret ritorik sual qoyur və özü də həmin
sualı barışmaz ziddiyyətlərin vəhdəti şəklində cavablandırır. Demək dünya fərəh və sevinc mənbəi
olduğu qədər də qəm-qüssə və pərişanlıq mənbəyi olan bir viranə, bir xarabalıqdır. Aydındır ki,
dünyanın bu cür ziddiyyətləri özündə birləşdirməsinin əsas səbəbini bilavasitə dünya-insan
münasibətləri təşkil edir. İnsanlarisəxoşbəxtlikvə bədbəxtliklərinə görə çox vaxt polyar qütblərdə
dayandıqlarından, bu, dünyanın xarakterini müəyyənləşdirən əsas meyara, əsas çıxış nöqtəsinə çevrilir.
Daha çox fəlsəfi poema təsiri bağışlayan “Azər” əsərində Cavid “homo ludens” (oynayan insan)
fəlsəfi konsepsiyasından çıxış edərək oynayan insanın aktyor, dünyanın isə özlüyündə nəhəng bir
səhnə olmаsı fikrinə qayıdaraq aktyor insanların dahakonkretamplualarınıoxucununnəzər-
diqqətinəçatdıraraq, sanki bir rejissor kimi həyat adlı bir dramın rollarını öz müasirləri arasında
bölüşdürür:
Dünyaqocabirsəhnədemək,
Hərkəsaktörlükedirbilməyərək.
Kimi arif, kimidilbərvəəsil,
Kimi qurnaz, kimidivanə, səfil...
Kimi cani... düşünürfitnə-fəsad,
Kimi zevqəhli, dilərhərkəsişad.
Kimi pəksadədil, oynaq, şaqraq,
Kimi pəkduyğusuz, abdalvəbunaq...
Kimi ismət, kiminaz, işvəsatar,
Kimi həpvarlığabirtəkməatar.
Şair-dramaturqbuparçadasanki dram əsərlərindəki “əhli-məclis” hissəsini vermiş və “dünya” adlı
ucsuz-bucaqsız bir dramın iştirakçılarından bir qisminin adlarını çəkmişdir. Maraqlıdır ki, burada da
şairin təqdim etdiyi qəhrəmanlar onun dramlarında olduğu kimi müsbət və mənfi personajlara
bölünürlər. Əlbəttə, bunu Cavidin sələfi Füzulinin məşhur qəzəlindəki başdan-başa mənfi obrazlarla
müqayisə etsək, Cavidin bir xələf kimi dünyaya daha dostyana və nikbin münasibət bəslədiyini
söyləyə bilərik. Füzuli yazırdı:
Vəfa hər kimsədən kim istədim, ondan cəfa gördüm,
Kimi kim, bivəfa dünyada gördüm, bivəfa gördüm.
BütündünyanınvəbütüninsanlarınbivəfaolduğuFüzulidünyasındanfərqliolaraq,
Caviddünyasındahər
“bivəfa”nınvəfalıbirqarşılığıdavarvəbudaözlüyündəorta
əsrlərinümidsizliyindənxilasolmuş bir sənətkarın ən böyük nikbinlik fəlsəfəsinin əyani təqdimidir.
Əlbəttə, bu heç də o demək deyildir ki, Cavid impulsiv şəkildə olsa belə, dünyanı qara rəngdə
görmək fəlsəfəsindən tamamilə xilas ola bilmişdir. Ənazı, onun bəzi obrazlarının dilində
Füzulidünyasınaqarşınəzərdənkeçirdiyimizümidsizliyinizləriözünüaydınşəkildəbüruzəverməkdədir:
Cihan bir bataqlıq... insan adında
Bir yığın möhtəris böcəklə dolmuş.
Bir-biriniyeyibyaşarlaronda,
Hərkimgücsüzolmuş, həmənboğulmuş.
Göründüyükimi, bumisralarda dünya tamamilə qara rəngdə təsvir olunmuşdur: qara bir bataqlıq
və orada bir-birini yeyən qara-qara böcəklər Füzulinin feodal dünyasının yeni şəraitə - burjua
dünyasına transferi kimi səslənir. Daha dəqiq desək və “Azər” poemasının yazıldığı dövrü nəzərə
alsaq (poema 1923-cü ildən yazılmağa başlasa da, Cavid onu tamamlaya bilməmişdir), şairin bu tünd
rənglərlə sosialist dünyasını təqdim etdiyi qənaətinə gələ bilərik.
Deməli, dünyanınxarakteri, hansı rəngdə, hansı çlarda olması əslində onun üzərində ömür sürən
insanın xarakterindən asılıdır və buradan da məlum olur ki, “dünya” abstraksiyası altında elə dünyada
yaşayan insanların bir-birinə münasibəti nəzərdə tutulur. Elə dünyann mübarizə neydanı statusu da
insanlar arasında gedən iqtisadi, siyasi, mənəvi, əxlaqi mübarizələrin toplusundan başqa bir şey
deyildir. Yenə “Azər” poemasında müəllif öz filosof qəhrəmanının dilindən üzünü oxucusuna tutaraq
bu barədə aşağıdakı düşüncələrini irəli sürür. Böyük sənətkar yazır:
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
998
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Bənim ən çoq dilədiyim sizlər için:
Sağlam bədən, sağlam sinir, sağlam beyin.
Dünyagenişbirmeydanki, heyvan, insan
Amanbulmazçarpışmadan, vuruşmadan.
Hərkəsbirərpəhlivandır o meydanda...
Dram
əsərininümumixarakterindənasılıolaraqvəqarşıyaqoyulmuşideya-
estetikproblemintəsiriilədünyaabstraksiyasıdaCavid yaradıcılığında öz çalarını dəyişə bilir. Məsələn,
“Xəyyam” dramında dünyanın daha çox gedonik məzmun daşıdığını görürük ki, bu da baı qəhrəmanın
xarakteri ilə bilavasitə bağlıdır. Belə ki, bu əsərdə dünyaya münasibət xəyyamanə bir ruh və fəlsəfə ilə
yoğrularaq təqdim edilmişdir. Istər baş qəhrəmanın özü, istərsə də onun məsləkdaşları dünyanı bu cür
qəbul edir və ətrafdakılara da bu cür yaşamağı, müvəqəti həyatdan mümkün qədər çox zövq almağı
tövsiyə edirlər. Yuxarıda nəzərdən keçirdiyimiz “dünya nədir?” sualını burada da qoyan Cavid bu dəfə
həmin sualı tamamilə başqa cür cavablandırır:
Keyfinə baq, sanki bu dünya nədir?
Məskəni olmuş ulu xaqanların,
Mədfənidir qorqulu sultanların.
Bu dramda dünya ilə bağlı irəli sürülən maraqlı fikirlərdən biri də dünya zülmətində zəka
məşəllərinin daim parlaması və bəşəriyyətin yolunu işıqlandırmasıdır. Xəyyama münasibətdə söylənən
bu məzmunlu replika, əslində, insan cəhalətinə qarşı insanzəkasınınəbədimübarizəsimənasınıverir:
Saqın, aldırma, korolsun da cihan,
Günəşinnurunagəlməznöqsan.
Sənküçülsəndəböyüksün, hətta
Qopsazülmət, yenəparlar o zəka!..
Beləliklə, Cavidyaradıcılığındaənmüxtəlifçalarlarıəhatəvəfəlsəfiproblemlərisimvolizəedəndünya
abstract obrazı son nəticədəinsanınazadlıqvəxoşbəxtlikuğrundamübarizəsininbədiiinikasıkimiçıxışedir.
AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 23 AYLIQ
FƏALİYYƏTİ DÖVRÜNDƏ MƏKTƏBLƏRİN MİLLİLƏŞDİRİLMƏSİ
Aytən ƏSƏDOVA
Sumqayıt Dövlət Universiteti
AZƏRBAYCAN
Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və 23 aylıq fəaliyyəti cəmiyyətin bütün təbəqə və
qurumlarına, milli həyatın hər sahəsinə nüfuz etmişdir. Bu dövrdə təhsilin inkişafına və
milliləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. AXC-nin yaranması ərəfəsində təhsil sahəsində çox
ağır vəziyyət idi. Bu dövrdə ölkədə 643 ibtidai və 23 orta məktəb var idi. Məktəb sisteminin
dağılmasının qarşısını almaq hökumətin qarşısında duran əsas vəzifə idi. Bu sahədə hökumətin ilk
həyata keçirdiyi tədbir məktəblərin milliləşdirilməsi oldu. Bunun əsasını isə xalqın milli mənafeyinə
xidmət təşkil edirdi. Məqsəd rus dilində təhsilin ləğvi və milli dil, mədəniyyətin inkişafı idi. AXC-nin
1918-ci il 28 mayında müstəqillikdən sonra yaradılan hökumətin tərkibində Xalq Maarifi Nazirliyində
təks edilmişdir. Bu sahəyə bütün məktəb və maarif işinin təşkili və idarəsi tapşırılmışdır. Xalq Maarifi
Nazirliyinin ştat tərkibi isə hökumət Gəncəyə köçdükdən sonra iyunun 30-da təsdiq edildi. Nazirliyin
tərkibində Xalq Maarifinin inkişafına yönəldilmiş 3 şöbə yaradıldı. Məktəblərin milliləşdirilməsi
işində ən mühüm addım 1918-ci il 27 tarixli qərarla atıldı. Bu qərara əsasən Azərbaycan türk dili
dövlət dili elan edildi. Nazirlər Şurasının 1918-ci il 28 avqust tarixli qərarı ilə bütün ibtidai tədris
müəssisələrində təhsil şagirdlərin ana dilində aparılır, eyni zamanda dövlət dili icbari qaydada tədris
olunurdu. Azərbaycan dilini bilməyən şagirdlər üçün 3-cü və 4-cü siniflərdə rus şöbəsi açılırdı, 2 ildən
sonra həmin şagirdlər Azərbaycan dilində təhsil alırdılar. Rus dilində təhsil alan şagirdlərə Azərbaycan
dili məcburi fənn kimi tədris olunurdu. Bu isə 1918-ci il noyabrda milliləşdirilmə siyasətinə dəyişiklik
edildikdən sonra aparıldı. Bu da bütün şagirdlərin təhsil almasına xidmət edildi.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
999
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
Məktəblərin milliləşdirilməsi prosesi bu dövrdə milli kadr çatışmamazlığı ilə qarşılaşırdı. Eyni
zamanda dərsliklər də kifayət qədər deyildi. Əhalinin rus və erməni azlıqlarının olması və onların
Azərbaycan dövlətçiliyini tanımaması təhsilin və məktəblərin milliləşdirilməsi prosesini ləngidirdi.
Lakin Azərbaycan Xalq Cümhuriyyəti hökuməti çətinliklərə baxmayaraq müstəqil təhsilə sistemini
davam etdirdi. Orta məktəblər arasında 6 kişi və 4 qadın gimnaziyası,
5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 Nina qızlar məktəbi, politexnik və kommersiya
məktəbi var idi. 1919-cu il 11 avqust qərarı ilə Bakı, Gəncə, Şəkidəki, Nina qız tədris müəssisələrinin
adı dəyişdirilərək qız gimnaziyaları adlandırıldı. Lənkəran kişi və qadın gimnaziyalarında nazirliyin
sərəncamına keçdi. Nəticədəd 1919-cu ildə Bakı politexnik və kommersiya məktəbləri, iki kişi və üç
qız gimnaziyası istisna olmaqla bütün orta məktəblər milliləşdirilmişdir. Bu dövrdə azərbaycanlı
şagirdlərin təhsilinə xüsusi diqqət yetirilirdi. Tədris müəssisələrində azərbaycanlılara xüsusi güzəştlər
edilirdi. Tədbirlər nəticəsində azərbaycanlı şagirdlərin sayında artım hiss olunurdu. Bu isə AXC-nin
əsas sıralarından biri olan xalqın savadlanmasına və öz ana dilində sivil qydada təhsil almasına xidmət
edirdi. Ən əsas iş ibtidai təhsilin genişlənməsi idi. Nəzərdə tutulmuşdu ki, ibtidai məktəbi qurtaran
şagird təhsilini ali-ibtidai və orta təhsil məktəblərində davam etdirsin. 1919-cu ildə Azərbaycanda
dövlət hesabına 15 ali-ibtidai məktəb fəaliyyət göstərirdi.
Bu dövrdə təhsildə milli kadrlar çatışmadığı üçün hökumət 1918-ci il 23 iyulda qərar vermişdi.
Qərara əsasən Türkiyədən müəllimlər dəvət edilmədi və dərs vəsaiti alınmalı idi. Bu işlərlə əlaqədar
Əhməd bəy Ağayev İstanbula ezam edildi. Təhsili milliləşdirmək üçün aşağı siniflərdə dərsin
aparılması məqsədi ilə milli kadr hazırlığı kursu təşkil edildi. Bu məqsədlə hazırlığa 2 milyon 390 min
manat vəsait ayrıldı. Türkiyədən 50 nəfərə yaxın müəllim dəvət edildi. AXC hökuməti məktəb
dərsliklərinin hazırlanmasına və nəslinin yerinə yetirilməsi üçün maarif nazirliyinin komissiyasını
təşkil etdi.
1919-cu il 18 sentyabr tarixli qərarı ilə Azərbaycan Parlamenti çıxış etdi. Türk dilində yeni
kitablar almaq üçün Xalq Maarifi Nazirliyinin fonduna 1 milyon manat vəsait ayrıldı.
AXC dövründə (1918-1920) məktəblərdə milli mənasiyyatlı yeni nəsil yetişdirmək üçün
“Məktəb” jurnalının səhifələrində milli dirçəliş, istiqlal ideyası, ana dilinə bağlılıq, vətənə məhəbbət,
yoldaşlıq, vətənə övlad borcu kimi yazılar, uşaq hekayələri, nağıllar dərc edilirdi.
Maarifin milliləşdirmə işində əsas məsələ məktəb islahatı idi. İslahatın əsasını məktəbin yeni
şəraitə uyğunlaşdırmaq, milli dövlətçilik ideyaları və milli dəyərləri mənimsələmiş yeni nəsil
hazırlamaq təşkil edirdi. Bu məqsədlə məktəblərdə yeni proqramlar hazırlamaq üçün xüsusi komissiya
yaradıldı. Ən mühüm məsələlərdən biri də əlifba islahatı idi. AXC-nin Maarif Nazirliyinin qarşısında
duran əsas məsələlərdən biri də ali təhsil müəssisələrinin açılması və milli ali təhsilli kadrların
hazırlanması idi. Lakin o dövrdə ki, tarixi şərait bir ali məktəbin BDU (Bakı Dövlət Universiteti)
açılmasına imkan verdi. Bununla yanaşı xaricdə təhsil almaq üçün gənclər Avropa ölkələrinə
göndərilirdilər. 1919-1920-ci illərdə 100 azərbaycanlının xaricdə təhsil alması üçün 7 milyon manat
ayrıldı. Xaricə göndərilən tələbələri Məhəmməd Əmin Rəsulzadənin sədirliyi ilə münsiflər seçirdi.
Nəticədə 46 tələbə Almaniyaya, 27 tələbə Fransaya, 4 tələbə İtaliyaya, 1 tələbə İngiltərəyə, 6 nəfər
Türkiyəyə, 13 nəfər Rusiyaya göndərildi. Məqsəd onları oxudub Azərbaycana təhsilli, savad kadr
yetişdirmək idi. Lakin Xalq Maarif Nazirliyinin gördüyü bu işlər və gənclərin böyük ümidlə xaricə
göndərilməsi 1920-ci il aprel işğalı nəticəsində yarımçıq qaldı.
Təhsilin inkişafı üçün atılan addımlardan biri də milli kitabxanasının yaradılması idi. Aprel işğalı
ərəfəsində Azərbaycanda 11 kitabxana və 95000 nüsxə olan kitab fondu var idi.
AXC-nin dövründə milli zabit kadrlarını hazırlayan hərbi təhsil müəssisəsi 1919-cu ilin
oktyabrında Proporsiklər məktəbinin əsasında yaradıldı. Hərbi kadrlara hərbi biliklərlə yanaşı
Azərbaycan (türk) dili və ədəbiyyatı da tədris edilirdi.
Beləliklə AXC-nin Xalq Maarifinin inkişafında məktəblərin milliləşdirilməsində və mədəni
quruculuq sahəsində qısa müddət ərzində həyata keçirdiyi tədbirlər sonralar ölkəmizin xalq maarifinin
təşkilində mühüm rol oynamışdır.
IV INTERNATIONAL SCIENTIFIC CONFERENCE OF YOUNG RESEARCHERS
1000
Qafqaz University 29-30 April 2016, Baku, Azerbaijan
AZƏRBAYCANIN İLK ORTA ƏSR ŞƏHƏRLƏRİNDƏ
ŞÜŞƏ SƏNƏTKARLIĞI
Aytən ƏSƏDOVA
Sumqayıt Dövlət Universiteti
AZƏRBAYCAN
Aparılan arxeoloji qazıntılardan aydın olur ki, hələ e.ə. I minilliyin əvvəllərindən şüşə
Azərbaycan ərazisi sakinlərinə məlum olmuş, eramızın III əsrinin sonlarından isə (Torpaqqala,
Qəbələ) istehsal olunmuşdur.
III-VII əsrlərdə Azərbaycanda şüşə istehsalı üçün əsas olan zəngin xammal – kvaslı qum, soda,
əhəng, meşə materialları, oda davamlı gil və s. maddələr zəngin idi. Onu da qeyd etmək lazımdır ki,
ilk orta əsrlərdə şüşə əsasən iki texnoloji üsulla hazırlanırdı. Bu qədim üsullar olan tökmə və üfürmə
üsulu idi. Respublikamızın ərazisində ən qədim şüşə nümunəsi Cəlilabad rayonunda aşkar edilmişdir.
Onu da qeyd edək ki, eramızın III əsrinə aid edilən ən qədim şüşə qab Mingəçevirdə tapılmışdır.
Mingəçevirdə tapılan bu şüşə qablar və digər əşyalar küp qəbirlərdən aşkarlanmışdır. Qəbirlər isə
miladdan əvvəl II-I əsrlərə və miladdan I-II əvvəllərinə aid edilir (3, s.67). Bu isə Azərbaycanda
(Qafqaz Albaniyası) şüşə istehsalının və istifadəsinin daha qədim olduğunu sübut edir. Bu dövrdə
məişət qabları ilə yanaşı, şüşədən hazırlanmış bəzək əşyalarına da rast gəlinir. Buna nümunə olaraq
Cəlilabadda tapılmış muncuq nümunələrini, 1962-ci ildə Xaçbulaqda aparılmış qazıntılar zamanı
qəbirdən tapılmış muncuqları göstərmək olar. Digər muncuq nümunələri isə X əsrə aid edilən qəbirdən
tapılmışdır. Bu daş qəbir Şəmkir rayonunun Bayon kəndində yerləşir. Şüşə əşyalara 1958-ci ildə
Şamaxıda aparılan qazıntılar zamanı da rast gəlinir. Ən qədim bəzək nümunələri aşkar edilmiş
abidələrdən biri də Yaloylutəpənin torpaq abidələridir. Bu dəfn abidəsi e.ə. III-I əsrləri, bəzi
mütəxəssislərə görə isə IV-I əsrləri əhatə edir.
Azərbaycanda şüşə muncuqlarla yanaşı şüşə qolbaqlarda tapılmışdır. Buna misal olaraq 1961-ci
ildə Şamaxı rayonu ərazisində tapılan şüşə qolbaqları göstərmək olar.
İlk orta əsrlərdə şüşədən hazırlanmış üzüklərə də rast gəlinir. Bu üzüklər əsasən Mingəçevir,
Qəbələ, XInıslı, Sərgah, Beyləqan abidələrində tapılmışdı. Alimlər bu üzüklərdə yerli istehsal
olduğunu bildirirlər. Bu şüşə üzüklər halqavari formada idilər. Ən çox üzüklərin bitişən hissəsi ilan
başı şəklində düzəldilirdi. Eyni zamanda metal üzüklərə rəngli və şəffaf şüşədən dairəvi qaşlar
düzəldilirdi. Bu cür üzüklər Örənqalada qazıntılar zamanı aşkarlanıb. Azərbaycanın şüşə istehsalının
inkişaf tarixi haqqında məlumat verən abidələrdən biri də Qax rayonundakı Torpaqqala yaşayış
yeridir. 1958-1962-ci illərdə burada arxeoloji qazıntılar aparılmışdır və ərazidən V-VI əsrlərə aid olan
şüşə kürəsinin qalıqları aşkar edilmişdir. Bu ən nadir şüşə istehsalı ocağıdır.
Azərbaycan ərazisində ilk orta əsrlərə aid şüşədən ətir və dərman qabları da tapılmışdır. Buna
misal olaraq 1976-cı ildə Bərdə şəhərində tapılmış ətir qablarını göstərmək olar. Belə kiçik həcmli
qablarda nadir məhlullar saxlamaq məqsədi ilə istehsal edilirdi. Bu cür kiçik qablar üfürmə üsulu ilə
qəlibdə hazırlanırdı.
Azərbaycanda şüşənin əridilməsi üçün istifadə edilən qab nümunələri də aşkar edilmişdir.
Azərbaycanda şüşə istehsalını təsdiqləyən daha bir sübut istehsal tullantılarıdır. Bu tullantılara
arxeoloji qazıntılar zamanı Torpaqqalada və Mingəçevirdə rast gəlinir. Torpaqqaladan tapılmış,
dördkünc, səliqəli hörülmüş ocaq küplərinin içindən çoxlu şüşə qırıntıları tapılmışdır.
Onu da qeyd etmək lazımdır ki, bir çox sənət sahələrindən fərqli olaraq, şüşə istehsalı sırf şəhər
sənətkarlığı idi. Çünki yüksək texnoloji qurğu olan şüşə əritmə kürələri şəhərlərdə qurulurdu. Şüşə
istehsalında əsas xam mal tərkibində dəmir oksidin az və natrium, kalsium oksidin olduğu qum idi. Bu
isə Azərbaycanda bol idi.
IX-XIII əsrlərdə əsas yeniliklərdən biri şüşə pəncərələrin istehsalı idi. Şüşə pəncərə istehsalı ilə
bağlı sənətkar emalatxanasının qalıqları Dərbənd şəhərinin arxeoloji qazıntılarından məlumdur.
Buradakı şüşə əridən kürə dairəvi plana malik olub diametri 1 metrdən artıq, hündürlüyü isə 1,5
metrdi. Digər kürələr 1965-1969-cu illərdə Qəbələdə, Qarabağda (Amaras yaşayış yerində)
tapılmışdır. Həmin kürələr daşdan hazırlanıb sacayağı üzərinə qoyulmuşdur. 1969-cu ildə
R.B.Göyuşov tərəfindən aşkar edilən və VII-IX əsrə aid olan (Amaras yaşayış yerindən) şüşə əritmə
|